وَلاَ تَجْعَلُواْ اللّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصْلِحُواْ بَيْنَ النَّاسِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ (224)

 

TƏRCÜMƏ:

 

“Allahı öz andlarınızda dəstaviz (alət və vasitə) qərar ver-məyin. Yaxşılıq etmək, təqvalı olmaq və camaat arasında islah edə bilməyiniz üçün (and içməyin). Həqiqətən Allah eşidən və bi-ləndir.”

 

TƏFSİR:

 

Bir çox təfsirlərdə, o cümlədən “Məcməul-bəyan” və “Ruhul-bəyan”da da bu ayənin nazil olma səbəbi barəsində be-lə deyilir: Peyğəmbər (s)-in səhabələrindən olan Əbdüllah ibni Rəvahənin qızı ilə kürəkəni arasında ixtilaf yaran-dı. O, and içdi ki, onların ixtilafını həll etmək üçün bu işə əsla dəxalət etməyəcək. Yuxarıdakı ayə nazil olaraq bu cür andları qadağan etdi.

 

“Əyman” kəlməsi “yəmin” kəlməsinin cəm forması olub and içmək mənasına, “ürzə” isə nümayiş və mane qərar ver-mək mənasındadır.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- İnsan yaxşı işlər və xeyirxah əməlləri tərk edəcə-yinə and içməməlidir.

 

2- And içməyin məsuliyyətindən qaçmaq üçün bəhanə gə-tirməyin və bu yolla da xeyir işləri və onun mükafatlarını əldən verməyin.

 

3- Hər bir şeydə Allah və Onun sair müqəddəs adların-dan istifadə etməyin. Bu cür işlər bir növ ədəbsizlikdir.

 

4- İmam Sadiq (ə) buyurur: “Allaha and içməyin – istər düz olsun, istərsə də yalan.”[ “Məcməul-bəyan”, 2-ci cild, səh.322]

 

5- Yüksək dəyərlər və xeyir işlər heç vaxt tərk olunma-malıdır.

 

6- Ayıq olun ki, Allah-taala sizin danışıqlarınızı eşidir, hətta demədiklərinizi də bilir. Danışıq və fi-kirlərinizə diqqət edin.

 

7- Cəmiyyətdə düzgün istiqamətdə islahat işləri apar-maq, yaxşılıq və təqvaya riayət etmək dəyərli bir əməldir və bunlar Allahın müqəddəs adına and içməyi bəhanə etməklə tərk olunmamalıdır. Ümumiyyətlə, bu işlərin dəyərini nə-zərə almaqla, bu cür andların batil olması məlum məsələ-dir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri


more post like this