وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ (204) وَإِذَا تَوَلَّى سَعَى فِي الأَرْضِ لِيُفْسِدَ فِيِهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللّهُ لاَ يُحِبُّ الفَسَادَ (205) وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ (206)

 

TƏRCÜMƏ:

 

204- “(Ya Peyğəmbər,) camaatdan bəzisinin dünya həyatında-kı danışıqları səni təəccübə gətirir (və o, zahirdə şiddətli məhəbbət izhar edir). O, Allahı öz qəlbində olanlara şahid tu-tur, (halbuki) o, düşmənlərin ən qəddarıdır.”

 

205- “(Onların əlaməti budur ki,) üz döndərdikdən (və sənin yanından çıxıb getdikdən) sonra yer üzərində fitnə-fəsad tö-rətməyə, əkin sahələrini, mal-qaranı məhv etməyə səy göstərir-lər. (Bunu da bilirlər ki,) Allah fəsadı sevmir.”

 

206- “Onlara “Allahdan qorxun!” – deyiləndə (inadkarlıqları daha da artır və) inadkarlıq və təəssübləri onları günaha çəkir. Cəhənnəm odu onlar üçün kifayətdir və ora, necə də pis yerdir!”

 

AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

 

Bu ayələr Əxnəs ibni Şəriqin barəsində nazil olmuş-dur. Gözəl bəyanlı və xoş qiyafəli olan bu kişi batində mü-nafiq olmasına baxmayaraq, zahirdə Peyğəmbərlə dostluq edə-rək özünü müsəlman kimi göstərir, o həzrətin yanına gəlib onunla birlikdə oturanda iman izhar edir, and içərək Pey-ğəmbəri sevib Allaha iman gətirdiyini deyirdi. Peyğəmbər də onunla yaxşı rəftar edir, ona mehribanlıq göstərirdi.

 

O şəxs ilə Səqif tayfası arasında ixtilaf yarandıqda gecə qəfildən onlara hücum etdi, mal-heyvanlarını öldürüb əkin sahələrini yandırdı.

 

 

 

 

 

Nazil olma səbəbində deyildiyi kimi, bu ayə bəzi şəxs-lərin nifaq (ikiüzlülük və münafiqlik) xüsusiyyətini gös-tərir və Peyğəmbərə xəbərdarlıq edərək buyurur: Camaatdan bəziləri sözdə iman izhar edir, and içərək sözlərinin qəl-bən doğru olmasını sübut etməyə çalışırlar, halbuki onlar islamın ən inadkar düşmənləridir. Buna görə də həmin şəxslər Peyğəmbərin yanından getdikdən sonra yer üzündə fitnə-fəsad törətmək, əkin sahələrini məhv etmək, günah-sız insanları qətlə yetirmək və haqq dini məhv edib aradan qaldırmaq üçün ciddi səy göstərirlər.

 

Allah-taala onların mənfur niyyət və yaramaz işləri-ni ifşa edib iç üzlərini Peyğəmbərə aşkar edir və onla-rın fəsadın yayılması yolunda göstərdikləri səyləri xa-tırladıb buyurur ki, əgər onlar sənə dedikləri sözlərdə sa-diq olsaydılar, fəsada, təxribatçılığa əl atmazdılar. Çün-ki onlar bilirlər ki, Allah-taala fəsadı sevmir:

 

وَاللّهُ لاَ يُحِبُّ الفَسَادَ

 

Amma Peyğəmbərin onlara nə üçün xoş üz göstərməsinə gəldikdə isə, qeyd etməliyik ki, Peyğəmbərə əmr olunmuşdu ki, camaatın dediklərini, onun əksi görünməyənə qədər qəbul etsin.

 

Bəziləri belə bir ehtimal da vermişlər ki, “iza təvəl-lov” cümləsindən məqsəd həmin şəxslərin hakimiyyətə çatma-sıdır. Çünki “təvəlla” sözü “vilayət” kökündən alınıb və hökumət etmək, hakimiyyətə çatmaq mənasını daşıyır. Buna əsasən, ayə belə təfsir edilməlidir: Əgər münafiqlər haki-miyyətə çatsalar fitnə-fəsad törədib təxribatçılığa başla-yar və Allah bəndələrinə zülm edərlər. Zülmün yayılması abadlıqların viran edilməsinə, camatın mal və canları-nın təhlükəyə düşməsinə səbəb olur. Onları bu çirkin və ya-ramaz əməldən çəkindirdikdə inadkarlıq və təəssübləri da-ha da şölələnir, müdrik şəxslərin öyüdnəsihətinə qulaq asmır, üstəlik qürur hissi ilə öz pis əməllərini günbəgün artırırlar da. Belə şəxsləri yalnız cəhənnəm əzabı islah edə bilər: فَحَسْبُهُ جَهَنَّمُ

 

“Cəhənnəm ona bəsdir və ora, necə də pis yerdir!”

 

Həqiqətdə bu ayə münafiqlərin sifətlərindən digər bi-rinə işarə edib buyurur ki, onların xasiyyəti quru təəssüb-lər, kobudluq və inadkarlıqla yoğrulmuşdur, bu da onları günahın axırıncı sərhəddinə qədər sürükləyir:

 

َ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ

 

Halbuki, möminlər öz imanları sayəsində bu çirkin və yaramaz sifətdən, eləcə də onun acı nəticələrindən tamami-lə uzaqdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 


more post like this