وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَن كَانَ مِنكُم مَّرِيضاً أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ (196)

 

TƏRCÜMƏ:

 

“Və həcci və ümrəni Allah üçün tamamlayın. Əgər çıxıl-maz vəziyyətdə qalsanız (düşməndən qorxu, xəstəlik və sair kimi maneələr ehram bağladıqdan sonra Məkkəyə daxil olmağa imkan ver-məsə) hazırladığınız qurbanları (zibh edin və ehramdan çıxın) və qurbanlıqlar öz yerlərinə çatmayınca öz başınızı qırxmayın (onları qurbangahda kəsin). Əgər sizdən bir kəs xəstələnsə, yaxud başında narahatlığı olsa (öz başını qırxmağa məcbur olsa), oruc tutmaq, yaxud sədəqə vermək və ya bir qoyun kəsmək kimi fidyə və kəffarə verməlidir. (Xəstəlikdən və düşməndən) amanda olduğu-nuz vaxt ümrəni qurtararaq həcci başlayan şəxslər müyəssər olan qədər (qurbanlıq zibh etsin). Hər kəs (qurbanlıq) tapmasa üç gün həccdə və yeddi gün həccdən qayıtdıqdan sonra oruc tutsun. Bu, ta-mam on gündür. (Əlbəttə,) bu, ailəsi Məscidul-həramın yanında olmayan (Məscidul-həram və onun ətrafında yaşamayan) şəxslər üçündür. Allahdan qorxun və bilin ki, Allahın cəzalandırması çox ağırdır.”

 

ÜMRƏ VƏ HƏCC ƏMƏLLƏRİNİN XÜLASƏSİ

 

Allah evinin ziyarətçiləri ilk növbədə ümrə mərasi-mini yerinə yetirirlər. Onlar bu əmələ, “Miyqat” adlanan müəyyən məntəqələrdən ehram bağlamaqla başlayırlar. Yəni söz verirlər ki, ehram halında olan şəxsə qadağan olan bir sıra işləri tərk etsinlər. Onlar iki parçadan ibarət olan ehram paltarına bürünərək “ləbbeyk” deyə-deyə Allah evinə doğru yola düşürlər. Əvvəlcə Kəbənin ətrafında yeddi dəfə təvaf edib sonra “Məqami-İbrahim” adlı yerdə iki rəkət namaz qılırlar. Daha sonra Səfa və Mərvə dağları arasında yeddi dəfə gedib-qayıdır, axırda saçlarını bir qədər qırx-maq və dırnaqlarını tutmaqla ehramdan çıxırlar.

 

Həcc mərasimi üçün Məkkədən ehram bağlayıb Zil-həc-cənin 9-cu günü Məkkənin dörd fərsəxliyində yerləşən “Ərəfat” çölünə gedir, həmin gün günortadan gün batana qə-dər orada qalaraq Pərvərdigar ilə raz-niyaz edirlər. Gün ba-tandan sonra Məkkənin 2,5 fərsəxliyində yerləşən Məşə-rul-hərama köçür və gecəni sübhə qədər o müqəddəs vadidə qa-lırlar. Günəş çıxan zaman oranın yaxınlığında olan Mi-naya doğru hərəkət edirlər.

 

Həmin gün (yə”ni Qurban bayramı günü) Cəməreyi-əqəbə adlanan xüsusi sütunlara yeddi dəfə daş atırlar. Sonra qur-banlığı kəsib başlarını qırxmaqla ehramdan çıxırlar.

 

Bu əməllər qurtardıqdan sonra həmin gün, yaxud onun sa-bahı Məkkəyə qayıdıb Kəbə evini təvaf edir, təvaf namazı qılır, Səfa ilə Mərvə arasında səy edir, “Nisa” təvafı edib onun namazını qılır, on bir və on ikinci günlərdə Minada yerləşən üç xüsusi sütuna – Cəmərələrin hər biri-nə, növbə ilə yeddi dəfə daş atırlar. On birinci və on ikinci gecəni Minada qalır və beləliklə hər biri öz növbə-sində şirin bir tarixi xatirəni canlandıran, nəfsin saf-laşdırılmasında insana kömək edən və müəyyən ictimai fəlsəfələrə malik olan həcc mərasimi sona yetir. Bu əməl-lərin hər birinin səbəbi öz yerində şərh olunmuşdur.

