كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ (213)

 

TƏRCÜMƏ:

 

“İnsanlar (əvvəldə) bir dəstə idi (və onların arasında zid-diyyət yox idi, tədricən cəmiyyət və siniflər meydana gəldi, sonra onların arasında ixtilaflar və təzadlar yarandı, bu zaman) Al-lah peyğəmbərləri göndərdi ki, onlar camaata (ilahi nemətlərə) müjdə verən və (ilahi əzabdan) qorxudan olsunlar. Haqqa doğru dəvət edən səmavi kitabı onlara nazil etdi ki, camaatın arasında, ix-tilaf olan məsələlərdə mühakimə etsin. (İmanlı şəxslər onda ixtilaf etmədilər,) yalnız bir dəstə, kitabı aldıqdan və ondakı açıq-aydın əlamətləri gördükdən sonra haqdan inhirafa çəkilmək və zülmkarlıq səbəbi ilə onda ixtilaf etdilər. Allah, iman gə-tirənləri ixtilaf etdikləri şeyin həqiqətinə çatdırdı və Öz fərmanına rəhbərlik etdi. (Amma imansız şəxslər yenə də öz az-ğınlıq və ixtilaflarında qaldılar). Allah hər kəsi istəsə, düz-gün yola hidayət edər.

 

TƏFSİR:

 

Bu ayədən məlum olur ki, insanlar ilk dövrlərdə sadə yaşayırdılar, amma sonralar əhalinin artımı və nəzər-lərin müxtəlifliyi nəticəsində təfriqə və çəkişmələr ya-randı. Bəzi rəvayətlərə görə, bu dövr, camaatın çox sadə və məhdud şəraitdə yaşadığı dövrlə – Həzrət Nuh (ə)-dan qabaq-kı dövrlərlə uyğun gəlir. Belə ki, onlar həmin dövrdə tam qəflətdə yaşayırdılar. Sonra insanlar müxtəlif mənfəət-lərdən bəhrələnərək çoxaldılar. Hər kəs başqasını özünə xidmətçi etmək və onun əməyindən bəhrələnmək istədiyi təq-dirdə ixtilaflar, cəmiyyətlər və siniflər meydana gəldi. İctimai həyat, ixtilafları həll edə biləcək ədalətli bir qanun tələb edirdi. Allah-taala ixtilafları həll etmək, çəkişmələri aradan qaldırmaq üçün peyğəmbərləri səmavi kitablarla birlikdə göndərdi. Amma insanlardan bir dəs-təsi agahlıq və inadkarlıq üzündən onların verdiyi müj-dələr, eləcə də qorxutduqları şeylər müqabilində müqavimət göstərdilər. Bunun özü də yeni-yeni ixtilaflara səbəb oldu.

 

Amma Allah-taala Öz lütfü ilə hidayət olunmağa iste-dad və qabiliyyəti olan şəxslərə rəhbərlik edib yol göstər-di. Amma zorakılıq, həsəd və zülm nəticəsində haqq ilə mü-barizəyə qalxanları cəzalandırmaq üçün öz başına buraxdı.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Həyat və məişət nə qədər sadə, cəmiyyət üzvləri nə qə-dər az olsa, çəkişmələr də bir o qədər az olacaq.

 

2- Hər yerdə ixtilaf olsa, onu həll etmək üçün hökmən hakimə ehtiyac vardır. Bəşər tərəfindən yazılan qanunlar, yaradılan mədəniyyətlər mövcud ixtilafları həll etməyə qa-dir deyildir. Çünki hər qrup və şəxs yalnız öz mənafe və is-təyinə nail olmaq istəyir, (odur ki, başqlarının məna-feyini nəzərə almır). Bəşərin mövcud ixtilafları vəhy qa-nunu və peyğəmbərlərin vasitəsi ilə həll edilməlidir. Çün-ki, ilahi qanunlar hər növ xəta və nöqsandan uzaqdır, həmçi-nin Allah-taala onu məsum bir şəxsin vasitəsi ilə göndə-rir.

 

3- İxtilafın həll edilməsinin ən yaxşı yolu məada, Qiyamət gününə iman gətirməkdir. Peyğəmbərlər ixtilafın qarşısını almaq üçün müjdədən, ixtilaf yarandığı halda isə xəbərdarlıq və təhdiddən istifadə edirdilər.

 

4- İxtilafın ən pis növü, agahlıq üzündən olan ixti-lafdır. Bu da aşkar dəlillər gəldikdən sonra həsəd və ya zülm etmək nəticəsində yaranır.

 

5- İxtilafın həll olunmasının yolu peyğəmbərlərin qanununa iman gətirib onlara itaət etməkdir.فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ

 

6- Quran inadkarlıq üzündən törədilən ixtilafları tənqid atəşinə tutur, çünki bu halda insanlar ilahi pey-ğəmbərlərin gətirdiyi qanunların icra olunmasına razı olmur. Amma ədalət qarşısında təslim olmağa gətirib çı-xaran ixtilafın heç bir eybi yoxdur. Bu halda, ixtilaf tərə-zinin iki gözünə bənzəyir ki, bir-birinə zidd olan hərəkət-lərlə ədalətə, bərabərliyə çatmaq istəyir. Bu cür ixtilaflar adətən, münasib qərarların çıxarılması ilə nəticələnir.

8- İxtilaflardan yaxa qurtarmağın yeganə yolu sirati-müstəqimdir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this