لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُواْ اللّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ (198) ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (199)

 

TƏRCÜMƏ:

 

198- “Sizin üçün Pərvərdigarınızın fəzlindən (və həcc mövsümündə olan iqtisadi mənfəətlərdən) faydalanmağınız gü-nah deyildir. (Çünki, həccin faydalarından biri də dünya səviyyəli islam iqtisadiyyatının bünövrəsinin qoyulmasıdır). Və Ərə-fatdan köç etdiyiniz zaman Məşərül-həramın yanında Allahı yad edin. Onu yad edin, çünki (O,) sizi hidayət etmişdir. Şübhə-siz ki, bundan əvvəl azğınlıqda idiniz.”

 

199- “Sonra (siz də) camaatın köç etdiyi həmin yerdən (Mi-naya doğru) köç edin. Allahdan bağışlanmaq istəyin (və bilin) ki, Allah bağışlayan və mehribandır.”

 

TƏFSİR:

 

HƏCDƏ İQTİSADİ FƏALİYYƏTLƏR

 

Cahiliyyət dövründə həcdə alver, ticarət, sərnişin və yük daşınması və sair işlər haram və günah sayılır, bu ki-mi işləri görənlərin həcci batil hesab olunurdu. Müsəl-manlar həcc mövsümündə cahiliyyət dövründə olan adətlərin təsdiq ediləcəyini, yoxsa dəyərsiz və batil elan olunacağını gözləyirdilər.

 

Yuxarıdakı ayə cahiliyyət dövründə həcdə alverin günah olması barəsindəki əqidəni batil və əsassız elan edib bil-dirir ki, həcc mövsümündə ticarət etməyin, eləcə də Alla-hın fəzl və rəhmətindən bəhrələnərək müəyyən mənfəət əldə etməyin heç bir günahı yoxdur. Buna görə də onlar işləyib öz zəhmət haqlarından lazımınca istifadə edə bilərlər.

 

Həccin fəlsəfəsi barəsində nəql olunan hədislərdə bu əməlin əxlaqi, siyasi və mədəni yönlərindən əlavə, iqtisadi yönünə də işarə olunmuşdur. Müsəlmanlar dünyanın müxtə-lif məntəqələrindən Allah evinə səfər edib orada böyük is-lami toplantı təşkil etməklə islam xalqları arasında dünya səviyyəli bir iqtisadi sistemin əsasını qoya bilərlər. Belə ki, iqtisadçılar və düşünən beyinlər həcc mövsümün-dən əvvəl və sonra dəyirmi stol arxasında oturaraq bir-biri ilə fikir mübadiləsi edib islam cəmiyyəti üçün möhkəm iq-tisadi baza, düzgün ticarət mübadilələri əsasında olan güclü bir iqtisadiyyat yaradadaraq düşmənlərdən ehtiyacsız ola bilərlər.

 

Buna əsasən, ticarət mübadiləsi islam cəmiyyətinin düşmənlər qarşısında güclənməsinə səbəb ola bilər. Çün-ki heç bir millət güclü iqtisadi potensiala malik olmadan tam istiqlaliyyətə nail ola bilməz. Bunu da nəzərə almaq la-zımdır ki, ticarət və iqtisadi fəaliyyətlər də həccin ibadi və əxlaqi yönlərinin təsiri altında olmalı, bu əməllərə hakim kəsilərək əsas məqsəd sayılmamalıdır. Xoşbəxtlik-dən müsəlmanların həcc əməllərindən əvvəl və ya sonra bu işi görmək üçün kifayət qədər fürsətləri olur.

 

İmam Sadiq (ə)-ın səhabələrindən biri olan Hişam ibni Həkəm deyir: “İmam Sadiq (ə)-dan “nə üçün Allah-taala camaata, həcc əməllərini yerinə yetirib Allah evini təvaf etməyi əmr etmişdir?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Allah-taala insanları yaratmış və onlara həcc əməllərini va-cib etmişdir ki, bu iş onların dini itaətlərini və dünyəvi məsləhətlərini öhdəsinə alsın. Həcc mövsümündə müsəlmanlar dünyanın hər yerindən bir yerə toplaşaraq bir-biri ilə tanış olsun, hər millət başqa millətin ticarət və sair iqtisadi məh-sullarından istifadə edə bilsin, həmçinin, səfər edənlər və əm-təələri daşıyanlar bu səfərdə öz nəqliyyat vasitələrini kirayə verməklə bəhrələnsinlər, Peyğəmbəri-ərkəm (s)-dən yadigar qalmış tarixi əsər və səhnələrlə tanış olsunlar və bu əsərlər onlar üçün unudulmayan canlı xatirələrə çevrilsin. Əgər hər bir millət yalnız öz yaşadığı mühitə qapılıb qalarsa, onda həlak olar, şə-hərlər viran qalar, ticarət malları və mənfəətləri aradan gedər, Peyğəmbər (s)-in əsər və hədisləri məhv olar. Həccin fəlsəfəsi bu-dur.” [17] فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ …

