زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ اتَّقَواْ فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَاللّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ (212)

 

TƏRCÜMƏ:

 

“Kafirlər üçün dünya həyatı zinət verildi. Buna görə də on-lar (bəzən yoxsul olan) imanlı şəxsləri məsxərəyə qoyurdular. Han-sı ki, təqvalılar Qiyamətdə onlardan üstündürlər (çünki orada həqiqi dəyərlər aşkar olacaq və əyani surətdə təcəssüm edəcəkdir) və Allah hər kəsə istəsə, hesab-kitabsız ruzi verir.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Məşhur təfsirçi İbni Abbas deyir: Bu ayə Qüreyş baş-çılarının son dərəcə rifahda yaşayan və sayı bir neçə nə-fərdən çox olmayan əyan-əşrafı barəsində nazil olmuşdur. Onlar maddi nəzərdən fəqir və əliboş, amma sabit və güclü imana malik olan möminləri istehza edir və “əgər Peyğəm-bər doğrudan da böyük şəxsiyyət olub Allah tərəfindən se-çilsəydi, əyan-əşraf və qəbilə böyükləri ona tabe olardı” – deyirdilər. Bu ayə nazil olaraq onların əsassız sözlərinə cavab verdi.

 

TƏFSİR:

 

Bu ayənin nazil olma səbəbində qeyd olunanlar həmin ayənin ümumi və külli bir qanun olmasına, yaxud yəhudilər barəsində olan əvvəlki ayələri təkmilləşdirməsi ilə zid-diyyət təşkil etmir. Ayədə buyurulur ki, dünya həyatı kafir-lər üçün zinətləndirildi: زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ الْحَيَاةُ الدُّنْيَا

 

Onlar da bundan qürurlanaraq məst olaraq bəzən kasıb möminləri məsxərə etdilər: وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُواْ

 

Halbuki, imanlı və təqvalı insanlar Qiyamətdə onlar-dan üstün olacaqlar. Möminlər behiştin ən yüksək dərəcə-lərində, kafirlər isə cəhənnəmin ən alçaq dərəcələrində olacaqlar: وَالَّذِينَ اتَّقَواْ فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ

 

Çünki axirət aləmində mənəvi məqamlar təcəssüm olu-nacaq, möminlər yüksək dərəcələrdə, sanki asimanların üs-tündə seyr edəcəklər. Kafirlər isə cəhənnəmin dərin qatla-rında olacaqlar. Burada heç bir təəccüblü məsələ yoxdur. Çünki Allah-taala istədiyi hər kəsə sonsuz nemət verər:

 

وَاللّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

 

Bunlar həqiqətdə fəqir möminlər üçün bir növ təsəl-li, xatircəmlik və müjdə, məğrur və imansız sərvətlilər üçün isə təhdiddir.

 

Allahın imanlı şəxslərə verdiyi ruzinin hesabsız olması göstərir ki, ilahi mükafat və nemətlər bizim əməllərimiz miqdarında deyil, Allahın lütf və kərəminə uyğun olaraq verilir. Allahın lütf və kərəminin də həddi-hüdudu yoxdur.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 


more post like this