يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ (219)

 

TƏRCÜMƏ:

 

“Səndən şərab və qumar barəsində soruşurlar. De: Onlarda bö-yük günah və ziyan vardır, (maddi nəzərdən) camaata müəyyən qədər mənfəətə də malikdir. (Amma) onların günahı faydasından daha artıqdır. Və səndən “nə infaq edək?” – deyə soruşurlar. De: “Ehti-yacdan artıq qalanlarla (yaxud əfv və güzəşt etməklə).” Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəlkə təfəkkür edə-siniz.”

 

TƏFSİR:

 

İlk sual şərab və qumar haqqındadır. “Xəmr” kəlməsi əslində örtük və pərdə mənasındadır. Qadınların hicaba riayət etmək üçün başına bağladığı örtüyə də “ximar” deyi-lir (bu da həmin kökdən alınmışdır). Spirtli içkilər in-sanın əql qüvvəsini aradan apardığına və bir növ onun üstü-nü örtdüyünə görə ona “xəmr” deyilir.

 

Məysir kəlməsi asanlıq mənasında olan “yusr” kökündən alınmışdır. Çünki qumar oynayanlar bir-birinin mal-döv-lətini çox asanlıqla ələ keçirib mənimsəmək istəyir. Yuxa-rıdakı ayədə onların bu barədə verdiyi sualın cavabında buyurulur ki, şərab və qumar böyük günahlardandır, eyni za-manda onlarda müəyyən qədər mənfəət də vardır. Bu mənfəət şərab istehsal etmək məqsədi ilə üzüm əkmək, kişmiş bi-şirmək, şərab satmaq, vergi, gömrük haqqı və sair almaq, eləcə də qumarbazların qumarxana tikməklə əldə etdikləri mənfəətlərə aiddir. Amma bu iki şeyin əsl zərər və günahı onların zahiri mənfəətlərindən qat-qat artıqdır.

 

Burada şərab və qumarın ziyanlarından bəzilərini qeyd edirik:

 

1- Ömrün qısalması;

 

2- Yeni doğulan körpələrdə anormallıqların yaranması, xüsusilə cinsi yaxınlıq məst halında baş vermiş olarsa;

 

3- Müxtəlif əxlaqi pozğunluq və cinayətlər, oğurluq, qətl, cinsi təcavüzlər, ağır yol-qəza hadisələrinin yaranma-sı və sair.

 

Həkimlərdən biri deyirdi: Əgər dövlət səviyyəsində şə-rab satışının yarısının qarşısı alınsa, biz ruhi və fi-ziki xəstəxanaların yarısını bağlamalı olarıq.

 

Qumarın zərərlərinə gəldikdə isə, həyəcanlı vəziy-yətlərin yaranması, dava-dalaş, müflisləşmək, əsəb siste-minin pozulması, müxtəlif əsəb xəstəlikləri, beyin və ürək infarktı və sairəni qeyd etmək olar. Təhqiqatçılar cəmiyyət-də baş verən cinayətlərin otuz faizinin qumarla əlaqədar olduğunu bildirmişlər.

 

Qumar iqtisadiyyata ağır və öldürücü zərbələr vurur və faydalı iş əmsalını aradan aparır. Hətta bəzi qeyri-isla-mi ölkələr də qumarı qadağan etmişlər. Məsələn, İngiltə-rədə 1853-cü ildə, Amerikada 1955-ci ildə, keçmiş Sovetlər ölkəsində 1954-cü ildə, Almaniyada 1873-cü ildə qumar qada-ğan edilmişdi. Amma görəsən, bu gün həmin qanunlara necə əməl olunur?

 

Ayədəki ikinci sual isə infaq barəsindədir. Hansı şeylərlə infaq edək? – deyə soruşulduqda, cavabda “Əfv və gü-zəştə getməklə!” – deyə buyurulur.

 

“Əfv” lüğətdə “güzəştə gedib bağışlamaq” mənasını ifadə etməkdən əlavə, “orta həddə olmaq”, “malın artığı” və “malın ən yaxşı hissəsi” mənalarını da ifadə edir. Bu mə-naların hər biri bu ayə ilə müvafiqdir və onda əfvin bütün mənalarının nəzərdə tutulması ehtimalı vardır. Yəni əgər infaq etmək istəsəniz, orta həddə riayət edin və mal-dövlətinizin hamısını infaq edərək özünüzü çətinliyə sal-mayın. Həmçinin infaq edərkən lazımsız və qiymətsiz şey-lərdən deyil, mal-dövlətinizin ən yaxşısından verin. Çün-ki Quran buyurur: “Sevdiyiniz şeylərdən infaq etməyincə, yax-şılığa çatmazsınız.”

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Öz rəftar və əməllərinizdə insaflı olun. Ayədə şə-rab və qumarın zahiri mənfəətləri unudulmur, amma bu möv-zu elə irəli çəkilir ki, insandakı təvəkkül və təfəkkür qüv-vəsi canlansın.

 

2- Şərab və qumarın hər ikisi insanın cism və ruhunu fəsada çəkərək onun qəflətə düşməsinə səbəb olur. Buna gö-rə də onlar Quranda bir-birinin yanında qeyd edilmişdir.

 

3- Əql və aramlığın keşiyində durun.

 

Şərabın haram edilməsi ilə əql və düşüncənin, quma-rın haram edilməsi ilə ruhi və iqtisadi sağlamlığın, ic-timai asayişin keşiyində durun.

 

4- Təfsirlərdə qeyd olunur ki, şərab tədrici surətdə haram edilmişdir. Çünki o zaman camaatın əksəriyyəti şə-rab içirdi. Yuxarıdakı ayələr nazil olaraq onları, şəra-bın haram olmasını qəbul etmək üçün tədriclə hazırladı. Əvvəlcə “Nəhl” surəsinin 67-ci ayəsi nazil oldu:

 

وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَعْقِلُونَ

 

“Səkərən və rizqən həsənən” yəni üzümdən həm məstedici iç-kilər, həm də gözəl ruzilər əldə olunur.”

 

Beləliklə, qeyd olunur ki, məstedici içkilər əsla gözəl ruzi deyildir. Sonra yuxarıdakı ayə nazil oldu:

 

فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَر

 

Bu ayədə buyurulur ki, şərab və qumarın zərəri, onların mənfəətindən daha artıqdır. Daha sonra isə “Nisa” surəsi-nin 43-cü ayəsi nazil oldu və buyurdu:

 

لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ

 

“Məst halda namaza yaxın durmayın.”

 

Sonra isə şərab aşkar surətdə və birdəfəlik olaraq qadağan edildi:

 

إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

 

“Şərab və qumar nəcisdir və şeytan əməllərindən sayılır. Onlardan uzaq olun.”[ “Maidə” surəsi, 90-cı ayə.]

 

Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Hər bir məstedici şey haramdır. Allah-taala şərabı, onu sıxanı, şirəsini çəkəni, satanı, alanı, piyalələrə süzəni, onun satışından əldə olunan-ları yeyəni, onu götürəni, bir kəs üçün aparanı və içirdəni lə-nətləmişdir.”[ “Üsuli-kafi”, 6-cı cild, səh.398.]

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this