يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ وَصَدٌّ عَن سَبِيلِ اللّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِندَ اللّهِ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ وَلاَ يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىَ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُواْ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (217)اِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ أُوْلَـئِكَ يَرْجُونَ رَحْمَتَ اللّهِ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ (218)

 

TƏRCÜMƏ:

 

217- “Səndən, haram aylarda müharibə barəsində soruşurlar. De: Onda müharibə (böyük) günahdır, amma Allahın yolunun, (ca-maatın haqqa yönəlməsinin) qarşısını almaq, Ona qarşı kafir olmaq, Məscidul-hərama qarşı hörmətsizlik etmək və onun sa-kinlərini çıxartmaq, Allah yanında ondan daha böyük günahdır və fitnə-fəsad törətmək (camaatı küfrə təşviq edib imandan yayındırmağa şərait yaratmaq) hətta qətldən də ağır günahdır. Müşriklər həmişə sizinlə müharibə edirlər ki, qüdrətləri ça-tarsa sizi bu dindən qaytarsınlar. Amma hər kəs öz dinindən qa-yıtsa və küfr halında ölsə, onun dünya və axirətdəki bütün əməl-ləri hədər olacaq. Onlar cəhənnəm əhlidirlər və həmişəlik orada qalacaqlar.”

 

218- “İman gətirib hicrət edənlər və Allah yolunda cihad edənlər Pərvərdigarın rəhmətinə ümidvardırlar və Allah bağış-layan və mehribandır.”

 

AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

 

Qeyd olunmuşdur ki, bu ayə Əbdüllah ibni Cəhişin barəsində nazil olmuşdur. Belə ki, “Bədr” müharibəsindən əvvəl Peyğəmbər ona bir məktub verib mühacirlərdən olan səkkiz nəfərlə yola saldı və əmr etdi ki, iki gün yol get-dikdən sonra məktubu açıb onda yazılanlara əməl etsinlər. O, iki gün yol getdikdən sonra məktubu açıb belə yazıldı-ğını gördü: “Məktubu açdıqdan sonra Nəxləyə qədər (Məkkə ilə Taif arasında bir yer adıdır) irəli get və orada qü-reyşliləri nəzarət altına al və müntəzəm olaraq vəziyyəti bizə xəbər ver.”

 

Əbdüllah bu məsələni yoldaşlarına dedikdən sonra əlavə etdi ki, Peyğəmbər mənə, bu işi sizə icbari olaraq gördürməyi qadağan etmişdir. Hər kəs şəhid olmağa hazır-dırsa mənimlə gəlsin, istəməyənlər geri qayıtsın.

 

Hamısı onunla birlikdə hərəkət etdi. Nəxləyə çatan za-man onlar Qüreyş karvanı ilə rastlaşdılar. Əmr ibni Həz-rəmi də orada idi. Rəcəb ayının axırıncı günü (bu ay da ha-ram aylardandır) onlara həmlə etmək barəsində məşvərət et-dilər. Bəziləri dedi ki, əgər bu gün fürsəti əldən versək, onlar hərəmə daxil olacaq. Belə olduqda isə artıq onlara to-xuna bilməyəcəyik.

 

Nəhayət şücaətlə onlara həmlə etdilər. Əmr ibni Həz-rəmini öldürüb karvanı ələ keçirdilər və iki nəfərlə birlikdə Peyğəmbər (s)-in yanına gətirdilər. Həzrət onlara buyurdu: “Mən sizə haram ayda müharibə etməyi göstəriş ver-məmişdim.” Peyğəmbər qənimətə və əsirlərə əl vurmadı. Mücahidlər narahat oldular. Sair müsəlmanlar da onları məzəmmət etdilər. Müşriklər də dil yarası vuraraq deyir-dilər ki, Məhəmməd haram aylarda müharibəni, qan axıt-mağı və əsir tutmağı halal sayır. Bu zaman yuxarıdakı ayə nazil oldu.

