وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلاَ تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاء الْكَافِرِينَ (191)

 

TƏRCÜMƏ:

 

“Və onları (cinayət törətməkdə əllərindən gələni əsirgə-məyən bütpərəstləri) hər yerdə tapsanız öldürün; onları, sizi qo-vub çıxardıqları yerdən (Məkkədən) çıxardın. Fitnə (və bütpə-rəstlik) qətldən də pisdir. Onlarla, Məscidul-həramın yanında (hərəm sayılan yerlərdə) müharibə etməyin. Amma əgər onlar si-zinlə orada müharibə aparsalar (bu halda eybi yoxdur). Əgər onlar sizinlə (həmin yerdə) müharibə etsələr onları qətlə yetirin. Ka-firlərin cəzası məhz budur!”

 

TƏFSİR:

 

Bu ayə müsəlmanlara, onları öz vətənlərindən çıxarıb didərgin salan Məkkə bütpərəstləri ilə müharibə etmək və

 

 

törətdikləri cinayətlər müqabilində Məkkədən çıxarmaq göstərişi verir. Çünki onlar illər boyu müsəlmanlara qətldən də ağır olan müxtəlif işgəncə və əzab-əziyyətləri rəva görmüşlər.

 

Fiziki cəhətdən öldürülmək insanın dünyəvi həyatdan məhrum edilməsidir və onun əvəzində insan axirət səadəti-nə nail olur. Amma işgəncədə nə dünyəvi rifah, nə bir ləz-zət, nə də başqa bir asayiş vardır.

 

Bunlarla yanaşı, yenə də göstəriş verilir ki, Məsci-dul-həramın əmin-amanlıq və müqəddəsliyi xatirinə onun ətrafında müharibə aparmayın. Amma əgər müşriklər ora-nın ehtiramını saxlamayaraq müharibəyə başlasalar, mü-səlmanlar da mübarizəyə qalxıb onları cəzalandıra bilər-lər.

 

İNCƏ NÖQTƏLƏR:

 

1- Müəyyən hallarda düşmənin törətdiyi cinayət əməl-lərinə cavab olaraq onlara da elə həmin cəza verilməlidir.

 

2- Hərəm və Məscidul-həram müqəddəsdir, amma müsəl-manların qanının hörməti ondan da müqəddəsdir. Burada “nisbətən mühüm olan işlə daha yüksək əhəmiyyət kəsb edən iş” məsələsi irəli gəlir.

 

3- Müharibəni ilk olaraq başlamamaq əmr olunduğu ki-mi, müqəddəslərin hörmətinin məcburi olaraq pozulmasın-da da qabağa düşmək olmaz.

 

4- Hər hansı bir göstəriş və ya hökmün səbəbinin bəyan olunması insana sevinc gətirir və onun əmrlərə daha yaxşı şəkildə itaət etməsinə şərait yaradır. Quran müşriklə-rin qətlə yetirilməsi hökmünün dəlilini bəyan edərək buyu-rur ki, onlar uzun illər sizə əzab-əziyyət, işgəncə vermiş-lər, bu da qətldən daha pis və daha şiddətlidir. Belə isə, müsəlmanlara əmr edib buyurur ki, onlarla müharibə və mü-barizədə süstlük və zəiflik göstərməyin. Quranın müşrik-ləri Məkkədən çıxarmağa dair hökm verməsinin dəlili on-ların uzun illər müsəlmanları öz vətənlərindən, ev-eşik-lərindən çıxarıb didərgin etmələridir.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri


more post like this