سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُم مِّنْ آيَةٍ بَيِّنَةٍ وَمَن يُبَدِّلْ نِعْمَةَ اللّهِ مِن بَعْدِ مَا جَاءتْهُ فَإِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ (211)

 

TƏRCÜMƏ:

 

“Bəni-israildən soruş: Onlar üçün nə qədər aydın nişanələr verdik? (Amma onlar Allahın əta etdiyi maddi və mənəvi ne-mətləri və imkanları batil yolda istifadə etdilər) və hər kəs Allahın nemətini, ona tərəf gəldikdən sonra dəyişərsə (və əks yolda istifadə edərsə, şiddətli ilahi əzaba giriftar olacaq) və Allah çox ağır cəza verəndir.”

 

TƏFSİR:

 

Bu ayə Bəni-israilin tutduğu yolu göstərir. Onlar bütün aydın ayə və nemətləri əxz etdikdən sonra dəyişib ilahi ne-mətlərə qarşı nankorluq etdilər və nəticədə müxtəlif cəza-lara düçar oldular.

 

Bu ayədə buyurulan “nemətin dəyişdirilməsi” dedikdə, insanın öz ixtiyarında olan maddi və mənəvi mənbələri, qüdrət və imkanları təxribatçılıq, inhiraf, günah və zülm yolunda işlətməsi nəzərdə tutulur. Allah-taala Bəni-isra-ilə mənəvi rəhbərlər, müdrik tərbiyəçilər və bir sözlə, hər növ maddi və mənəvi imkanlar verdi, amma onlar Alla-hın nemətlərini dəyişdirərək bəlalara düçar oldular və bu da onların dünya həyatını süquta uğratdı. Onlar Qiya-mətdə də dərdli əzaba düçar olacaqlar.

 

Nemətin dəyişdirilməsi və bundan irəli gələn ağır əzab Bəni-israil qövmünə məxsus deyildir, hal-hazırda el-mi-texniki tərəqqiyə nail olan müasir dünyamız da bu böyük bədbəxtçiliyə düçar olmuşdur. Çünki müasir insanların ixtiyarında olan nemət və qüdrətlər tarixin heç bir döv-ründə mövcud olmamışdır, amma onlar peyğəmbərlərin sə-mavi təlimlərindən uzaq düşdüklərinə görə, nemətin də-yişdirilməsi bəlasına düçar oldular və onu dəhşətli, acı-nacaqlı surətdə, özlərini fəna və yoxluğa aparan yolda isti-fadə etdilər, yer kürəsini dağıtmaq, viran etmək üçün ən təhlükəli silahlar hazırladılar, öz maddi qüdrətlərindən zülm və istismarçılığı yaymaq yolunda istifadə edərək dün-yanı “barıt çəlləyi”nə döndərdilər.

 

سَلْ بَنِي إِسْرَائِيلَ“Səl Bəni-israil” (Bəni-israildən soruş) cüm-ləsi həqiqətdə onlardan, ilahi nemətlər barəsində etiraf alaraq, bu qədər maddi imkanlara malik ola-ola nə üçün belə qara günə düşüb dünyada pərakəndə vəziyyətdə dağılmalarını xatırlatmaq üçündür.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this