وَاذْكُرُواْ اللّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ فَمَن تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلاَ إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُواْ اللّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ (203)

 

TƏRCÜMƏ:

 

“Allahı müəyyən olunmuş günlərdə (Zil-həccənin 11, 12 və 13-cü günlərində) yad edin. Hər kəs tələsərsə və (Allahı yad et-məyi) iki gündə yerinə yetirərsə onun üçün heç bir günah yoxdur. Hər kəs təxir edərsə (və üç gündə yerinə yetirərsə) ona – təqvalı olanlara heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, məh-şərdə Ona doğru qaytarılacaqsınız.”

 

TƏFSİR:

 

Bu ayədə həcc mərasiminin ardınca, Allahın yad edil-məsi göstərişi bəyan edilərək buyurulur ki, cahiliyyət döv-rünün xurafatlarına uymaqdansa, bir neçə gündə – ən azı iki, ən çoxu isə üç gün olmaqla Allahı yad edin. Keçən ayə-lərdən məlum olduğu kimi, bu günlər Qurban bayramından sonrakı günlərdir və təbiidir ki, bunun müddəti həmin ayın on birindən on üçünə qədərdir. Rəvayətlərdə bu günlər “təşriq” (aydınlıq) günləri adlandırılır. Adından məlum olduğu kimi, bu günlər insanın ruh və canına böyük dini ibadət olan həcc mərasimində aydınlıq gətirdiyi üçün belə adlandırılmışdır.

 

Bu günlərə məxsus olan zikrlər hədislərdə qeyd olun-muşdur. Əvvəli bayram gününün zöhr namazı, axırı isə on üçüncü gününün sübh namazı olan on beş namaz qılınandan sonra həmin zikrlər təkrar olunmalıdır.

 

فَلا إِثْمَ عَلَيْهِ“Fəla ismə əleyh” (ona günah yoxdur) cümləsi bəlkə də hacıların Allahı iki, yaxud üç gün yad etməkdə ixtiyar sahibi olmasına işarədir. Yəni onlardan hər birini se-çərsə, ona günah yoxdur. Ayənin ilkin və zahiri mənası da məhz budur.

 

Bu ayənin, həcc ziyarətçilərinin günahlarının yuyul-masını da çatdırması mümkündür. Yəni həcc əməllərini iman, ixlas və Pərvərdigari-aləmə olan diqqət üzündən yeri-nə yetirdikdən sonra əvvəldəki günahların əsər-əlamətləri onların qəlbindən yuyulacaq və bu böyük tərbiyəvi məktəbdən pak, günahsız bir ruh ilə çıxacaqlar. لِمَنِ اتَّقَى“Limənittəqa” (təqvalılar üçün) cümləsi də bu sözü təsdiq edir.

 

Ayənin axırında buyurulur ki, təqvalı olun və bilin ki, Allaha doğru qaytarılacaqsınız, sizin əməl və rəftarınız araşdırılacaqdır: وَاتَّقُواْ اللّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this