 

Quran bu hissədə müsəlmanlara göstəriş verib buyurur ki, Ərəfatdakı əməlləri düzgün şəkildə yerinə yetirdikdən sonra Məkkənin təqribən 2,5 fərsəxliyində, Mina ilə Ərə-fat arasında yerləşən Məşərul-hərama köçün və orada Al-laha zikr deyib Onu xatırlayın. وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ …

 

Ayənin bu hissəsində qeyd olunur ki, Məşərul-hərama gedib orada Pərvərdigari-aləmə, sizi hidayət etdiyi üçün şükr edin və bu hidayətə münasib olan surətdə Onu yad edin.

 

Müsəlmanlar məhz o gündə böyük ilahi nemət olan hi-dayətin dəyərini yaxşı başa düşə bilərlər. Çünki onların Ərəbistan yarımadasının bütün cəhətlərdən azğınlıq və cə-halət bataqlığında üzdüyü bir vaxt ilə çox da fasiləsi yox idi və onlar bu pak və müqəddəs dinin vasitəsi ilə bədbəxt-lik, azğınlıq və sərgərdanlıqdan necə nicat tapmalarını açıq-aydın görürdülər: وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ

 

NƏ ÜÇÜN ƏRƏFATA “ƏRƏFAT” DEYİLİR?

 

Qeyd etdik ki, Ərəfat Məkkənin dörd fərsəxliyində yer-ləşən geniş bir səhranın adıdır. Hacılar Zil-həccə ayı-nın doqquzuncu günündə günortadan gün batana qədər orada qalırlar. Bu diyarın nə üçün Ərəfat adlandırılması barə-də bir neçə nəzər verilmişdir. O cümlədən, vəhy mələyi Cəb-rail həcc əməllərini İbrahimə orada öyrətmişdi. O zaman İbrahim – “Ərəftu-ərəftu” – yəni tanıdım-tanıdım” – de-di.

 

Amma bu cür ad qoymanın başqa bir həqiqətə də işarə olunmasını ehtimal vermək olar. O da bundan ibarətdir ki, həccin ilk mərhələsinin başlandığı bu diyar Pərvərdiga-rı tanımaq, Onun pak və müqəddəs Zatına mərifət tapmaq üçün çox əlverişli bir mühitdir. Doğrudan da insanın o diyara qədəm qoyarkən özündə hiss etdiyi mənəvi və ruhi ca-zibə heç bir bəyanla vəsf edilə bilməz. Qəribə bir bərabər-lik: hamı bir şəkildə, yeknəsəq, dünyanın maddi bər-bəzək-lərindən, hay-küylərindən uzaqda olan bir çöldə oturmuş, günah aludəliklərindən asudə olan bir fəzada, vəhy mələyi Cəbrailin şəhpər saldığı, Hacərin “zəmzəm”, İbrahim Xə-lilin həzin-həzin raz-niyaz səslərinin eşidildiyi bir di-yarda, həzrəti Məhəmməd (s)-in və islam mücahidlərinin təkbir nidalarının eşidildiyi bir belə bir səhrada sanki təbiətin fövqündə olan mücərrəd aləmlərə bir qapı açı-lır. Belə bir mühitdə insan öz Pərvərdigarına sığınaraq sanki Ona yeni bir mərifət tapır, öz məhbubuna qovuşmuş aşiqlər tək sərməst olur və bir anlığa ümumi xilqətin hə-mahəng olan təsbih pıçıltıları ilə öz vücudunda itirdiyi və bir ömür axtarışında olduğu şeyi tapır. Öz halına arif olur və bilir ki, heç bir şey onun daxilindəki yanğı-nı söndürməyə qadir deyil, gecəgündüz hərisliklə bağlarda, səhralarda vurnuxaraq axtardığı bir varlıq bunlardan ta-mamilə başqa bir şeydir. Onun bu vaxta qədər rastlaşdığı yalançı məbudlar daxilindəki yanğını söndürə bilməz. O başa düşür ki, ruhunun ənginliklərində başqa bir gövhər yatmışdır ki, o, həqiqətdə indi tapdığı həmin şeydir. Bə-li, Ərəfat məhz bu səbəbdən Ərəfat adlandırılmışdır. Necə də münasib və maraqlı bir ad!

