وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ (207)

 

TƏRCÜMƏ:

 

“Camaatdan bəzisi (imanlı və fədakar insan olan Əli (ə) kimi, “Leylətul-məbit”də Peyğəmbər (s)-in yatağında yataraq) Al-lahın razılığını qazanmaq yolunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”

 

TƏFSİR:

 

Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərin-dən olan ibni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şər-hində belə qeyd edir: “Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrəti Əli ibni Əbi Talib (ə)-ın barəsində, “Leylətul-məbit” gecəsində Həzrəti Rəsuli-əkrəm (s)-in yerində yatma-sı ilə əlaqədar olaraq nazil olmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim onu in-kar etməz.”[21]

 

Hadisə belə olmuşdu: Məkkə müşrikləri qərara al-mışdılar ki, hər qəbilədən bir nəfər toplaşaraq Peyğəm-bəri öldürsünlər. Belə olduqda Bəni-Haşim onun intiqa-mını ala bilməyəcək, bununla da Peyğəmbərin əlindən rahat olacaqdılar. Allah-taala bu məkrli hiyləni Peyğəmbər (s)-ə xəbər verdi. Əli (ə) Peyğəmbər (s)-in Məkkədən sağ-salamat çıxıb getməsinə şərait yaratmaq və o Həzrətin evini nəza-rət altında saxlayan müşriklərin diqqətini yayındırmaq üçün onun yatağında yatmağa hazır oldu.

 

Əli (ə) o təhlükəli gecədə Peyğəmbər (s)-in yerində ya-tanda Allah-taala Özünün iki əziz mələyinə – Cəbrail və Mikayıla buyurdu: “Sizlərdən hansınız digərinə fəda ol-mağa hazırsınız?” Onlardan heç biri razı olmadı. Allah-taala buyurdu: “Yer üzünə baxın, Əli ibni Əbi Talibin öz ca-nını Rəsuli-əkrəmə (s) necə fəda etdiyini görün!”

 

Sünnü alimlərindən çoxu Əli (ə)-ın bu fəzilətini iq-rar etmişlər. Mərhum Əllamə Əmini “Əl-Qədir” kitabı-nın ikinci cildinin 48-ci səhifəsində onların adını bir-bir qeyd etmişdir. O cümlədən, İmam Əhməd ibni Hən-bəl (Hənbəli məzhəbinin banisi) “Müsnəd” kitabının 1-ci cildinin 348-ci səhifəsində bu hadisəni qeyd etmişdir.

 

“Ətyəbul-bəyan” təfsirində qeyd olunur ki, “Ğayətul-mə-ram” kitabında Əli (ə)-ın fədakarlığı barəsində iyirmi hədis – doqquzu sünnü alimləri, on biri isə şiə alimləri tərəfindən nəql olunmuşdur. Onların hamısında, bu ayə-nin Həzrəti Əli (ə)-ın fədakarlığı barəsində nazil ol-ması göstərilmişdir.[22]

 

Üçüncü əsrin tanınmış şəxsiyyətlərindən olan sünnü alimi Təbəri “Tarix” kitabının 2-ci cildinin 373-cü səhi-fəsində Həzrəti Əli (ə)-ın Peyğəmbər (s)-in yatağında yat-ması hadisəsini nəql etmişdir. Həmçinin Yəqubi də “Ta-rix” kitabının 2-ci cildinin 39-cu səhifəsində bu məsə-ləni aşkar şəkildə bəyan etmişdir.

 

İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhin 4-cü cildinin 73-cü səhifəsində belə deyir: “Müaviyə 4000 dirhəm pul verərək bu ayənin Əli (ə) barəsində deyil, o həz-rətin qatili olan Əbdürrəhman ibni Mülcəm barəsində na-zil olduğunu deyilməsini istəmişdi.”

 

Qəzzali “Ehyaul-ülum” kitabının 3-cü cildinin 238-ci səhifəsində, Sind ibni Covzi Hənəfi “Təzkirətul-xəvass” kitabında, ibni Hişam “Siyrə” kitabının 2-ci cildinin 291-ci səhifəsində, Hələbi “Əs-siyrətul-Hələbiyyə” kita-bının 2-ci cildinin 29-cu səhifəsində, İbni Səbbağ Ma-liki “Əl-füsulül-mühimmətu” kitabında və sair sünni və şiə kitablarında bu ayənin Əli (ə) barəsində nazil olması qeyd olunmuşdur.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Pis adamın gözəl sözləri, həqiqi möminin isə əməli dünyanı heyrətə salır:

 

وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُه

 

2- Ən böyük fayda və mənfəət odur ki, insan ən dəyərli mətahı olan canını behiştə daxil olmaq, yaxud cəhənnəm-dən xilas olmaq üçün deyil, yalnız Allah-taalanın razılı-ğını qazanmaq naminə öz Xaliqinə satsın: ابْتِغَاء مَرْضَاتِ اللّهِ

 

3- Allah yolunda təhlükəni qəbul etmək deyil, ondan qorxmamaq və onun pişvazına getmək daha mühümdür. Ayənin nazil olma səbəbinə diqqət yetirməklə məlum olur ki, öz ca-nını, hətta ağır hadisə baş verməsə belə, qurban verməyə ha-zır olan şəxs tərifə layiqdir.

 

4- Allahın lütf və mehribanlığı ən böyük mükafatdır. Allah-taala hər bir iş üçün müəyyən mükafat təyin etmiş-dir, amma bu ayədə hər hansı mükafat deyil, “Allah-taala mehribandır” – deyə buyurulur.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this