نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ (223)

 

TƏRCÜMƏ:

 

“Qadınlarınız sizin üçün əkin sahəsi kimidir. Hər vaxt istəsəniz, öz əkin sahənizə daxil ola (və onlarla yaxınlıq edə) bi-lərsiniz. (Çalışın, yaranan bu fürsətdən istifadə edib saleh öv-lad tərbiyə edərək) əvvəlcədən özünüz üçün xeyir (saleh əməl) göndə-rin. Allah qarşısında təqvalı olun və bilin ki, Ona qovuşacaq-sınız. Və möminlərə müjdə ver.”

 

TƏFSİR:

 

BƏŞƏR NƏSLİNİN QORUNMA VASİTƏSİ

 

Bu ayədə qadınlar əkin sahəsinə təşbih edilmişdir. Bəlkə də bu təşbih və bənzətmə bəziləri üçün qeyri-adi gö-rünsün. Onlar “nə üçün islam dini bəşər cəmiyyətinin yarı-sından çoxunu təşkil edən qadınlar üçün belə bir məsəl irəli sürmüşdür?” – deyə etiraz edə bilərlər.

 

Amma qeyd etməliyik ki, bu təşbihdə çox dəqiq və incə bir məsələ gizlənmişdir. Həqiqətdə Quran bu bəyanla qadın-ların insan cəmiyyətində rolunun zəruri olmasını əyani olaraq canlandırmaq istəyir və buyurur ki, qadın təkcə şəh-vət hissinin təmin edilməsi üçün deyil, həm də bəşər həya-tının davam etdirilməsi vasitəsidir.

 

İnsan öz həyatını davam etdirmək üçün qidalanmaya eh-tiyaclı olduğu, digər tərəfdən də əkin əkmədən qida əldə edə bilmədiyi kimi, qadınlar olmadan da öz nəslini davam et-dirə bilməz. Buna görə də onların vücuduna zəruri və həyati ehtiyac duyur.

 

Müqəddəs kitabımız belə bir ifadə ilə qadına yalnız nəfsani istək və ehtirasların təminat vasitəsi kimi ba-xanlara cavab verir və onlara bir növ xəbərdarlıq edir.

 

وَقَدِّمُواْ لأَنفُسِكُمْ “Və qəddimu li ənfusikum” cümləsi həqiqətdə bu məsələni göstərir ki, intim yaxınlıqdan əsas və son məq-səd təkcə cinsi ləzzət almaq olmamalıdır. İmanlı şəxslər layiqli övladlar yetişdirib tərbiyə etmək üçün bundan isti-fadə etməli və müqəddəs bir xidmət olan təlim-tərbiyə mə-sələsini bir savab iş olaraq öz gələcəkləri (axirət) üçün mənəvi bir ehtiyata çevirməlidirlər. Quran xatırladır ki, həyat yoldaşı seçdikdə müəyyən qayda-qanunlara riayət edin ki, saleh övlad tərbiyə edib insan cəmiyyəti üçün böyük xid-mətlər edə biləsiniz.

 

Peyğəmbəri-əkrəm (s)-dən nəql olunmuşdur ki, insan ölərkən onun əməl dəftəri bağlanır və artıq bundan sonra o, üç şey istisna olunmaqla, özü üçün heç bir yol azuqəsi götürə bilməz:

 

1- Davamlı sədəqə; yəni insanın özündən sonra ictimai faydalara malik olan və həmişə işlədilən məscid, xəstəxa-na, mədrəsə, kitabxana və bu kimi digər şeylər qoyub getməsi.

 

2- Elmi əsərlər yadigar qoyması, kitab yazıb şagird tər-biyə etməsi;

 

3- Ata-ana üçün əməldə və sözdə bağışlanmaq istəyən sa-leh övlad tərbiyə edib getməsi.

 

Cinsi yaxınlıq mühüm bir məsələ və insanın ən kəskin qərizəsi ilə əlaqədar olduğundan Allah-taala bu cümlə ilə insana həmin məsələdə diqqətli olmağı və ilahi göstəriş-lərə əməl etməyi tövsiyə edib Allah qarşısında təqvalı ol-mağı buyurur.

 

Sonra xatırladılır ki, Qiyamət günü Pərvərdigari-aləmlə görüşərək əməllərinizin nəticəsini görəcəksiniz.

 

وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ

 

Axırda həm maddi, həm də mənəvi səadət olan bu göstə-rişlərə təslim olan imanlı şəxslərə müjdə verib buyurur: “Və bəşşiril-muminin”, yəni möminlərə müjdə ver.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this