يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ (215)

 

TƏRCÜMƏ:

 

“Səndən “nə infaq edək?” – deyə soruşurlar, de: İnfaq etdiyi-niz hər bir xeyir və yaxşılıq (maddi və mənəvi faydalar) ata-ana-nız, yaxın qohumlarınız, yetimlər, kasıblar və yolda qalanlar üçün olmalıdır. Allah, yerinə yetirdiyiniz hər bir yaxşı işdən agahdır (onu zahir edərək başqalarına xəbər verməyiniz zəruri de-yildir, O, bunları Özü bilir).”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Böyük və varlı bir şəxs olan Əmr ibni Cəmuh, Peyğəm-bərdən “hansı şeylərdən və kimlərə sədəqə verim?”- deyə so-ruşduqda, yuxarıdakı ayə nazil oldu.

 

TƏFSİR:

 

Qurani-məciddə Allah yolunda infaq və ehsan barəsin-də çoxlu ayələr mövcuddur. Pərvərdigari-aləm müsəlmanla-rı müxtəlif yollarla infaq etməyə, fəqirlərə əl tutmağa təşviq edir. Amma bu ayənin bəyanı tamamilə başqa cürdür. Bəzi şəxslər hansı şeylərdən infaq etməyi bilmək istəyir-dilər. Buna görə də Allah-taala buyurur: “Səndən “nə infaq edək?” – deyə soruşurlar.”

 

Onların cavabında infaq ediləsi şeyləri bəyan etmək-lə yanaşı, daha mühüm bir məsələyə də işarə olunur. O da infaq və ehsanın kimlərə aid edilməsi məsələsidir. Yuxa-rıda qeyd olunduğu kimi, ayənin nazil olma səbəbi göstərir ki, sualda hər iki məsələ (hansı şeylərdən və hansı şəxs-lərə infaq etmək) gəlmişdir.

 

Birinci halda suala, (yəni hansı şeylərdən infaq edilməsinə) “xeyir” kəlməsi zikr edilməklə daha geniş və tam cavab verilir. Camaata faydalı və xeyirli olan hər növ iş və ya sərmayə infaq edilməlidir. Buna əsasən, bütün mad-di və mənəvi sərmayələr “xeyirli infaq” sayılır.

 

İkinci halda (yəni infaqın hansı yerlərdə məsrəf olunmasında) isə hər şeydən əvvəl qohum-əqrəba, onların da içərisində ilk növbədə ata-ana, sonra isə yetimlər, kasıblar və yolda qalanlar qeyd edilmişdir. Aydındır ki, qohum-əqrə-baya infaq edilməsi, bu məsələ ilə əlaqədar qeyd olunan savab və müsbət nəticələrdən əlavə, qohumluq əlaqələrinin möh-kəmlənməsində də dərin təsirlərə malikdir.

 

وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ “Və ma təfəlu min xəyrin fə in-nəllahə bihi əlim” cümləsi göstərir ki, infaq edən şəxslər camaatın bu xeyir işdən xəbərdar olmasına israr etməmə-lidir. Yaxşı olar ki, bu əməlin daha artıq xalis niyyətlə yerinə yetirilməsi üçün gizlində infaq edilsin. Çünki bu işlərə mükafat verən şəxs, yəni Allah-taala onların ha-mısından agahdır və bütün insanların hesabı Onun yanın-dadır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this