 

Məşərul-həramın da belə adlandırılmasına gəldik-də isə, oranın həcc şüarları üçün mərkəz və əzəmətli məra-sim nişanələri olmasını qeyd etmişlər. Amma unutmaq ol-maz ki, “məşər” kəlməsi “şüur” kökündən alınmışdır. Zil-həccənin onuncu gecəsi – belə bir həyəcanlı və tarixi bir gecədə Allah evinin ziyarətçiləri Ərəfatdakı tərbiyə-vi günü arxada qoyduqdan sonra ora köçür və bir gecəni sübhə qədər orada, ulduzları sayrışan səmanın altında, böyük Məhşərin (yə”ni Qiyamətin) kiçik nümunəsi olan bir diyar-da keçirirlər. Cəmiyyətin, təlatümlü dərya kimi dalğalan-dığı, tufanın hər yeri bürüdüyü bir yerdə izdihamlı cama-atın həzin səsləri sübhə qədər kəsilmək bilmir. Belə səfa-lı, hər növ aludəlikdən pak olan bir mühit insanı vəcdə gətirir, ehramın ağ məsum paltarında, narın qumların üstündə əyləşərək, öz qəlbində təfəkkür və şüurdan yeni çeşmələr qaynadığını hiss edir və onun öz qəlbinə süzül-məsini aydınca hiss edir. Buna görə də ora “Məşər” deyi-lir. ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ

 

Allah-taala bu ayədə Qureyş qəbiləsinin özünə mənsub etdiyi imtiyazlardan birini əsassız və batil hesab edir. Onlar özlərini hüms (dində möhkəm olan şəxslər), Həzrəti İbrahimin övladları və Kəbə evinin qəyyumları hesab edir və sair ərəblərin özlərinə mənsub etdikləri məqamı rəsmi şəkildə qəbul etmirdilər. Onlar deyirdilər ki, biz Məkkə hərəmi hüdudlarından kənarda olan heç bir şeyin eh-tiramını Məkkədə olan şeylərin ehtiramına bərabər hesab etməməliyik. Əks halda, ərəblər bizə qədir-qiymət verməz. Bu-na görə də onlar hərəmin hüdudlarından kənarda yerləşən Ərəfatda vüqufu (dayanmağı), bu əməlin İbrahim (ə)-ın ayi-nində həcc əməllərinin bir hissəsi olduğunu bilə-bilə tərk edirdilər.[18]

 

Quran bu ayədə müsəlmanlara göstəriş verir ki, Ərə-fatda dayansınlar və birlikdə oradan Məşərə gəlsinlər və oradan da Minaya köçsünlər, beləliklə, yuxarıda qeyd olunan yanlış imtiyazı aradan qaldırsınlar.

 

Qeyd olunanlardan məlum olur ki, bu ayədəki (“əfazə” fe-linin məsdəri olan) “ifazə” (hərəkət) sözü Məşərul-hə-ramdan Minaya doğru köç etməyə işarə edir. Buna görə də tər-tibə dəlalət edən “summə” kəlməsindən sonra (yəni Ərəfat-dan hərəkət etdikdən sonra) Məşər sözü qeyd olunmuşdur.

 

Həqiqətdə Quran bu bəyanla göstəriş verir ki, heç bir istisna olmadan bütün insanlar əvvəlcə Ərəfata getməli, oradan Məşərul-hərama və daha sonra Minaya köçməlidir-lər.

 

Sonra buyurulur ki, Allahdan bağışlanmaq istəyin və cahiliyyət dövrünün yanlış fikir və xəyallarından uzaq olun: وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ

 

Çünki həcc bərabərlik və qardaşlıq dərsidir. Ayədə qeyd edilir ki, Allah-taala bağışlayan və mərhəmətlidir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri


more post like this