وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ (188)

 

TƏRCÜMƏ:

 

“Və bir-birinizin mal-dövlətini batil (və nahaq yerə) öz aranızda yeməyin. Və camaatın mal-dövlətinin bir qismini (bu işin böyük günah olduğunu) bildiyiniz halda, günahkarcasına ye-mək üçün (onun bir hissəsini rüşvət kimi) qazılara verməyin.”

 

TƏFSİR:

 

Bu ayə müsəlmanları son dərəcə yaramaz bir işdən çə-kindirərək, onlara bir-birinin malını nahaq yerə ələ ke-çirməməyi, qanunsuz yollarla var-dövlət qazanmamağı tövsiyə edir. Mümkündür ki, bir şəxs başqasının mal-dövlətini nahaq yerə ələ keçirsin və bu iş məhkəmə ilə nəticələnsin. Həmin şəxs də qanunsuz yerə xalqın malını öz mülkiyyətinə keçirmək üçün rüşvət adı ilə hakimə bir şey də hədiyyə et-sin. Belə olan halda həmin şəxs iki böyük günaha mürtəkib ola bilər: birincisi, başqasının haqqını yemək, ikincisi isə rüşvət vermək.

 

Rüşvət islamda olduqca çirkin bir iş sayılaraq qətiy-yətlə pislənmişdir. İmam Sadiq (ə) onun barəsində buyurur: “Məhkəmədə hökm və ya qərar çıxaran zaman rüşvət alan şəxs Al-laha qarşı kafir olmuşdur.”[7]

 

Rəsuli-əkrəm (s) buyurur: “Allah-taala rüşvət verənə, rüş-vət alana və onların arasında vasitəçilik edənə lənət etsin!”

 

“Nisa” surəsinin 29-cu ayəsində buyurulur: “Ey iman gə-tirənlər! Qarşılıqlı razılıq əsasında olan ticarətdən əldə etdikləriniz istisna olmaqla, bir-birinizin malını (qanunsuz və nahaq yerə) yeməyin.”

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ

 

Bu ayə aşkar şəkildə bəyan edir ki, əgər müəyyən şəxslər rüşvət verməklə məhkəmədə haqq qazansalar, münaqişəli olan mal onlara haram olacaq. Məhkəmədə zahiri şahidlə-rə əsasən, müəyyən vasitələrlə bir şeyi sübuta yetirib hökm vermək haram malı halal mala çevirmir. Başqa sözlə desək, məhkəmədə zahiri hökm verməklə bir kəs camaatın qanuni malına sahib ola bilməz.

 

Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olunmuşdur: “Mən də sizin kimi insanam (və zahiri şahidlərə əsasən sizin aranızda mühakimə yürüdürəm). Mənim yanımda müəyyən bir münaqişəli məsələ müzakirə olunarkən, ola bilsin ki, bəziləri başqaların-dan güclü dəlil gətirsin. Bu halda mən onun gətirdiyi dəlil və sübutlara əsaslanıb, onun xeyrinə mühakimə yürüdə bilərəm. Am-ma bilin ki, əgər mən bir kəsin haqqını başqasına versəm (onda bu iş) bir parça cəhənnəm odu olar. Əgər həmin şəxs cəhənnəm odu istəyirsə, o malı öz ixtiyarına keçirsin, əks halda bu işi tərk etsin.”[8]

 

RÜŞVƏTXORLUĞUN TÖRƏTDİYİ BƏLALAR

 

Qədim zamanlardan cəmiyyətdə mövcud olan və müasir dövrdə daha da şiddətlə yayılan böyük bəlalardan biri də rüşvətxorluqdur. Rüşvətxorluq cəmiyyətdə ədalətin bərqərar olunması yolunda ən böyük maneələrdən biri sayılır. Cəmiy-yətdəki mövcud qanunlar zəif təbəqələrin mənafeyinə xidmət edib zülm və zorakılıq etmək istəyənlərin haqlarını məh-dudlaşdırmalı olduğu halda, rüşvətin yayılması bu qanun-ların zülmkarlara xidmət etməsinə səbəb olur. Çünki, zülm və zorakılıq edənlər həmişə öz qüdrəti ilə şəxsi mənafe-yini müdafiə edə bilir. Zülm altında inləyən şəxslərin mənafe və hüquqları isə qanun sayəsində qorunmalıdır. Ay-dındır ki, əgər cəmiyyətdə rüşvətxorluq yayılarsa, qanunlar tamamilə əks nəticə verəcəkdir. Çünki imkanlı və qüdrətli şəxslər həmişə rüşvət verməyə qadir olduğundan, qanun, zə-if şəxslərə zülm edilməsi və hüquqlarının tapdanması üçün onların əlində bir vasitə olacaqdır.