 

Bu ayə nazil olduqdan sonra Əbdüllah ibni Cəhiş və onun dostları bu yolda cihad savabı qazanmaq üçün çalış-dıqlarını bildirdilər. Sonra Peyğəmbər (s)-dən “bizim işimizin mücahidlər qədər savabı varmı?” – deyə soruşdu-lar. Bu zaman ikinci ayə nazil oldu.[ “Sireyi-ibni Hişam”, 2-ci cild, səh.252.]

 

TƏFSİR:

 

Yuxarıda qeyd olunduğu kimi, bu ayə haram ayda cihad ilə əlaqədar suallara cavab verir və haram aylarda müharibənin haram edilməsini aşkar elan edərək onu böyük günah sayır:

 

قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ

 

Amma təkid edilir ki, Allaha qarşı küfr edən, cama-atın hidayət olunmasının qarşısını alan, Məkkənin dinc əhalisini ev-eşiyindən çıxaran, Allahın əmin-amanlıq hərəmi sayılan, hətta heyvan və bitkilərin belə amanda ol-duğu bir müqəddəs məkana qarşı ehtiramsızlıq göstərən və bununla böyük bir günaha mürtəkib olan müşriklərin ha-ram aylarda səhvən müharibə edən müsəlmanları məzəmmət etməyə haqqı yoxdur.

 

Bundan əlavə, müşriklərin fitnə-fəsad mərkəzi, poz-ğunluq, küfr, bütpərəstlik ilə qarışmış bir mühit ya-ratması, haqq axtaranlara təzyiq göstərərək onları nəzarət altında saxlaması və onların haqqa yönəlməsinin qarşısı-nı almaqla mürtəkib olduqları böyük günahlar bu haram ayda müharibə etməkdən qat-qat ağırdır: وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ

 

Sonra müsəlmanlara xitabən buyurulur ki, heç vaxt müşriklərin zəhərli təbliğatlarının təsiri altına düşməsinlər. Onlara xatırladılır ki, müşriklər daim pusquda dayanır, gücləri çatarsa sizi islamdan döndərməyə və öz ayinlərinə gətirməyə çalışırlar.

 

Quran bu məkrli hiylənin qarşısını almaq üçün mü-səlmanlara ciddi şəkildə xəbərdarlıq edir: Onlardan hər biri haqq dinindən dönüb kafir olsa və küfr halında ölsə bu iş onun bu cihaddakı bütün yaxşı əməllərini, eləcə də axirət əməllərini batil edib aradan aparacaq və buna görə də onlar həmişəlik olaraq ilahi əzabda qalacaqlar.

 

Bu ayələrdəki “həbitə” kəlməsi əməlin təsirsiz və ba-til olmasına işarədir. Bəzilərinin nəzərinə görə, bu sö-zün kökü “həbət”dir. Buna əsasən, qeyd olunan ayədəki “həbitə” sözünü sair ayələrdəki “həbt” sözü kimi götürdükdə, ayənin mənası belə olur: küfrə qayıdaraq mürtəd olmaq (dindən çıxmaq) yaxşı əməlləri və onların insanın səadətə çat-maqdakı təsirini aradan aparır. İman isə əmələ yeni ruh verir, insanın əbədi səadət və xoşbəxtliyini təmin edir. Əgər bir şəxs kafirlikdən sonra iman gətirsə əməlləri dirilər, onun səadətində təsirli olar və kafir olduğu dövrlərdəki əməlləri, onun dünya və axirət səadətində mən-fi təsir göstərməz. Amma küfr halında dünyadan getməyin-cə, səadətdən tamamilə məhrum deyildir. Əgər dindən çıxa-raq mürtəd halında ölsə, onun əməllərinin məhv olması la-büd, bədbəxtçiliyi isə qəti bir məsələdir.

 

Bu ayə göstərir ki, Əbdüllah Cəhişin əhvalatında qeyd olunduğu kimi, Allah yolu mücahidlərinin bəzisi məlu-matsızlıq, yaxud ehtiyatsızlıq ucbatından bəzən səhvə düçar ola bilərlər. Amma Allah-taala böyük xidmət və sədaqətli cihad səbəbi ilə onları bağışlayacaqdır: وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this