فَإِذَا قَضَيْتُم مَّنَاسِكَكُمْ فَاذْكُرُواْ اللّهَ كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ (200) وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (201) أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ (202)

 

TƏRCÜMƏ:

 

200- “(Həcc) əməllərini yerinə yetirdikdən sonra, Allahı, ata-babalarınızı yad etdiyiniz kimi (cahiliyyət dövrünün qayda-larına əsasən ata-babaları fəxr hesab edərək onlarla öyünürdü-lər), hətta ondan da artıq yad edin. (Bu mərasimdə camaat iki dəstəyə bölünür:) Camaatdan bəziləri “Pərvərdigara, bizə dünyada yaxşılıq əta et!” – deyirlər, amma axirətdə onların heç bir bəh-rəsi yoxdur.”

 

201- “Bəziləri də “Pərvərdigara, bizə dünyada da, axirətdə də mərhəmət və yaxşılıq əta et və bizi cəhənnəm odundan qoru!” – de-yirlər.”

 

202- “Onların kəsb etdiyi şeylərdən (və dualardan) bəhrələri vardır və Allah, çox sürətlə hesab edəndir.”

 

TƏFSİR:

 

İmam Baqir (ə)-dan nəql olunmuşdur ki, ərəblər cahi-liyyət dövründə həcc mərasimini yerinə yetirdikdən sonra

 

 

böyük bir toplantı təşkil edir və orada ata-babalarının mövhumatçı və əsassız iftixarlarını şərh edib sadalayır-dılar.

 

Quran müsəlmanlara xatırladır ki, həcc əməllərini yerinə yetirdikdən sonra o böyük toplantıda Allahı, Onun sonsuz və minnətsiz nemətlərini xatırlayın, qəlbən Ona doğru yönəlin. Heç olmasa Allahı, öz ata-babalarınıza qar-şı göstərdiyiniz məxsus rəğbətlə və ya ondan da üstün şəkil-də yad edin: كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا

 

Bu ayə bizə öyrədir ki, alicənablıq, əzəmət və mərdanə-lik ata-babaların mövhumatçı iftixarları ilə deyil, Al-lahın razılığı sayəsində olmalıdır. فَمِنَ النَّاسِ مَن يَقُولُ …

 

Quran iki dəstənin vəziyyətini, onların düşüncə meya-rını bəyan etdikdən sonra öz maddi mənfəətlərindən başqa bir şey görməyən və Allahdan bundan başqa bir şey istəmə-yənlərin barəsində söz açıb onların dilincə buyurur: “Pər-vərdigara, bizə dünya nemətlərini əta et!” رَبَّنَا آتِنَا فِي الدُّنْيَا

 

Daha sonra buyurur ki, onların mənəviyyatdan heç bir pa-yı yoxdur və onlar insanın tam mənada ehtiyaclı olduğu əbə-di axirət nemətlərindən məhrumdurlar.

 

İkinci dəstə isə o kəslərdir ki, onların düşüncə tər-zi maddi həyatla məhdudlaşmır, üstəlik onlar maddi dünya-nı mənəvi təkamül və axirət səadəti üçün bir vasitə və mü-qəddimə hesab edirlər. Bu ayə islamın maddi və mənəvi məsə-lələrdəki düzgün məntiqini bəyan edərək buyurur ki, yalnız maddiyyatda çulğalaşan insanların məsəli dünya həyatında heç bir nəzər sahibi olmayan şəxslər kimidir.

 

وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً

 

Onlar həm də o dünyanın dərdli əzablarından xilas ol-maq istəyirlər: وَقِنَا عَذَابَ النَّارِ

 

Yaxşılıq mənası daşıyan “həsənə” sözünün bütün mad-di və mənəvi nemətləri əhatə edən daha geniş məfhumu vardır. Amma Peyğəmbər (s)-dən dünya və axirətdəki “həsənə”-nin nə olması barəsində soruşulduqda belə buyurmuşdur: “Hər kəsə, Allaha şükür edən qəlb, Allahı zikr edən dil, dünya və axirət işlərində kömək edən bir həyat yoldaşı əta olunsa, şüb-həsiz, o şəxsə dünya və axirətdə “həsənə” veriləcək və cəhənnəm odundan qorunacaq.”[19]

 

Aydındır ki, bu hədis “ümumi və geniş məfhumun xüsu-si şəkildə təfsiri” və onun təkcə bu məna ilə bitməyən aş-kar nümunələrindən biridir:

 

أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ

 

Keçən bəhslərin davamında bu ayədə buyurulur ki, bu iki dəstədən hər biri hər nə qazanıbsa, ondan da bəhrələnə-cəkdir. Allahdan həm təkcə dünyanı istəyənlər, həm də dünya və axirəti birlikdə istəyənlər bəhrələnəcəklər. Heç biri bu nemətdən məhrum olmayacaq, amma bunlardan hər birinə öz istəkləri dairəsində nemət əta olunacaqdır.

 

Allah-taala Qiyamətdə bütün insanların əməllərini qısa müddət ərzində yoxlayacaq və camaatdan heç birinin he-sabı digəri ilə qarışmayacaq.

 

Həzrət Əmirəl-möminin Əliyyibni Əbi Talib əleyhis-salamdan belə nəql olunmuşdur: “Allah-taala bütün insan-ların ruzisini bir anda verdiyi kimi, bir gündə də onların hesa-bına yetişəcəkdir.”[20]

 

Buna görə də Allah-taala buyurur: “Allah çox sürətlə he-sab edəndir” وَاللّهُ سَرِيعُ الْحِسَابِ

 

Bu ayədə Pərvərdigarın hesablara sürətlə yetişməsi xatırladılmışdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this