وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّهُ إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ (222)

 

TƏRCÜMƏ:

 

“Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: O, zəhmət və əziyyətdir. Buna görə də, heyz halında (pak olduqları vaxta qədər) yaxınlıq etməyin. Pak olduqları zaman Allahın sizə əmr etdiyi yollarla onlarla yaxınlıq edin. Allah tövbə edənləri və paklıq is-təyənləri sevir.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Qadınlar hər ayda ən azı üç gün, ən çoxu isə on gün heyz (aybaşı) olurlar. Fiqhi kitablarda qeyd olunduğu kimi, hə-min müddət ərzində qadının bətnindən müəyyən xüsusiyyətlə-rə malik olan qan xaric olur. Qadın bu halda haiz, o qanın özü isə heyz adlanır. Yəhudilərin və məsihilərin hal-ha-zırdakı qanunlarında heyz halında olan qadınlarla rəftar barəsində bir-biri ilə zidd olan iki hökm mövcuddur.

 

Yəhudilərin bəziləri deyir ki, kişilərin bu cür qa-dınlarla yaxınlıq etməsi mütləq şəkildə haramdır, hətta onların kişilərlə bir yerdə süfrə başında oturub yemək ye-məsi, bir otaqda yaşaması və sair işlər görməsi də qadağan-dır. Kişi, heyzli qadının oturduğu yerdə oturmamalı, əks halda isə öz paltarlarını yumalıdır, çünki onlar artıq murdarlanmış hesab olunur. Həmçinin əgər kişi onun yataq yerində yatarsa, paltarını və bədənini yumalıdır. Bir söz-lə, yəhudilər qadını bu müddət ərzində tam mənada murdar bir varlıq hesab edirlər.[ “Tövrat”, Laviyan sifri, 19-29-cu cümlələr.]

 

Bunların əksinə olaraq, məsihilər deyirlər ki, qadı-nın heyz halı ilə başqa halları arasında heç bir fərq yox-dur. Heyz halında onlarla hər növ rəftar, hətta cinsi yaxın-lıq da etmək olar.

 

Ərəb müşrikləri – xüsusilə Mədinədə yaşayan müş-riklərin yəhudilərin rəftarından az-çox məlumatı var idi və onlar da heyzli qadınlarla yəhudilər kimi rəftar edir, aybaşı günlərində onlardan uzaq gəzirdilər. Həmin dində mövcud olan və güzəştə gedilməsi mümkün olmayan təfrit və ifratçı ixtilaflar bəzi müsəlmanların Peyğəm-bərdən bu barədə bəzi şeylər soruşmasına səbəb oldu və on-ların cavabında yuxarıdakı ayə nazil edildi.

 

TƏFSİR:

 

“Məhiz” kəlməsi ərəb dilində məsdərin bir növüdür və burada “heyz” mənasında işlənmişdir. Buna əsasən ayənin mənası belə olur: Ey Peyğəmbər, səndən heyz və onun hökmləri barəsində soruşacaqlar. Cavabında de ki, “huvə əzən” – yəni o, zəhmət və əziyyətli bir şeydir.

 

Həqiqətdə bu cümlə, aybaşı dövründə qadınlarla cinsi yaxınlıqdan uzaq olmağın hökm və səbəbini bəyan edir. Çünki qadınlarla, belə bir vəziyyətdə cinsi yaxınlıq etmək olduqca iyrənc bir iş olmaqla yanaşı, öz ardınca müxtəlif ziyan-lar da gətirir ki, artıq müasir tibb elmi bunu sübut et-mişdir: فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ …

 

Ayənin əvvəlində gələn və qadınlarla heyz halında olarkən cinsi yaxınlıqdan uzaq olmağı qadağan edən bu cümlə ilk baxışda yəhudilərin qadın münasibətlərində olan möv-cud göstərişlərini xatırladır, lakin “fətuhunnə min həy-su əmərəkumullah” cümləsi heyzdən pak olduqdan sonra qadın-la cinsi yaxınlığa icazə verildiyini göstərir. Onlarla ya-xınlıq etməmək və bir növ uzaq gəzmək dedikdə, yalnız cinsi yaxınlıqdan uzaq olmaq nəzərdə tutulur. Buna əsasən, islam dini qadınların aylıq adətləri barəsində orta bir mövqe seçmişdir. Ümumiyyətlə, islam dini bütün sahələrdə orta həddi tutaraq ifrat və ya təfritdən uzaqdır. Burada da yəhu-di ifratçılığının qarşısı alınmış və qadınlarla bu və-ziyyətdə cinsi əlaqə istisna olmaqla, qalan hər növ rəftar və ünsiyyətə, o cümlədən əri ilə birlikdə süfrə başında otur-mağa və sair münasibətlərə icazə verilirdi.

 

Bu ayə müsəlmanları, heyz halında olan qadınla ünsiyyət saxlamaqda heç bir məhdudiyyət qəbul etməyən məsihilərin rəftarından da çəkindirir. Beləliklə də qadının şəxsiyyət və ehtiramı qorunur, onun təhqir olunmasının, tibbi və in-tim məsələlər baxımından qadın və kişi üçün müxtəlif zə-rərlər gətirən işlərin qarşısı alınır.

 

İCAZƏ VERİLƏN CİNSİ YAXINLIQ

 

فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّه

 

“Qadınlar (heyzdən) pak olduqdan sonra, Allahın əmr etdiyi şəkildə onlarla yaxınlıq edin.”

