يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ (208) فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُواْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ (209)

 

TƏRCÜMƏ:

 

208- “Ey iman gətirənlər! Hamılıqla sülh və barışığa da-xil olun və şeytanın izlərinə tabe olmayın, çünki o, sizin aş-kar düşməninizdir.”

 

209- “Əgər siz, bütün bunlardan sonra (nemət, nişanə və göstərişlərdən) sapsanız (və yolunuzu azsanız,) bilin ki, (Pərvər-digarın ədalət məhkəməsindən qaça bilməzsiniz, çünki) Allah qüdrətli və hikmətlidir.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

Əkrəmədən nəql olunmuşdur ki, bu ayə islam dinini qə-bul edən bəzi yəhudilər barəsində nazil olmuşdur. Belə ki, Əbdüllah ibni Səlam, Sələbə ibni Səlam, İbni Yamin, Əsəd və Üseyd (Kəbin oğlanları), Şöbə ibni Əmr, Büheyra, Səid ibni Əmr, Qeys ibni Zeyd və sairədən ibarət olan bir dəstə yə-hudi Rəsuli-əkrəm (s)-in yanına gəlib xahiş etdilər ki, on-lara şənbə gününü möhtərəm saymağı, Tövrat oxumağı, cahi-liyyət qayda-qanunlarına əsasən ət və südü özlərinə qadağan et-məyi icazə versin.

 

TƏFSİR:

 

DÜNYƏVİ SÜLH YALNIZ İMAN SAYƏSİNDƏ OLA BİLƏR!

 

Lüğətdə “silm” və “səlam” sülh, asudəlik, aramlıq mə-nasındadır. Bu ayə bütün imanlı şəxsləri sülhə, asayişə, aramlığa dəvət edir. Möminlərə xitab edildiyindən, ayədən belə məlum olur ki, həqiqi sülh və aramlıq yalnız iman sayə-sində mümkün ola bilər və iman olmadan, sadəcə maddi qa-nunlara arxalanmaqla heç müharibə odu sönməyəcəkdir. İn-sanlar mövcud ixtilaflara baxmayaraq, yalnız mənəvi qüvvə olan iman sayəsində qardaş kimi bir yerə yığışaraq dünyəvi hökumət təşkil edər və yer üzünün hər bir yerində sülh və təhlükəsizliyi bərqərar edə bilərlər.

 

Dil, irq, mal-dövlət, coğrafi sərhədlər, ictimai si-niflər və digər maddi işlərin hamısı ayrılıq və pəra-kəndəliyə səbəb olur. Bu kimi işlər dünyada heç vaxt insan-lar arasında möhkəm rabitə yaradan həqiqi sülhə səbəb ola bilməz. Bu birlik və vəhdət yalnız Allaha iman sayəsində mümkündür və bu, bütün ixtilafların fövqündə dayanır. Bu-na əsasən, insanın daxilində və onun ruhunda iman olmadan aramlıq müyəssər olmadığı kimi, imansız da sülh və səfa mümkün deyildir: وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَان

 

Əvvəldə qeyd olduğu kimi, şeytan insanlarda vəsvəsə yara-daraq onları tədricən azdırır. Bu kimi işlərin də hər bi-ri Quranın təbiri ilə, şeytanın bir addımına tabe olmaq hesab olunur. Burada bu həqiqət bir daha təkrar olunmuşdur ki, haqdan dönmək, ədavət, düşmənçilik, nifaq, müharibə, qan tökülməsi və s. işlər adətən, sadə və kiçik mərhələlər-dən başlanır. İman əhli elə ilk əvvəldən ayıq olmalı və bu kimi işlərin qarşısını almalıdır. Ərəblərin arasında da belə bir atalar sözü var: “Bir müharibə bir sillədən başla-nır.”ِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

 

Şeytanın insanla düşmənçiliyi heç də gizli bir şey deyildir, o, xilqətin əvvəlindən Adəmlə düşmənçiliyə baş-lamış və bu düşmənçiliyin nəticə verməsi üçün bacardığı qədər səy edəcəyinə and içmişdir. Amma qeyd olunduğu kimi, bu ziddiyyət və ədavət imanlı insanların ziyanına deyil, on-ların təkamülünə səbəb olur: فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ

 

Allah tərəfindən verilən göstərişlər, yol və məqsəd də tamamilə aydın olduğundan, şeytanın vəsvəsələrinə uymağa, yoldan azmağa heç bir əsas qalmır. Əgər bütün bunlarla belə yenə yoldan azarsa, şübhəsiz səhlənkarlıq onların özündən-dir. Onlar bilməlidirlər ki, Allah həm əzizdir (qüdrətli və bacarıqlı), bir kəs Onun ədalətindən qaça bilməz, həm də həkimdir, yəni hikmətin əksinə bir iş görməz.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this