هَلْ يَنظُرُونَ إِلاَّ أَن يَأْتِيَهُمُ اللّهُ فِي ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلآئِكَةُ وَقُضِيَ الأَمْرُ وَإِلَى اللّهِ تُرْجَعُ الأمُورُ (210)

 

TƏRCÜMƏ:

 

“Görəsən (bu qədər açıq-aydın dəlil və əlamətlərdən sonra) on-lar (şeytanın fərmanlarına tabe olanlar) yenə Allah və mələklə-rin buludların kölgəsində onlara tərəf gəlməsinin (və onlar üçün yeni-yeni dəlillər gətirməsinin) intizarını çəkirlər-mi?! (Halbuki belə bir şey qeyri-mümkündür) və hər iş yerinə ye-tirilmişdir. Bütün işlər Allaha tərəf qaytarılır.”

 

TƏFSİR:

 

Bu ayədə Peyğəmbərə (s) xitab olunaraq əvvələki ayənin da-vamında buyurulur: Görəsən bütün bu nişanə, dəlil və aydın hökmlər insanın düz yoldan çıxmasına mane olmaq və aşkar düşmən olan şeytanın vəsvəsəsindən qurtarmaq üçün kifayət deyilmi?!

 

Yoxsa onlar Allah-taalanın mələklərlə birlikdə kölgə salan buludların arasında onlara tərəf gələrək onlar üçün daha aydın dəlillər gətirməsini təmənna edirlər?! Hal-buki, belə bir şey qeyri-mümkündür. Çünki Allah cism de-yildir ki, gözlə görünsün. Fərz edək ki, belə qeyri-mümkün bir hadisə baş verdi, axı bunun nə lüzumu var? Halbuki bü-tün işlər yerinə yetirilmiş, heç bir bəhanə yeri qalma-mışdır: وَقُضِيَ الأَمْرُ

 

Hər bir şey də Allaha tərəf qayıdır, hər işin sonu Onunladır: وَإِلَى اللّهِ تُرْجَعُ الأمُورُ

 

Buna əsasən, qeyd etmək lazımdır ki, ayənin əvvəlindəki sual inkari deyildir, yəni belə bir şey qeyri-mümkündür. Digər tərəfdən də bu hadisənin baş verməsinə heç bir lü-zum yoxdur. Çünki insanların düz yola hidayət olunması üçün lazım olan hər bir şey onların ixtiyarında qoyul-muşdur.

 

Bu təfsirə əsasən ayədə heç bir təqdirə (zahirdə ixti-sara düşmüş mənanı nəzərdə tutmağa) ehtiyac yoxdur və ayə-dəki sözlər öz həqiqi mənasında təfsir edilməlidir. Amma təfsirçilərdən bəziləri ayədəki sualın inkari sual oldu-ğunu bəyan edərək onu Pərvərdigar tərəfindən günahkarlar və şeytanın əmrlərinə tabe olanlar üçün bir növ təhdid he-sab etmişlər. Belə ki, (həmin təfsirə görə,) Allah onları dünya və ya axirət əzabı ilə təhdid edir. Onlar ayədəki “Al-lah” kəlməsindən əvvəl təqdirdə “əmr” kəlməsinin olduğunu demişlər. Bu halda ayənin mənası belə olur: “Görəsən bü-tün bu yaramaz əməlləri ilə belə, mələklərin cəza və əzab verməsi üçün Allah əmrinin gəlməsini, dünya və ya axirət əzabına giriftar olmalarını və işlərinin sona çat-masını istəyirlərmi?” Əlbəttə, onların əməllərinin nəti-cəsi bundan başqa bir şey deyildir.

 

Quran ayələri və Peyğəmbər (s) sünnəsi vasitəsi ilə Al-lah-taalanın, cisim və ümumiyyətlə yaranmışların hüdus, imkan, ehtiyac və nöqsanla yanaşı olan xüsusiyyətləri ilə vəsf olunmadığı isbat olunmuşdur. “Şura” surəsinin 12-ci ayəsində buyurulur: لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ البَصِي

 

“Heç bir şey Allah-taalanın misli və oxşarı deyildir.”

 

“Fatir” surəsinin 15-ci ayəsində buyurulur:

 

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

 

“Yalnız Allah (hər bir şeydən) ehtiyacsızdır.”

 

“Zumər” surəsinin 62-ci ayəsində buyurulur:

 

اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ

 

“Allah-taala bütün şeylərin yaradanıdır.”

 

Bunlar “möhkəm” ayələrdir ki, Quranın “mütəşabeh” ayələri onların vasitəsi ilə zahiri mənadan başqa mənaya təvil olunur (yozulur). Buna əsasən, zahirdə hər hansı bir hadis (zati olmayan, sonradan yaranan) sifətin Allaha aid edilməsini göstərən ayəni onlarla tutuşdurub müqayisə etməli, yalnız Allahın gözəl sifətləri ilə ziddiyyət təş-kil etmədiyi təqdirdə onlardan həmin (zahiri) məna başa düşülməlidir. Məsələn, Allahın gəlişi qeyd olunan ayə-lər, o cümlədən, “Fəcr” surəsinin 22-ci ayəsi:

 

وَجَاء رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا

 

“Rəbbin və mələklər səf-səf gələrlər.”

 

“Həşr” surəsinin 2-ci ayəsi: فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا

 

“Allah onların gözləmədiyi yerdən gələr.”

 

“Nəhl” surəsinin 26-cı ayəsi:

 

قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِد

 

“Allah onların həyatlarının özülünə tərəf gedərək, onu kökündən məhv etdi.”

 

Bu ayələrdə Allahın müqəddəs Zatı ilə müvafiq olan əhatə və sair mənalar məcazi məna daşısalar da, həmin mənalara qaytarılmalıdır. Buna əsasən, ayədə buyurulan “gəlmək” sözündən məqsəd, Müqəddəs Zatın mühakiməsi və hökmün icra olunması baxımından əhatəli olmasıdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this