وَأَنفِقُواْ فِي سَبِيلِ اللّهِ وَلاَ تُلْقُواْ بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ (195)

 

TƏRCÜMƏ:

 

“Və Allah yolunda infaq edin və (infaqı tərk etməklə) özü-nüzü öz əllərinizlə həlakətə salmayın. Yaxşılıq edin, çünki Al-lah yaxşılıq edənləri sevir.”

 

TƏFSİR:

 

Cihadda sədaqətli, qüvvəli və sınaqdan çıxmış insan-lara ehtiyac olduğu qədər mal-dövlətə, maddi imkanlara da ehtiyac vardır. Çünki cihadda həm ruhi və fiziki hazır-lıq, həm də fərdlərin zəmanəyə uyğun olan münasib silahlar-la, hərbi sursatla təchiz olunması zəruridir. Müharibə-nin müqəddəratında həlledici amilin ilk növbədə döyüşçü-lər olmasına baxmayaraq, əsgərlərin də müxtəlif döyüş tex-nikasına ehtiyacı vardır. Bu ayə təkid edir ki, bu yolda in-faq etməmək özünü və müsəlmanları həlakətə salmaq demək-dir. Xüsusilə də islamın əvvəllərində müsəlmanların əksə-riyyəti Allah yolunda cihada çox maraq göstərib onu rəğbət-lə qarşılayırdılar. Amma bəziləri fəqir və ehtiyaclı ol-duğuna görə, müharibə üçün lazım olan vasitələri təmin edə bilmirdilər. Quranın buyurduğuna görə, onlar Peyğəmbə-rin yanına gəlib döyüş təchizatı alaraq müharibəyə getmək istəyirdilər. Amma silah çatışmadığına görə qəmgin olur və göz yaşı axıdırdılar.

 

وَلاَ عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لاَ أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّواْ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلاَّ يَجِدُواْ مَا يُنفِقُونَ

 

“Onlar, müharibədə iştirak etmək üçün mal-dövlətləri olmadığına görə çox qəmgin olur və ağlar gözlərlə qayıdırdılar.” [15]

 

İNFAQ İCTİMAİ BƏLALARIN QARŞISINI ALIR

 

Cihad ayələri sırasında gəlməsinə baxmayaraq, bu ayə ümumi və ictimai bir həqiqəti – infaq etməyin ümumiyyətlə cəmiyyəti həlakətdən qurtarmasını çatdırır. Amma infaq məsələsi unudularaq mal-dövlət cəmiyyətin yalnız müəyyən bir sinfinin əlində toplanarsa, əksəriyyət isə səfalət və yoxsul-luqda dolanarsa, cəmiyyətdə qarşısıalınmaz böhran yaranar, sərmayədar və sahibkarlar mal-dövlətləri ilə birlikdə in-qilab odunda yanarlar. Buradan da infaqla cəmiyyətdə baş ve-rəcək fəlakətin qarşısının necə alınması məlum olur.

 

İnfaq məhrum və fəqir insanlardan daha çox, sərmayə-darların öz xeyrinədir. Çünki sərvətin normal səviyyədə ol-ması onun qorunmasına təminat verir. Əmirəl-möminin Əli (ə) bu həqiqətə işarə edərək buyurur: “Zəkat verməklə öz mal-dövlətinizi qoruyun.”

 

Ayənin sonunda ehsan edilməsinə göstəriş verib cihad və infaqdan sonra ehsan və yaxşılıq məsələsini irəli çə-kir. وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ

 

Çünki ehsan insan təkamülünün ən yüksək mərhələsidir, İslam da bu məsələyə tam diqqət yetirmişdir.

 

Bu cümlənin infaq ayəsinin axırında qeyd olunması göstərir ki, infaq və xeyriyyəçilikdə tam yaxşılıq və mehri-banlıq olmalı, hər növ minnətdən, şəxsə ruhi və vicdan əza-bı verən şeylərdən uzaq olmaq lazımdır.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 


more post like this