 

Ayənin bu hissəsi həqiqətdə qadınlarla icazə verilən intim yaxınlığı izah edir. “İza tətəhhərnə” cümləsindən məlum olur ki, qadınlar aybaşından pak olduqdan sonra, on-larla cinsi yaxınlığa icazə verilir. Çünki bu cümlə, heyz qanının aludəlik sifəti ilə qeyd olunmasından sonra gəl-mişdir, yəni qadınlar bu aludəlikdən pak olduqdan sonra qeyd olunan qadağan aradan gedir. Bu cümlənin “tətəhhərnə min nəfsihi” (yəni qadınlar heyz quslu verdikdən sonra yaxınlığa icazə verilir) kimi təfsir edilməsi, ayənin zahiri mənası ilə uyğun deyildir. Çünki ayənin əvvəlində quslun vacib ol-ması barədə heç bir söhbət getmir. Başqa sözlə desək, əvvəl-dəki cümlənin (“hətta yəthurnə” cümləsinin) zahiri məna-sı budur ki, bu qadağan, qadının heyzli olduğu müddətdədir. “Fə iza tətəhhərnə” cümləsi “fey” hərfi ilə başlayır və əv-vəlki cümlənin məfhumunu çatdırır. Yəni qadınlar pak ol-duqdan dərhal sonra bu qadağan aradan qalxır. Bu, bizim böyük fəqihlərimizin verdikləri hökmdür. Bu hökmə əsasən, qa-dın heyz qanından pak olduqdan sonra, hətta qusuldan qabaq onunla cinsi yaxınlığa icazə verilir.

 

Əvvəldə qeyd olunanlardan məlum olur ki, “tətəhhərnə” cümləsi bəzilərinin təsəvvür etdiyinin əksinə olaraq, qus-la dəlalət etmir və quslun vacib olması sair dəlillər əsa-sında isbat olunur.

 

Sonrakı “min həysu əmərəkum” cümləsində göstəriş ve-rilir ki, qadınlarla, Allahın sizə fərman verdiyi yolla ya-xınlıq edin. Bu cümlə əvvəlki cümlə üçün təkid də ola bi-lər: yəni qadınlarla, yalnız paklıq günlərində yaxınlıq edin və bundan qeyri hallarda yaxınlıq etməyin. Bu ayədən da-ha geniş bir məfhumun düşünülməsi mümkündür. Yəni qadınlarla, pak olduqdan sonra yaxınlıq edilməsi Pərvərdi-gari-aləmin fərmanlarına uyğun olmalıdır. Bu fərman Al-lahın həm təkvini, həm də təşrii fərmanlarına şamil ola bilər. Çünki Allah-taala insan nəslinin davam etməsi üçün qadın və kişi arasında rəğbət və meyl yaratmışdır. Bu-na görə də cinsi yaxınlıq hər iki tərəf üçün xüsusi ləzzət gətirir. Əsl hədəf isə insan nəslinin qorunub saxlan-masıdır. Bu meyl və ləzzət də həmin məqsəd üçün bir növ mü-qəddimə hesab olunur. Deməli, cinsi ləzzətlərdən insan nəs-linin davam etməsi istiqamətində faydalanmaq lazımdır.

 

İstimna, livat və bu kimi qanunsuz cinsi əlaqələr ila-hi fərmandan çıxmaq sayılır və buna görə də müqəddəs şəri-ətimizdə qadağan olunmuşdur. Çünki bu yaramaz əməllər heç bir vəchlə cinsi yaxınlığın əsl hədəfini təmin etmir. Bundan əlavə, onun çoxlu ziyanları da vardır.

 

إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

 

Tövbə, günahdan qayıdaraq Allaha qarşı itaətsizlik et-məkdən peşmançılıq hissi keçirməkdir. O, üç əsas üzərin-də qurulmuşdur:

 

1- İnsan keçmişdə Allaha qarşı itaətsizlik etdiyini bilsin;

 

2- Günahdan peşman olmasını iqrar etsin;

 

3- Gələcəkdə həmin günahı tərk etmək və onun əvəzini çıxmaq barədə qəti qərara gəlsin.

 

Hər kəsdə belə bir vəziyyət yaranarsa, o, tövbə etmiş sa-yılır və onun əməli tövbə adlandırılır.

 

Tövbənin şərtləri və onun barəsində geniş şərh və məlumatlar münasib yerlərdə bəyan olunmuşdur. Bu ayədəki “təthir” sözündən məqsəd insanın günaha aludə olmaması və Allaha qarşı itaətsizlikdən çəkinməsidir.

 

Bu cümlə, ayənin axırında qeyd olunmuşdur. Səbəbi də budur ki, bəziləri cinsi ehtirasların coşması nəticəsin-də özünü saxlaya bilməyib qadınlarla, elə aybaşı dövründə yaxınlıq edərək günaha düşə bilərlər. Buna görə də bu qəbil insanlara, Allah rəhmətindən məyus olmamaları üçün xa-tırladılır ki, əgər tövbə etsələr Allahın mərhəmətinə nail ola bilərlər. Əlbəttə, hər kəs əvvəldən özünə nəzarət etsə və bu günahdan pak olsa Pərvərdigrın lütf və məhəbbə-tindən daha artıq faydalanacaqdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this