Məsum İmamlar daim hikmət əsasında hərəkət etmiş, öz nümayəndələrini konkret meyarlar əsasında seçmişlər:

1. Ən üstün səviyyədə təqiyyə və sirr saxlama – Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü Abbasi rejimindən qorumaq üçün maksimum səviyyədə təqiyyə edirdi. O, bu məqsədlə heç bir məzhəbi və siyasi söhbətdə aşkar mübahisəyə girişmirdi.

Hüseyn ibn Ruh da öz növbəsində təqiyyəyə əməl edir, əsl mövqeyini məxfi saxlayırdı. Hətta xidmətçilərindən biri Müaviyəni aşkar lənətlədiyi üçün onu işdən uzaqlaşdırmışdı.

2. Böyük səbr və sabitqədəmlik – Bir qrup şəxs Əbu-Səhl Növbəxtidən soruşdu: “Nə üçün sən İmamın xüsusi naibi olmadın?” O belə cavab verdi: “Onlar (İmamlar) daha yaxşı bilirlər ki, kim bu məqama layiqdir. Mən düşmənlərlə get-gəli olan adamam. Onlarla mübahisə edirəm. Əgər Əbül-qasim Hüseyn ibn Ruhun Mehdi (ə) haqqında bildiyini mən bilsəm, ola bilsin ki, mübahisələrdə mövqeyimi sübuta yetirmək üçün hansısa bir məsələni açam və nəticədə İmamın yeri məlum olsun. Əbül-qasim Hüseyn ibn Ruh isə, İmam əbasının altında olsa belə, bədəni tikə-tikə doğransa, İmam Mehdini (ə) göstərməz.”

3. Başqaları ilə müqayisədə daha düşüncəli olmaq – Şeyx Tusi “Əl-Ğeybət” kitabında İmamın naiblərinin düşüncə baxımından üstünlüyünü qeyd etmişdir.

4. Hökumətin həmin şəxslərə münasibətdə həssas olmaması – İmam Mehdi (ə) öz nümayəndəsini elə şəxslər arasından seçirdi ki, onlar Abbasi hökumətinin diqqətini cəlb etməmiş olsun. Çünki nümayəndəlik xeyli məxfi bir iş idi. Nümayəndələrin hər biri hansısa peşə sahibi idi və nümayəndəlik fəaliyyəti ilə tanınmırdı.

 

 

 

 

http://sualcavab.ge

 

 

 

 


more post like this