الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ (197)

 

TƏRCÜMƏ:

 

“Həcc, müəyyən olunmuş aylardadır. Hər kəs (ehram bağlayaraq, həcc əməllərinə başlayarsa,) həcci özünə vacib etsə, (diqqət yeti-rib bilməlidir ki,) həcc əməllərində qadınlarla yaxınlıq, günah və mücadilə etmək olmaz. Yerinə yetirdiyiniz hər bir yaxşı əməli Allah bilir. Özünüz üçün yol azuqəsi götürün (və bilin ki,) ən yaxşı azuqə pəhrizkarlıqdır. Məndən qorxun, ey əql sahibləri!”

 

TƏFSİR:

 

Qurani-kərim bu ayədə insanlara xatırladır ki, həcc ilin istənilən vaxtında deyil, müəyyən olunmuş aylarda yeri-nə yetirilməlidir. Hədis, təfsir və fiqh kitablarında qeyd olunduğu kimi, bu böyük ibadət Şəvval, Zil-qədə və Zil-həc-cə ayının on günündə yerinə yetirilməlidir. Onun bir his-səsini Zil-həccə ayının 9-12-ci günləri, qalan hissəsini isə bütün bu müddət ərzində yerinə yetirmək olar.

 

Daha sonra buyurulur ki, ehram bağlayıb həcc əməlləri-nə başlamaqla həcci özünə vacib edən şəxslər bu əməlləri yerinə yetirərkən cinsi ləzzətlər, günah işlər, faydasız və əbəs söz-söhbətlər, dava-dalaş və dəyərsiz çəkişmələrdən uzaq olmalıdırlar: فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ

 

Çünki həcc əməllərinin yerinə yetirildiyi mühitə xa-lis ibadət ruhiyyəsi hakim olmalı, maddi ləzzətlər tərk edilməlidir. Ora elə bir mühit olmalıdır ki, insan ruhu ondan qüvvət alaraq maddi aləmdən birdəfəlik ayrılsın, bu aləmin fövqündə olan mücərrəd aləmlə əlaqə yaradaraq qar-daşlıq tellərini möhkəmləndirsin.

 

Sonra buyurulur: وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ

 

“Yerinə yetirdiyiniz hər bir yaxşı əməli Allah bilir.”

 

Bu, yaxşı əməl sahiblərinə veriləcək ilk mükafatdır, çünki imanlı şəxsin ilk mərhələdəki sevinci Pərvərdiga-rının, Onun xatirinə yerinə yetirdiyi yaxşı əməllərdən agah olmasını bilməsidir. Bu çox ləzzətli və vəsfedilməz bir halətdir! وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى …

 

Ayənin bu hissəsində yol üçün tədarük görülməsi və azu-qə götürülməsi göstərişi verilir. Tarixdə qeyd olunur ki, Yəmən əhalisindən bəziləri özləri üçün heç bir yol azuqəsi götürmədən Allah evini ziyarət etmək üçün yola düşmüş-dülər. Onlar fikirləşirdilər ki, biz Allah evini ziya-rət etməyə getdiyimiz halda, O bizə ruzi verməzmi? Halbuki, Allah-taala ruzini hamıya adi vasitələrlə yetirir?!

 

Buna görə də Quran bu ayədə göstəriş verir ki, həccə ge-dərkən özünüz üçün yol azuqəsi də götürün.

 

Bunun ardınca mənəvi bir məsələyə də işarə edib buyu-rur ki, yol azuqəsindən əlavə, hökmən hazırlanmalı olan başqa bir azuqə növü də lazımdır. O da pəhrizkarlıq və təq-vadan ibarətdir.

 

Bu cümlə incə bir həqiqətə işarə edib buyurur ki, həcc səfərinə mənəvi qida hazırlamaq üçün çox şey lazımdır. Biz onlardan qafil olmamalıyıq. Orada dünyanın heç bir ye-rində mövcud olmayan mənəvi səhnələr, o cümlədən islamın əzəmətini təcəssüm etdirən tarixi hadisələr xatirələrdə canlanır, tövhid qəhrəmanı Həzrəti İbrahimin fədakar-lıq nümunələri və Pərvərdigarın xüsusi cilvələri müşa-hidə olunur. Müdrik və ayıq insanlar bu misilsiz ruhani səfərdən bir ömürlük mənəvi azuqə əldə edə bilərlər:

 

وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ

 

Bu cümlədə elm sahiblərinə xitab edilərək onların da pəhrizkarlığa, təqvaya adət etmələri tövsiyə olunur. Çünki bu ali-tərbiyəvi proqramları dərk edib onlardan yüksək də-rəcədə istifadə edənlər məhz onlardır. Başqaları isə sa-dəcə onun zahiri mənalarından bəhrələnirlər.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 


more post like this