فِي الدُّنْيَا وَالآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَّهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاء اللّهُ لأعْنَتَكُمْ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ (220)

 

TƏRCÜMƏ:

 

“(Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəl-kə) dünya və axirət barəsində (fikirləşəsiniz). Və səndən yetim-lər barəsində soruşurlar. De: Onların işinin islah edilməsi da-ha yaxşıdır. Əgər öz həyatınızı (məişətinizi) onların həyat-ları (məişətləri) ilə qarışdırıb müştərək yaşasanız (heç bir eybi yoxdur), onlar sizin (din) qardaşınızdır (onlarla bir qardaş kimi rəftar edin). Allah fəsad törədənlərlə islah edənləri yax-şı tanıyır. Əgər Allah istəsə, sizi zəhmətə salar (və göstəriş verər ki, yetimlərə qəyyumluq etməklə yanaşı, onların məişət və mal-dövlətlərini öz mal-dövlətinizdən tamamilə ayırın, amma O, belə etməz,) çünki, Allah qüdrətli və hikmətlidir.”

 

TƏFSİR:

 

فِي الدُّنْيَا وَالآخِرَةِ “Fiddunya vəl-axirəti” cümləsi əvvəlki ayə-nin sonunda gələn “infaq” məsələsi ilə bağlıdır. Yəni in-faq dünya və axirətdə insanın səadət və asayişini təmin etməlidir. Mal-dövlətinizin hamısını xərcləməyin, əks halda dünyada çətinliyə, zəhmətə düşə bilərsiniz. Paxıl-lıq da etməyin, çünki bu iş sizi axirət savabından məhrum edə bilər.

 

 

 

 

Yetimlərlə bağlı olan məsələlərə gəldikdə isə, təfsir-lərdə belə qeyd olunur: “Nisa” surəsinin doqquzuncu ayəsi nazil olub yetimlərin malını yeməyi cəhənnəm odu kimi bə-yan etdikdə, evlərində yetim saxlayan şəxslər təşvişə, izti-raba düşdülər, hətta bəziləri onları öz evlərindən çı-xartdı və bəziləri də onların yemək qablarını ayırdılar. Nəticədə yetimlər ev sahibi üçün müxtəlif çətinliklər yaratdı. Onlar Peyğəmbər (s)-in hüzuruna gəlib yetimlərlə necə rəftar etmək barəsində soruşduqda, həzrət cavab verdi: Yetimlərin işlərinin islah olunması (qaydaya salınması) daha yaxşıdır. Onların mal-dövlətinin sizinki ilə qa-rışmasını əsas tutaraq, yetimləri özbaşına buraxmamalı, onların məişətinin idarə olunması məsuliyyətindən im-tina etməməlisiniz. Onlar sizin din qardaşınızdır. Si-zin mal-dövlətiniz onların mal-dövləti ilə qarışdıqda, məqsədiniz onların israf edilməməsi olsa, onda bu işin ey-bi yoxdur. Allah-taala fəsad törətmək istəyənləri islahat aparmaq istəyənlərdən seçir və sizin əzab-əziyyətə düş-məyinizi istəmir. O, qüdrətli və hikmət sahibidir.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Yetimlər sizin nə övladınızdır, nə də qulunuz; onlar sizin kiçik qardaşınızdır və sizdən hesab olunur. فَإِخْوَانُكُمْ

 

 

Və onlar həyat və məişətdə sizinlə bir olmalıdır.

 

2- Yetimləri öz başına və nəzarətsiz buraxmaq məsləhət deyildir; onlara hüsnü-niyyət və qardaşlıq nəzərləri ilə baxmaq, işlərinin tənzim olunmasında ədalətli şəkildə səy etmək lazımdır.

 

3- İslahat zahiri əlamətlərlə deyil, insanın niyyəti əsasında olmalıdır. Allah-taala islahatçını da, fəsad niyyətində olanı da tanıyır. Xidmət adı ilə yetimlərin mal-dövlətini yemək, yaxud fəsad törənəcəyindən qorxub onları boşlamaq rəva deyildir!

 

4- Təfsirlərdə və ayənin nazil olma səbəbində deyildiyi kimi, islam dinində insanların taqəti və gücü çatmayan iş-lərə əmr olunmaz.

 

5- Yetimlərin vəziyyəti barəsində hər növ xidmətçilik və islahatçılıq işi təqdirəlayiq bir şey hesab olunur. Yu-xarıdakı ayədə “islah” kəlməsi qeydsiz-şərtsiz gətirildi-yindən, maddi, elmi, əməli, tərbiyəvi, dini və s. kimi bütün islahatlara şamil olur.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this