فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (192)

 

TƏRCÜMƏ:

 

“Əgər onlar əl çəksələr, Allah da bağışlayan və mehriban-dır.”

 

TƏFSİR:

 

Bu ayədə buyurulur ki, düşmən fitnədən əl çəkərək büt-pərəstliyi və şirki tərk edərsə, Allah da onların tövbə-lərini qəbul edər. Onlar islamı qəbul etsələr, müsəlmanla-rın qardaşı sayılacaq, hətta cinayətkarlar üçün nəzərdə tu-tulan cəzalarda güzəştə gediləcək, vurduqları xəsarətlərin ödənməsi tələb olunmayacaqdır.

 

193-CÜ AYƏ

 

وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ (193)

 

TƏRCÜMƏ:

 

“Onlarla müharibə edin ki, fitnə qalmasın (bütpərəstlik və insanların asayişinin pozulmasına son qoyulsun) və din yalnız Allaha məxsus olsun. Deməli, əgər onlar (öz yanlış əməl və yolla-rından) əl çəksələr, (onlara mane olmayın, çünki) zalımlardan başqasına təcavüz rəva deyildir.”

 

TƏFSİR:

 

Bu ayədə islami cihadın əsl hədəfi bəyan olunaraq buyu-rulur ki, islamda cihadın əsas məqsədi adi müharibələrdə olduğu kimi, yer üzərinə hökmranlıq etmək, torpaqları ge-nişləndirmək, çoxlu qənimətlər əldə etmək, malların satı-şı üçün bazar tapmaq, xammal əldə etmək, yaxud kimisə isti-la altına almaq deyildir. Cihadın əsas hədəf və məqsədi Pərvərdigarın razılığını cəlb etmək, ictimai ədaləti bərqərar etmək, azğınlıqda olanları hidayət etmək, bütün islam və insan cəmiyyətlərində şirkin, bütpərəstliyin kö-künü kəsmək və Allahın hökmlərini icra etməkdir. Buna əsasən, islamda cihadın əsas məqsədi cəmiyyətlərdə fitnə-fəsadın aradan qalxması, tövhid ayininin cəmiyyətdə rəvac tapıb rövnəqlənməsidir.

 

Ayənin axırında buyurulur ki, küfr, fəsad və bütpə-rəstlikdən əl çəkib haqqa qayıtsalar, müsəlmanlar onlara toxunmamalı, onlardan intiqam almaq məqsədi güdməməli, olub-keçənlərdə güzəştə getməlidirlər. Çünki yalnız za-lımlarla müharibə aparmağa icazə verilir.

 

İslami cihadı xülasə şəkildə üç yerə bölmək olar:

 

1- AZADLIQ BƏXŞ EDƏN İBTİDAİ CİHAD

 

Allah-taala insanların səadəti, azadlığı, təkamülü, xoşbəxtliyi və asayişi üçün müxtəlif əmr və göstərişlər bəyan etmiş, Öz peyğəmbərlərinə bu göstərişləri camaata çatdırmağı əmr etmişdir. Ayrı-ayrı fərdlər və ya müəyyən dəstələr bu təbliğləri öz şəxsi mənafelərinə zidd görərək ona qarşı çıxdıqda və ya maneçilik törətmək istədikdə, ilk növbədə tövsiyə və danışıq yolu ilə bu işdən yayındırılma-lı, mümkün olmadıqda isə, zor tətbiq etməklə susdurulmalı və nəticədə azad təbliğat üçün şərait yaradılmalıdır.

 

Başqa sözlə desək, bütün cəmiyyətlərdə hər bir insan, ilahi elçilərin dəvətini eşitmək və onların dəvətini qəbul edib-etməməkdə azaddır. Əgər müəyyən şəxslər onları öz qanuni haqqından məhrum etməyə çalaşaraq, Allah yolu ça-ğırışçılarının səsini eşitməyin qarşısını alaraq on-ları ictimai və fikri əsarətdən qurtarmağa qoymasalar, on-da bu çağırışın tərəfdarları öz azadlığını əldə etmək üçün mümkün olan qanuni vasitələrdən istifadə edə bilər-lər. Buradan ibtidai cihadın islam və sair səmavi dinlər-dəki zərurəti aydınlaşır.

 

Həmçinin əgər müəyyən şəxslər möminləri təzyiqə mə-ruz qoyaraq, onları icbari şəkildə öz ata-babalarının di-ninə qaytarmaq istəsələr, onda müsəlmanlar bu təzyiqləri aradan qaldırmaq üçün hər bir vasitədən istifadə edə bi-lərlər.

