وَلاَ تَنكِحُواْ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلاَ تُنكِحُواْ الْمُشِرِكِينَ حَتَّى يُؤْمِنُواْ وَلَعَبْدٌ مُّؤْمِنٌ خَيْرٌ مِّن مُّشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُوْلَـئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ (221)

 

TƏRCÜMƏ:

 

“Müşrik və bütpərəst qadınlarla, iman gətirmədikləri vaxta qədər (hətta kənizlərlə izdivac etməkdən başqa çıxış yo-lunuz olmasa belə) izdivac etməyin. (Çünki) imanlı kəniz azad və müşrik qadından daha yaxşıdır. Hətta (onun mal-dövləti, gö-zəlliyi və yaxud cəmiyyətdəki mövqeyi) sizi təəccübə gətirsə də be-lə. Öz qadınlarınızı müşrik kişilərə, iman gətirmədikləri vaxta qədər ərə verməyin (hətta onları öz imanlı qullarınıza ərə verməyə məcbur olsanız belə). Bir imanlı qul azad müşrik kişi-dən daha yaxşıdır, hətta (onun gözəlliyi, mal-dövlət və sərvəti) sizi təəccübə gətirsə də belə. Onlar (müşrik həyat yoldaşları) sizi oda doğru dəvət edir, Allah isə Öz fərmanı ilə behiştə və bağışlanmağa çağırır, Öz ayələrini camaat üçün aşkar edir ki, bəlkə dərindən düşünüb ibrət alalar.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Şücaətli bir kişi olan Mərsəd, islamı qəbul etdik-dən sonra Məkkəyə gəlmişdi. Orada cahiliyyət dövründən ta-nıdığı Ənaq adlı müşrik qadınla rastlaşdı. O qadın keç-mişdə olduğu kimi, Mərsədi zinaya dəvət etdi, amma artıq müsəlman olan Mərsəd bu işə razı olmadı. İşi belə görən qadın onunla evlənməyi təklif etdi. Mərsəd “Bu məsələ Pey-ğəmbərin icazəsinə bağlıdır” – deyə cavab verdi. O, öz işlə-rini yerinə yetirdikdən sonra Mədinəyə qayıtdı və hadisəni Peyğəmbərə xəbər verdi. Bu ayə nazil olaraq müşrik və büt-pərəst qadınların müsəlman kişlərlə evlənib ailə qurmağa ləyaqətli olmadığını bəyan etdi.

 

TƏFSİR:

 

“Nikah” kəlməsi lüğətdə cinsi yaxınlıq və izdivac əqdi mənasındadır. İslam dini, ər-arvad arasındakı ailə müna-sibətlərinə çox əhəmiyyət verdiyinə, habelə irsiyyətin və ai-lə mühitinin övlad tərbiyəsində güclü təsir qoyduğuna gö-rə, həyat yoldaşı seçməkdə müxtəlif şərtlər qoymuşdur.

 

Müşrik qadının müsəlman kişiyə həyat yoldaşı ol-mağa ləyaqəti yoxdur. Əks təqdirdə, irsiyyət qanununun tələbi ilə dünyaya gələn övlad anasının bir çox ruhi xüsusiyyət-lərini kəsb edəcək və dünyaya gəldikdən sonra da onun ağu-şunda tərbiyə alararaq bədbəxt olacaqdır. Qeyd olunan səbəb-lərə görə, bu ayədə müşrik və bütpərəst qadınlarla ailə qur-maq qadağan edilmişdir. Bundan əlavə, islama yad sayılan müşriklər izdivac yolu ilə müsəlmanların evinə yol tap-maqla islam cəmiyyəti hərc-mərcliyə düçar olar, daxili düşmənlər müsəlmanların cərgələrinə nüfuz edər və nəti-cədə müsəlmanla münafiq və müşrik bir-birindən seçil-məz. Buna görə də ayədə onlarla evlənmək qadağan edilmiş-dir. Amma bəzən cinsi istəklərindən istifadə edərək on-ların düz yola hidayət olunmaları üçün buyurulur ki, əgər iman gətirsələr, onda möminlərə həyat yoldaşı ola bilər-lər. وَلاَ تَنكِحُواْ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ

 

Ayənin əvvəlində mömin kişilərin müşrik və büt-pərəst qadınlarla evlənməsi qadağan olunduğu kimi, bu his-sədə də möminə qadınları kafir və müşrik kişilərə ərə vermək qadağan olunmuşdur. Həmçinin möminə kənizlər ka-fir və azad qadınlardan, hətta onlar gözəl və dövlətli olsa-lar belə, üstün sayıldığı və izdivac üçün ləyaqətli olduğu kimi, imanlı qullar da zahirdə şəxsiyyətli və gözəl, lakin kafir olan kişilərdən üstün və daha ləyaqətlidir. Əlbəttə, mömin qadınların kafir kişilərə ərə getməsi qadağandır, amma iman gətirsələr onların evlənməsinin heç bir mane-əsi yoxdur. Bu da ayənin əvvəlində işarə olunan qayıdış yo-ludur: أُوْلَـئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ

 

Bu cümlədə imanlı kişilərin müşrik və bütpərəst qadınlarla evlənməsinin qadağan edilmə səbəbi bəyan olun-muşdur. Çünki, onlar öz rabitə və rəftarları ilə – xüsusi-lə bu rabitə ailə qurmaq nəzərindən olarsa, öz imanlı ərlə-rinə güclü təsir göstərəcək və bu təsir kişinin ruhiyyə-sində daha dərin iz buraxacaqdır. Təbiidir ki, onlar daha sonra öz ərlərini bütpərəstliyə və onun yaramaz adətlərinə dəvət edəcəklər. Bunun da nəticəsi ilahi qəzəb və cəhənnəm odudur. Onlarla, xüsusilə izdivac yolu ilə tanış olmaq Al-lahdan uzaq düşmək deməkdir. Halbuki, möminlər öz imanı və onun nəticəsi olan ali insani sifətlər səbəbi ilə öz həmsöhbətlərini imana, behiştə, ilahi məğfirət və fəzi-lətlərə dəvət edirlər.

 

Burada mömin şəxsin Allah-taala ilə olan möhkəm ra-bitəsinə görə, Pərvərdigari-aləm onun yerinə Öz adını bu-yurmuşdur:

 

وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِه

 

وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

 

Allah-taala Öz ayələrini, şəriət hökmlərini, əməli vəzifələri və əxlaqi göstərişləri camaata bəyan edir. Həmçinin bəndələrin dünya və axirət fəlakətindən qurtu-laraq səadət yoluna hidayət olunmasına gətirib çıxaran nişanələri, insanın öz daxili aləmində, eləcə də kainatda olan ayə və nişanələri şərh edir. Allah bu ayələri bütün insanların qəflət yuxusundan ayılaraq hidayət yolunu tapmaları və itaətlə məsiyəti bir-birindən ayırıb seçmə-ləri, nəticədə günahdan uzaq olub itaətin dalınca getmə-ləri üçün bəyan edir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this