كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ وَعَسَى أَن تُحِبُّواْ شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ (216)

 

TƏRCÜMƏ:

 

“Allah yolunda cihad etmək sizə yazıldı, halbuki siz ona ik-rah hissi ilə yanaşırsınız. Ola bilsin ki, siz bir şeyə ikrah hissi ilə yanaşasınız, amma o şey sizin xeyrinizə olsun; yaxud bir şeyi çox istəyəsiniz, amma o sizin zərərinizə tamam olsun. Allah bilir və siz bilmirsiniz.”

 

TƏFSİR:

 

Əvvəldəki ayə infaq barəsində idi, amma bu ayə fədakar- lıq və candan keçmə ilə əlaqədardır. Bu iki məsələ qəhrə-manlıq səhnəsində yanaşı addımlayır.

 

Ayədə buyurulur ki, düşmənlərlə cihad etmək sizə vacib və hökmən yazılmış bir göstərişdir. Amma insan təbii olaraq çətinliklərdən əzab çəkir və onu xoşlamır. O, rahat yaşamağı daha çox sevir.

 

وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ “Və əsa ən təkrəhu şəyən və huvə xəyrun ləkum” cümləsi göstərir ki, düşmənlərlə müharibə insanların ölümünə, maddi cəhətdən ziyana uğramasına, təh-lükəsizliyin aradan getməsinə və müxtəlif narahatlıqlara səbəb olduğundan, insanlar üçün ağır və xoşagəlməz bir şey sayılır. Amma həmişə elə fədakar insanlar tapılır ki, müqəddəs hədəfə çatmaq üçün heç nəyi əsirgəmir, camaatın əksəriyyəti isə yuxarıda qeyd olunan səbəblərə əsasən, cihad və fədakarlığa ikrah hissi ilə yanaşırlar.

 

Pərvərdigari-aləm bu təfəkkür tərzini qətiyyətlə məh-kum edərək onlara başqa bir yol göstərir və buyurur ki, siz bu işin əsl mənafe və məsləhətindən xəbərdar deyilsiniz. Haradan məlumdur ki, sizin xoşunuza gəlməyən şeyin ar-dınca xeyir və xoşladığınız şeyin ardınca şər gəlməsin?! Bütün gizlin sirlərdən yalnız Allah agahdır. Amma şüb-həsiz, ayıq insanlar bu hökmlərin bəzi sirlərindən agah ola bilər.

 

Bu ayə təkvini və təşrii qanunlardakı ilahi bir prin-sipə işarə edərək, bu qanunlar qarşısında insanlara inzi-batçılıq və bəndəçilik ruhiyyəsini aşılayır və onlara öy-rədir ki, bəşər övladı Allah qanunları qarşısında öz şəxsi nəzərinə əsaslanaraq mühakimə yürütməməlidir. Çün-ki şübhəsiz, onların elmi bütün cəhətlərdən məhdud və dərya müqabilində olan bir damlaya bənzəyir. Buna əsasən, hər bir cəhətdən qeyri-məhdud olan Allah elmindən qaynaq-lanan qanunlar qarşısında durmaq olmaz. Onların hamısı – istər cihad və zəkat kimi şəriət qanunları, istərsə də hə-yatda baş verən və insanın ixtiyarında olmayan təkvini qa-nunlar olsun – insanların xeyrinədir və bu qanunlardan qaç-maq mümkün deyildir. (Dostların, qohum-əqrəbanın ölümü, yaxud insanın gələcək hadisələrdən xəbərsiz olması və sairəni də təkvini qanunlara misal göstərmək olar.)

 

Ümumiyyətlə, Quran ayələri, habelə Peyğəmbəri-əkrəm (s) və imamlardan (ə) gəlib çatan hədislər fürudinin bir böl-məsi olan cihadın əhəmiyyət və fəzilətini göstərir. “Came-us-sadat” kitabında Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olun-muşdur: “Yaxşı əməllərin cihad ilə müqayisəsi tufanlı dərya-nın üzərinə yığılan köpüklə suyun məsəli kimidir.”

 

İmam Sadiq (ə)-dan belə rəvayət olunmuşdur: “Namaz, oruc, həcc və zəkat kimi vacib əməllərdən sonra ən fəzilətli əməl cihaddır.”

 

Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olunmuşdur: “Cən-nətdə bir qapı vardır, ona mücahidlər (cihad edənlər) qapısı de-yilir.”[23]

 

Cihad hökmü təkcə islam dininə məxsus deyildir və sa-ir ilahi dinlərdə də bu hökm mövcud olmuşdur. Tövratın “Təsniyə” bölməsinin 7-ci və 13-cü bablarında, habelə “Xuruc” bölməsinin 22-ci babında və “Ədab” bölməsinin 31-ci babında Musa (ə)-ın Bəni-israil qəbiləsi istisna olmaq-la, sair qəbilələrlə cihad hökmü verməsi bəyan olunmuşdur. Matta İncilinin 10-cu babının 34-cü cümləsindən, Luka İncilinin 19-cu babının 28-ci cümləsindən və 32-ci ba-bının 36-cı cümləsindən məlum olur ki, Həzrəti İsa (ə)-a cihad əmri verilmişdi, amma o, dostu və yaxın köməkçiləri olmadığından cihad edə bilməmişdi.

 

“Bəqərə” surəsinin 246-cı, “Ali-imran” surəsinin 47-ci, “Maidə” surəsinin 27-ci və sair ayələrində kafir və müşriklərlə döyüşən peyğəmbərlərdən bəzilərinin əhva-latı qeyd olunmuşdur.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 

 


more post like this