 

Buna görə də rüşvətxorluğun yayıldığı hər hansı bir cəmiyyəti bədbəxtlik bürüyər, zülm, fitnə-fəsad, haqsızlıq, ayrı-seçkilik yayılar və ədalətin quru adından başqa bir şey qalmaz.

 

İslam dinində rüşvətxorluq qəbahətli bir iş hesab olunmuş və kəbirə günahlardan sayılmışdır. Ona görə də bu yaramaz və alçaq iş “hədiyyə”, “hörmət”, “haq-hesab”, “zəh-mət haqqı”, “ənam” və s. kimi başqa aldadıcı ünvanlar al-tında yerinə yetirilir. Aydındır ki, sadəcə olaraq adın də-yişdirilməsi ilə mahiyyət dəyişməz. Hər bir halda bu yolla alınan pul haram və qeyri-qanunidir.

 

“Nəhcül-bəlağə”də qeyd olunur ki, Əşəs ibni Qeys Əli (ə)-ın ədalət məhkəməsində qələbə çalmaq üçün o həzrətə hə-diyyə adı ilə rüşvət təklif edir. Gecə ikən ləzzətli bir halva hazırlayıb Əli (ə)-ın evinə gətirir və onu “hədiyyə” adlandırır. Əli (ə) isə qəzəblənib buyurur: “Matəmlilər sə-nin matəmində otursun (yəni ölüm olsun sənə)! Sən məni aldat-maq və haqq ayinindən saxlamaq üçün gəlmisənmi?! Allaha and ol-sun! Əgər yeddi iqlim qurşağını və onların səması altında olanları qarışqanın ağzında olan arpa qabığını zülm ilə alaraq Allaha qarşı asi olum deyə mənə versələr, heç vaxt bu işi görmə-rəm. Sizin dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında çeynə-diyi yarpaqdan da dəyərsizdir. Əlinin fani dünya, ötəri ləzzətlər-lə nə işi?!”

 

İslam, rüşvəti hansı formada olmasından asılı ol-mayaraq qadağan etmişdir. Peyğəmbər (s)-in təyin etdiyi vali-lərdən birinin hədiyyə şəklində rüşvət qəbul etdiyini o həzrətə xəbər verdilər. Həzrət qəzəblənib ona buyurdu: “Nə üçün haqqın olmadığı şeyi alırsan?” O, cavabında üzür-xahlıq edərək dedi: “Aldıqlarım yalnız hədiyyədir.” Peyğəm-bər buyurdu: “Əgər mənim tərəfimdən vali olmayıb evinizdə otursaydınız camaat sizə hədiyyə gətirərdimi?”

 

Hədiyyəni alıb beytül-mala təhvil verilməsini əmr et-dikdən sonra onu işdən götürdü.[9]

 

İslam məhkəmə sistemində qazının (şəriət hakimi-nin) gizli rüşvət almaması üçün göstəriş verilir ki, o, özü şəxsən bazara getməsin. Çünki belə şəxslər bu kimi iş-ləri özləri icra etsələr, ixtiyarsız olaraq alacağı şeylər ona ucuz qiymətə verilər və bu da hakimə təsir qoyar, nəti-cədə məhkəmədə ona ucuz satan şəxsin tərəfini saxlaya bi-lər.

 

Müsəlmanlar Qurani-kərimdən ilham alaraq heç bir şeyi rüşvətə qurban verməməlidirlər.

 

Bəziləri demişlər ki, ayədə bir-birinin mallarının əbəs işlərə xərclənməməsi, qumar və sair kimi işlərə qo-yulmaması nəzərdə tutulmuşdur. İmam Məhəmməd Baqir (ə) buyurur: “Qüreyş qəbiləsinin başçıları şəxsi mal-dövlətlərini və hətta həyat yoldaşlarını belə qumara qoyurdular. Allah-taala onları bu işdən çəkindirdi.”

 

Qeyd olunan bu təfsirlərin hamısını qəbul etmək daha münasibdir.[10]

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri


more post like this