وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ (190)

 

TƏRCÜMƏ:

 

“Və Allah yolunda, sizinlə vuruşanlara qarşı vuruşun, am-ma həddi aşmayın, çünki Allah həddini aşanları sevmir.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

 

 

Müsəlmanlar, sonrakı il Məkkə səfərinə hazırlaşar-kən müşriklərin öz əhdlərinə vəfa etməyib onlara mane olacaqlarını və nəticədə müharibə başlanacağını ehti-mal verirdilər. Müharibə başlanacağı surətdə Peyğəmbər (s) haram aylarda cihad etməyə məcbur olacağından bərk nara-hat idi. Yuxarıdakı ayə nazil olaraq, müharibə başlanacağı təqdirdə onlarla mübarizə edilməsinə hökm etdi.

 

TƏFSİR:

 

Qurani-kərim bu ayədə müsəlmanlarla müharibəyə baş-layaraq onların üzərinə qılınc çəkənlərə qarşı cihad hök-münü verir və onların, düşmənləri susdurmaq üçün silaha sarılaraq hər növ müdafiə vasitələrindən istifadə etmələ-rinə icazə verir. Çünki, artıq müsəlmanların səbir kasası dolmuşdu, indi onlar mərd-mərdanəliklə, açıq-aşkar öz hüquqlarını müdafiə etməli idilər.

 

NƏ ÜÇÜN MÜHARİBƏ EDƏK VƏ KİMLƏRLƏ DÖYÜŞƏK?

 

Bu ayədə islamın müharibə barəsində məntiqini tama-milə aşkar edən üç əsas məsələyə toxunulmuşdur:

 

وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ

 

“Allah yolunda müharibə edin” cümləsinə diqqət yetirmək-lə islamda müharibənin (cihadın) əsl hədəfi aydın-laşır. Belə ki, islam nəzərindən intiqam almaq, şan-şöhrət və rə-yasət qazanmaq, torpaqların genişləndirilməsi, qənimət əl-də edilməsi, başqa ölkələri işğal edərək kiməsə ağalıq et-mək məqsədilə aparılan müharibələr mənfi qiymətləndi-rilir. Silahlı cihad o zaman düzgün ola bilər ki, Alla-hın razılığı yolunda və ilahi qanunların, haqq-ədalətin, tövhidin genişləndirilməsi, eləcə də zülm, fəsad və azğın-lığın kökünün kəsilməsi məqsədilə olsun.

 

Kiminlə müharibə etmək məsələsinə gəldikdə isə,

 

“الَّذِينَ يُقَاتِلُونَكُمْ” (yəni sizinlə müharibə edənlərlə mühari-bə edin) cümləsi aşkar şəkildə bəyan edir ki, düşmən tə-rəf ələ silah alıb müsəlmanlarla müharibəyə başlamayın-ca, müsəlmanlar mübarizəyə qalxmamalıdır. Amma cihad ayə-lərində qeyd olunan bəzi şəraitlər bu hökmdən istisna olu-nub.

 

Bu ayədən məlum olur ki, müharibə zamanı qeyri-hərb-çilər, xüsusilə qadınlar və uşaqlar hücuma məruz qalmama-lıdır. Onlar müharibəyə başlamadıqlarından, təhlükəsiz-likləri təmin olunmalıdır.

 

Buna görə də Həzrət Əli ibni Əbi Talib (ə) öz əsgərlə-rinə göstəriş verib buyururdu: “Nə qədər ki, onlar hücum et-məmişlər, siz onlara hücum etməyin. Çünki siz haqqa tabesiniz, onların əleyhinə (Allah dərgahında) dəlil-sübutunuz vardır. Müharibəyə ilk dəfə başlamamaq sizin haqq olmağınızı çatdı-rır.”

 

Müharibəyə məxsus olan müxtəlif məsələlər də “və la tətədu” (həddi-hüdudu aşmayın) cümləsindən aydın olur. Çün-ki islamda müharibə yalnız Allahın razılığı və Onun yo-lunda aparılmalıdır. Bu yolda heç növ təcavüzə yol vermək, Allahın təyin etdiyi həddi-hüdudu aşmaq olmaz. Buna görə də islam dini müasir müharibələrin əksinə olaraq, hərbdə əxlaq normalarına riayət olunması barədə çoxlu tövsiyələr etmişdir. Məsələn, silahı yerə qoyaraq təslim olanlar, dö-yüş qabiliyyətini əldən verənlər, ümumiyyətlə vuruşmağa qüdrəti olmayanlar, o cümlədən, qocalar, qadınlar və uşaq-lar təcavüzə məruz qalmamalıdır. Əkin sahələri, bağlar və istehsal mərkəzləri məhv edilib aradan aparılmamalı, ət-

 

 

raf mühit və su zəhərlənərək korlanmamalıdır (kimyəvi, bioloji və atom bombalarından istifadə olunmamalıdır).

 

Əli (ə) buyurur: “Allahın köməyi ilə düşmən qoşununa zə-fər çaldığınız zaman qaçanları və yaralıları öldürməyin, onlara işgəncə verməyin, hətta əgər sizin böyüklərinizi söyərək nalayiq sözlər desələr belə, onlara əzab-əziyyət verməyin.”

 

Bu ayədə Quranın müharibə və cihadın müxtəlif məsə-lələri barəsindəki izahlarından müxaliflərin və isla-mın qərəzli düşmənlərinin cihad barəsindəki yersiz itti-hamları tamamilə aydın olur. Sair ayələrdə cihadın müxtə-lif məsələləri ilə əlaqədar olaraq əlavə izahlar da veril-mişdir ki, Allahın köməyi ilə oxuyacaqsınız.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 

 


more post like this