الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ (194)

 

TƏRCÜMƏ:

 

“Haram ay, haram ay müqabilindədir. (Əgər düşmənlər onun ehtiramını pozaraq o ayda sizinlə müharibə etsələr, siz də onlar-la mübarizəyə qalxa bilərsiniz.) Və bütün haramlar qisas alınma-ğa (layiqdir). Və (ümumiyyətlə) hər kəs sizə təcavüz etsə, onun et-diyi təcavüz kimi də siz ona təcavüz edin və Allah qarşısında təqvalı olun (ifrata varmayın) və bilin ki, Allah təqvalılar-ladır.”

 

TƏFSİR:

 

İlin dörd ayı xüsusi ehtirama malikdir və həmin ay-larda müharibə aparmaq qadağandır. Onların üçü – Zilqə-də, Zil-həccə və Məhərrəm bir-birinin ardınca gəlir, Rə-cəb ayı isə onlardan ayrıdır. Ərəbcə mənasından məlum ol-duğu kimi, Zil-qədə ayında da müharibəni saxlayaraq atəşkəs bərqərar etmək lazım və vacibdir (qəədə müharibədən yayın-maq).

 

İslam ilin bu dörd ayında atəşkəs elan edir. Amma düşmən həmişə pusquda durub fürsətdən istifadə etmək is-təyir və müsəlmanların bu aylarda atəşkəsə riayət etməyə və-zifəli olmalarından sui-istifadə edərək onlara həmlə et-mək fikrinə düşür. Ayədə buyurulur ki, əgər sizin düşmən-ləriniz bu dörd ayda sizə hücum etsələr, siz də onlarla mü-barizəyə qalxıb həmin aylarda onlarla vuruşun (haram ayı haram ayın müqabilində qərar verin). Çünki müsəlmanların təhlükəsizliyi və islam dövlətinin əhəmiyyəti bu ayların hörmətindən daha artıqdır: وَالْحُرُمَاتُ قِصَاصٌ

 

Hər kəs hörməti saxlamazsa, ondan qisas alınmalıdır.

 

Sonra ümumi bir qanun şəklində buyurulur ki, hər kəs sizə təcavüz etsə, siz də həmin miqdarda ona təcavüz edin. İs-lam dini təcavüzkarlıq dini deyildir, amma başqalarının da təcavüzkarlığını, inadkarlığını qəbul etmir. Öz ardı-cıllarına tövsiyə edir ki, təqvalı olub lazım olan miqdar-dan artıq qisas almasınlar və bilsinlər ki, Allah-taala təq-valılarladır.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- İslamın heç bir hökmündə imkansızlığa və çıxıl-maz vəziyyətdə qalmağa yol verilmir, müsəlmanların toxunul-mazlığı məkan və zaman ehtiramının qorunmasından daha irəlidir.

 

2- Hətta düşmənlərlə qarşılaşdıqda belə, ədalətə ri-ayət etmək lazımdır: فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ

 

3- Təqvaya bütün şəraitlərdə, hətta müharibə zamanı belə əməl olunması islamda insani tərbiyə üsullarından biridir.

 

4- Qanunçuluq elə olmalıdır ki, müsəlmanların məyus, düşmən və kafirlərin isə cürətlənməsinə səbəb olmasın. Qisasda “rəva görülən miqdarda qisas almaq” prinsipi də məhz həmin səbəbə görə müəyyən edilmişdir.

 

5- Ayə müsəlmanlara təskinlik verərək buyurur ki, əgər siz düşməndən qisas almaqda ədalətdən kənara çıxmasanız və təqva prinsiplərinə riayət etsəniz, mütləq qeybi yardımlar-dan faydalanacaqsınız.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 

 


more post like this