أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْاْ مِن قَبْلِكُم مَّسَّتْهُمُ الْبَأْسَاء وَالضَّرَّاء وَزُلْزِلُواْ حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ مَتَى نَصْرُ اللّهِ أَلا إِنَّ نَصْرَ اللّهِ قَرِيبٌ (214)

 

TƏRCÜMƏ:

 

“Güman edirsiniz ki, keçmişdəkilərin başına gələn hadi-sələr sizin başınıza gəlmədən behiştə daxil olacaqsınız? On-lar o qədər narahatlıq və çətinliklərə düçar olmuşdular ki, Pey-ğəmbər və iman gətirən şəxslər “Bəs Allahın köməyi haradadır?” – dedilər. (Allahdan kömək istədikdə onlara deyildi:) agah olun, Allahın köməyi yaxındır.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Təfsirçilərdən bəzilərinin nəzərinə görə, “Əhzab” müharibəsində müsəlmanlar şiddətli qorxu hissi keçir-diyi zaman mühasirəyə düşdülər. Bu ayə nazil olaraq onları səbirli olub müqavimət göstərməyə çağırdı, Allah tərəfin-dən olan nüsrət və kömək vədəsini onlara müjdə verdi.

 

Həmçinin deyilmişdir ki, müsəlmanlar “Ühüd” müha-ribəsində məğlub olan zaman münafiqlərin başçısı Əbdül-lah ibni Übəyy onlara dedi: “Nə vaxta qədər özünüzü ölümə ve-rəcəksiniz? Əgər Məhəmməd peyğəmbər olsaydı, Allah onun dostlarını ölümə və əsirliyə düçar etməzdi!” Bu zaman yuxa-rıdakı ayə nazil oldu.

 

TƏFSİR:

 

AĞIR HADİSƏLƏRLƏ İMTAHAN İLAHİ BİR QANUNDUR

 

Yuxarıdakı ayədən belə məlum olur ki, möminlərdən bəziləri təsəvvür edirdilər ki, behiştə daxil olmağın əsil amili yalnız Allaha iman gətirməkdir və bunun ar-dınca heç bir narahatlıq və əzab-əziyyət görməməlidirlər. Eləcə də heç bir səy etmədən Allah onların işlərini ni-zamlayacaq və düşmənlərini məhv edəcək.

 

Quran bu cür yanlış təsəvvürlərin qarşısını almaq üçün həqiqi və həmişəlik olan ilahi bir qanuna işarə edib buyurur ki, bütün möminlər iman və onun inkişafı yo-lunda narahatlıqlara, xoşagəlməz hadisələrə və çətinlik-lərə sinə gərməli və fədakarlıq etməlidirlər. Bunlar elə imtahanlardır ki, həqiqi imanı yalançı və zahiri imandan ayırır. Bu ayə həm də bunu bəyan edir ki, bu imtahanlar xil-qətin ümumi bir qanunudur və əvvəlki ümmətlərdə də mövcud olmuşdur.

 

Məsələn, Bəni-israil qövmü fironçuların caynağından xilas olmaq üçün bir çox ağır hadisə və müsibətlərə düçar oldular. Həmin ağır anlarda ilahi kömək onları öz düş-mənlərinə qalib etdi. Bu məsələ təkcə Bəni-israil qövmünə məxsus deyildir. Yuxarıdakı ayədəki “vəlləzinə xəlov min qəbli-him” (və sizdən qabaq olanlar) ayəsi göstərir ki, imtahan olun-maq baxımından bütün insanlar müştərək taleyə malikdir-lər. Sanki, bu ilahi bir qanun və insanlar üçün təkamül və tərbiyə amilidir, bütün ümmətlər ağır və çətin hadisələr içərisində bərkiməlidir.

 

Həmçinin bu imtahanlarda ləyaqətli şəxslər nalayiq və yaramaz insanlardan seçilməli, cəmiyyət saflaşmalıdır.

 

Yuxarıdakı ayənin təfsirində bu məsələni də qeyd etmə-liyik ki, əvvəlki ümmətlərin başına o qədər ağır və müsi-bətli hadisələr gəlirdi ki, hətta imanlı şəxsləri və pey-ğəmbərləri belə, həyəcana gətirirdi. Onlar bir səslə “Bəs Allahın köməyi haradadır?” – deyirdilər. Aydındır ki, bu söz-lə məqsədləri Pərvərdigara etiraz etmək deyil, bir növ il-timas və dua etmək idi.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this