يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (189)

TƏRCÜMƏ:

“Səndən ayın hilalları barəsində soruşurlar. De: Onlar ca-maatın (həyat və məişət) vaxtlarının və (təbii) təqvim (əsa-sında) həcc vaxtının təyin olunması üçündür və (cahiliyyət dövründə ərəblər həcc mərasimini yerinə yetirmək üçün ehram bağ-layandan sonra evin qapısından deyil, bacadan daxil olurdular, siz belə etməyin) evin bacasından daxil olmaq yaxşı iş deyil; yaxşı iş təqvalı olmağınızdır. Evə, qapıdan daxil olun, Allah qarşı-sında təqvalı olun, bəlkə nicat tapasınız.”

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Nəql olunmuşdur ki, Məaz ibni Cəbəl Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: Bizdən ayın hilalı, tədricən böyüyüb on beş günlüyündə bütövləşməsi və sonradan əvvəlki vəziyyə-tinə qayıtmasının səbəbi barədə tez-tez soruşurlar. Yəhudi-lər də o həzrətdən “Ayın hilal olması nə üçündür və nə ki-mi faydası vardır?”-deyə soruşduqda, yuxarıdakı ayə nazil olub elan etdi ki, ayın müxtəlif vəziyyətləri insan həyatın-da çoxlu faydalara malikdir.

TƏFSİR:

Ayənin nazil olma səbəbində qeyd olunduğu kimi, bəzi-ləri ayın hilalı və onun səbəbləri barəsində Peyğəmbər (s)-dən müxtəlif suallar soruşur, ayın müxtəlif şəkillərə düşməsinin faydaları barəsində məlumat almaq istəyirdi-lər. Allah-taala bu sualların cavabında Peyğəmbər (s)-ə gös-təriş verir ki, hilalın faydalarını bəyan edib, ayın əvvəl-də hilal (qövs) şəklində olub sonra tədricən böyüməsinin dini ibadət və vəzifələrin yerinə yetirilməsində, eləcə də insanların məişət və maddi həyatlarının tənzim olunma-sında müxtəlif müsbət təsirlərə malik olmasını desin. Çünki hamı asanlıqla öz ticarət işlərini, bağladığı mü-qavilələri tənzim edib, vədə və əhd-peymanlarının vaxtını təyin edə bilir. Həmçinin oruc və əzəmətli həcc mərasimi müəyyən bir vaxtda yerinə yetirildiyindən, bu əməllərin vax-tının təyin edilməsinin ən yaxşı və münasib yolu ayın hi-lalıdır. Camaat hilalı görməklə ayın əvvəlini, ortasını və axırını ayırd edərək onun əsasında öz işlərini tənzim edə bilər.

Həqiqətdə ay bütün insanlar üçün təbii bir təqvim he-sab olunur. Savadlı və ya savadsız olmasından asılı olma-yaraq bütün insanlar dünyanın hər yerində bu təbii təqvim-dən istifadə edərək təkcə ayın əvvəli, ortası və axırını de-yil, həm də diqqətlə baxdıqda bütün günlərini ayırd edə bi-lirlər. Aydındır ki, bəşərin ictimai həyatının tənzim olunması ümumi və dəqiq bir vasitə – təqvim olmadan müm-kün deyildir. Buna görə də böyük Allah həyat sistemini tən-zim etmək üçün bu təbii təqvimi bütün insanların ixtiya-rına vermişdir.

TƏBİİ MİQYASLAR

İslam qanunlarının üstünlüklərindən biri də onun göstərişlərinin adətən təbii meyar və miqyaslar əsasında olmasıdır. Çünki bu miqyaslardan hamı istifadə edə bilir və zamanın keçməsi onda heç bir dəyişiklik yaratmır. Amma təbii olmayan miqyaslardan hamı istifadə edə bilmir, hət-ta müasir dövrdə də, insanların hamısı mövcud texniki (dünyəvi) miqyaslardan faydalana bilmir. Buna görə də islam şəriətində bəzən qarış, bəzən addım, bəzən barmaqların bəndləri, bəzən də insanların boyu meyar (etalon) götürü-lür. İbadət vaxtlarının təyin olunmasında da günəşin bat-ması, sübhün açılması, günəşin nisfun-nahardan[11] keçməsi və ayın görünməsi qərar verilmişdir.

وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا

Yəni “evlərin arxasından daxil olmaq yaxşı bir iş deyil-dir.”

Əvvəlki ayələrdə söhbət həccdən getdiyindən, eləcə də həcc mövsümünün vaxtı ayın müxtəlif vəziyyətlərdə olması ilə təyin edildiyindən, bu ayədə Allah-taala həcc barəsində cahiliyyət dövründən miras qalan bəzi yanlış və xurafi adətlərə işarə edərək onları bu əməldən çəkindirir. Belə ki, onlar ehram paltarı geydikləri zaman, batil əqidə əsa-sında evlərinə qapıdan daxil olmurdular. Buna görə də evin arxasından baca açıb ehram zamanı yalnız oradan daxil olur və bu işin yaxşı və bəyənilən bir əməl olduğunu güman edirdilər. İslam dini həcc əməllərinin düzgün formada icra olunması üçün yanlış adətlərə, xüsusilə ehramdakı adətlərə son qoymalı idi.[12]

Amma Quran aşkar şəkildə buyurur ki, yaxşılıq xura-fatçı adət-ənənələrlə deyil, təqva ilədir. Sonra müsəlman-lara göstəriş verir ki, evlərinizə hökmən adi və təbii yol-la daxil olun.

Ayənin daha geniş bir mənası da vardır: İstər dini, istərsə də sair işlərə xurafatçı, inhirafçı yollarla de-yil, düzgün yolla başlamaq lazımdır. Cabirin imam Baqir (ə)-dan nəql etdiyi hədis məhz bu mənanı daşıyır.[13]

Əhli-beyt (ə) imamları bu ayə barəsində buyurmuşdur: “Biz Allahın qapıları, Allaha çatmaq yolu və behiştə doğru də-vət edənlərik.”[14]

Yəni bütün dini məsələlərə həqiqi yoldan başlamalı, öz vəzifələrimizin təyin olunmasında onlardan göstəriş almalıyıq. Çünki vəhy onların evində nazil olmuşdur, ila-hi vəhy məktəbində təlim-tərbiyə alanlar da məhz onlardır.

“Leysəl-birru” cümləsi başqa bir incə mənanı da çatdı-ra bilər: dini maarif əvəzinə ayın müxtəlif vəziyyətləri barədə sual verməyiniz evin əsl yolunu qoyub arxadan daxil olan şəxslərin əməlinə oxşayır ki, bu da çox acınacaqlı bir haldır.

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

more post like this