 

2- MÜDAFİƏ CİHADI

 

Bəzən müəyyən bir şəxs və ya dəstəyə müharibə zorla qə-bul etdirilir, onlar düşmənin təcavüzünə və qəfil hücum-larına məruz qalırlar. Belə olan halda bütün səmavi və bə-şəri qanunlar hücuma məruz qalanların, öz varlıqlarını müdafiə etmək üçün ayağa qalxıb mümkün olan hər bir şeydən istifadə etməsinə, bu məqsədlə hər bir tədbirə əl atmasına icazə verir. Bu növ cihada müdafiə cihadı deyilir. İsla-mın əvvəllərində baş verən “Əhzab”, “Ühüd”, “Mutə”, “Tə-buk”, “Hüneyn” və s. müharibələr məhz bu qəbildən olan ci-had idi və onlar müdafiə xarakteri daşıyırdı.

 

3- ŞİRK VƏ BÜTPƏRƏSTLİYİN KÖKÜNÜ KƏSMƏK ÜÇÜN APARILAN CİHAD

 

Müqəddəs dinimiz bütün dünya xalqlarını səmavi din-lərin sonuncusu və ən yüksəyi olan islam dinini seçməyə də-vət etməklə yanaşı, əqidə azadlığına da ehtiram qoyur. Buna görə də bu din səmavi kitaba malik olan qövm və millətlərə islam ayini barəsində axtarış aparmaq, dərindən fikir-ləşmək üçün kifayət qədər fürsət verir. Əgər lazımi axta-rışlardan sonra da qəbul etməsələr, kiçik qruplar olan di-ni azlıqlar kimi, çox da çətin olmayan şərtlər daxilində onlara dinc yanaşı yaşamaq haqqı verilir. Amma şirk və bütpərəstlik səmavi bir din olmadığından, heç bir ehtira-ma layiq görülmür. Şirk və bütpərəstlik həqiqətdə xurafat, azğınlıq, düşüncəsizlik və həqiqətdə əxlaqi və əqidə xəs-təliyi olduğundan, mümkün olan hər biri vasitə ilə onlara qarşı mübarizə aparılıb kökü kəsilməlidir.

 

Hər hansı bir əqidə və ya fikir düzgün köklərə malik olan zaman “azadlıq” və “başqalarının əqidəsinə ehtiram qoymaq” sözlərinə layiq görülür. Amma inhiraf, xurafat və azğınçılıq kimi şeylər ehtirama layiq olmadığından, is-lam dini nəyin bahasına olursa-olsun, hətta müharibə ilə olsa belə, bəşər cəmiyyətindən bütpərəstliyin kökünün kə-silməsinə göstəriş verir. Bütxanalar və bütpərəstliyin rüsvayçı ayinlərinin aradan qaldırılması dinc yolla müm-kün olmazsa, zor gücünə məhv edilməlidir.

 

NƏ ÜÇÜN CİHAD HÖKMÜ MƏHZ MƏDİNƏDƏ VERİLDİ?

 

Bildiyimiz kimi, cihad hökmü müsəlmanlara hicrətin ikinci ilində vacib edildi. Səbəbi də tamamilə aydındır. Çünki əvvəla, Məkkədə müsəlmanların sayı az olduğundan, si-lahlı qiyam onların tamamilə məhvinə səbəb ola bilərdi. Digər tərəfdən də, Məkkədəki islam düşmənləri çox güclü idi və ora islamla düşmən olan qüdrətlərin əsas mərkəzi hesab olunurdu. Onlarla Məkkədə mübarizə aparmaq əsla mümkün deyildi. Amma Peyğəmbər (s) Mədinəyə gəldikdən son-ra iman gətirənlərin sayı artdı. Həzrət öz dinini həm Mə-dinənin daxilində, həm də ətraf məntəqələrdə aşkar surət-də təbliğ edib genişləndirməyə başladı. Kiçik bir höku-mət yarandıqdan sonra düşmənlə mübarizə aparmaq üçün la-zımi vasitələr və döyüş sursatı hazırlandı. Mədinə Məkkə-dən nisbətən uzaqda yerləşdiyinə görə, bu iş tam aramlıqla baş verirdi, inqilabçı və azadlıqsevər qüvvələr düşmən müqabilində ciddi şəkildə mübarizəyə hazırlaşırdılar.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 

 


more post like this