892. Mə’suliyyət

Quran:

«And olsun sənin Rəbbinə, onların hamısından etdikləri əməllər barədə soruşacağıq.» [1]

Hədis:

2872. İmam Əli (ə):«Allahdan, Onun bəndələri və torpaqlarına barəsində qorxun. Çünki siz hətta torpaqlara və heyvanlara görə də cavabdeh olmalısınız. Allahdan qorxun və Ona itaətsizlik etməyin.»[2]

 

893. Ümumi Mə’suliyyət

2873. Allahın Peyğəmbəri (s):«Bilin ki, sizin hamınız rəhbərsiniz və rəiyyət[3] sahibisiniz. Hamınız öz rəiyyətiniz və əliniz altında olanlar barədə sorğu-sual olunacaqsınız. Rəhbər xalqın başçısıdır və öz rəiyyətinə görə sorğu-sual olunacaq. Kişi öz ailəsinin başçısıdır və onlara görə cavabdehlik daşımalıdır. Qadın öz evinin və ərinin uşaqlarının başçısıdır və onlara görə cavabdeh olmalıdır.»[4]

2874. İmam Əli (ə):«Hər bir kişi öz tabeliyində olanlara və ailəsinə görə sorğu-sual olunacaq.»[5]

 

894. Qulağın, gözün və qəlbin Mə’suliyyəti

2875. «Mən lə yəhzuruhul fəqih»:«Bir kişi İmam Sadiqə (ə)ərz etdi:«Mənim qonşularımın cavan kənizləri var və bu kənizlər xoş avazla oxuyub ud çalırlar. Mən əl-üz yuyulan yerə gedəndə bə‘zən onların çalıb oxumaqlarına qulaq asmaq üçün uzun müddət otururam…» Həzrət buyurdu:«Sən Allah, sən də belə edirsən?!!» Allah-taalanın  «Həqiqətən, qulaqdan, gözdən, qəlbdən, onların hamısından soruşulacaqdır» buyurduğunu eşitməmisənmi?»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Hicr, ayə 92, 93

[2] Nəhcül-Bəlağə, xütbə 167

[3] Rəiyyət – Başçısı, himayəçisi olan bir xalq kütləsi, camaat. Kiminsə rəhbərliyi altında olan bir qrup insan.

[4] Səhihi-Muslim,səh. 1829

[5] Ğurərul-Hikəm,hədis 7254

[6] Mən la yəhzuruhul-Fəqih, c.1,səh.180 , hədis 177


more post like this