 

TƏFSİR:

 

Ayədə buyurulur ki, bütün bu əməllər yalnız Allah xati-rinə və Onun fərmanlarına müvafiq şəkildə yerinə yeti-rilməli, özünü göstərmək, riyakarlıq və bütlərin xatirinə olmamalıdır.

 

Əvvəldəki “və ətimmul-həccə vəl-umrətə lillah” cümləsi çatdırır ki, həcc və ümrə əməllərini yerinə yetirərkən Al-lah dərgahına yaxınlaşmaqdan başqa heç bir məqsədiniz olmamalıdır: وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ

 

Sonra əlavə edib buyurur ki, əgər ehram bağladıqdan sonra müəyyən xəstəliklərə düçar olduqda, yaxud düşmən həcc və ümrə əməllərinin yerinə yetirilməsinə mane olduqda, hər kəs bacarığı qədər qurban kəsməlidir.

 

فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ

 

Əgər yaranan çətinlik xəstəlik və sair kimi şeylər, bağlanan ehram isə ümreyi-müfrədə üçün olsa, onda qurban-lıq, kəsilmək üçün Məkkəyə göndərilməlidir. Amma əgər düşmən tərəfindən qorxu yaranarsa, onda qurbanlıq elə düş-mənin mane olduğu həmin yerdə kəsilməlidir. (Peyğəmbəri-əkrəm (s) də Hüdeybiyyədə məhz belə etmişdi.) Həcc ehramın-da xəstəliyə düçar olduğu təqdirdə, qurbanlıq Minaya göndə-rilməlidir: وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ

 

Həcc əməllərindən biri də qurban kəsilməzdən qabaq sa-çın qırxılmasıdır. Amma bir şəxs müəyyən xəstəlik və ya maneə üzündən saçını həmin vaxtdan əvvəl qırxmağa məcbur olsa, onda belə hadisələr baş verən zaman fidyə verməlidir. Fidyə dedikdə, ya üç gün oruc tutmaq, ya altı fəqirə təam ver-mək və yaxud da bir qoyun kəsmək nəzərdə tutulur:

 

فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ …

Üçlə yeddinin cəminin on gün olması məlumdur, amma Quranın buyurduğu “on gün tamam” bəlkə də bunu göstərir ki, on gün tutulan oruc tam surətdə bir qurbanlığı əvəz edə bi-lər. ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ

 

Təməttö həcci Məscidul-həramın ətrafında yaşamayan-lar üçündür. Fəqihlər arasında belə bir məşhur hökm var-dır ki, hər kəs Məkkədən on altı fərsəx, yaxud daha artıq mə-safədə yaşayarsa, o təməttö həccini yerinə yetirməlidir. Amma Məkkə ilə bundan az məsafədə yaşayanların vəzifəsi Qiran, yaxud İfrad həccindən ibarətdir. Bu məsələ və onun sənədləri fiqhi kitablarda qeyd olunmuşdur.

 

Ayənin axırında buyurulur ki, təqvalı olun, Allahın verdiyi əmr və göstərişləri yerinə yetirməkdə səhlənkarlıq etməyin və özünüzü Pərvərdigarın şiddətli əzabından qo-ruyun.

 

Mümkündür ki, bu təkid həccin islamda mühüm ibadət-lərdən biri olmasını göstərsin. Əgər bu dini və ictimai mərasimə lazımınca riayət olunmasa və onun əsl hədəf və məqsədi unudularsa müsəlmanların ağır xəsarətlərə düçar olması mümkündür.

 

Əmirəl-möminin Əli (ə) həcci islamın bayrağı və mü-hüm bir şüarı adlandırmış, ömrünün son anlarındakı və-siyyətində buyurmuşdur: “Sizi and verirəm Allaha, nə qədər ki, dirisiniz Allahın evindən əl çəkməyin! Əgər onun ziyarəti tərk olunarsa, sizə möhlət verilməz və öz varlığınız xətərə düşər.”

 

İslam düşmənləri isə deyirlər: nə qədər ki, həcc röv-nəqlidir, biz müsəlmanlara qələbə çala bilmərik.[16]

 

Alimlərdən biri deyir: “Əgər müsəlmanlar həccin həqiqi mənasını dərk etməsələr, onda vay olsun onların halına! Başqa-ları da onun mənasını dərk etməsələr, vay olsun onların halı-na!”

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this