zuhuradogru.org

Bismillahir rəhmanir rəhim

İntizar: Hazırki zamanda bizim üçün ən yüksək ibadət o rəhmət İmamının intizarında olmaqdır. Çünki bu mövzu çox saylı hədislərdə son dərəcə yüksək bir ibadət, cihad və əməl olaraq tanıtdırılmışdır. Həzrəti Peyğəmbər (s.ə.v.v) buyurmuşdur: “Mənim ümmətimin ən fəzilətli əməli, Həzrəti Məhdi (ə)-ın zühurunun intizarında olmaqdır.”

Bəzi hədislərdə intizar məqamı “Bədr” müharibəsinin döyüşçülərinin məqamına bənzədilibdir. Bu məqam sahiblərini İmamın xeyməsində yaşayıb, düşmənləri ilə döyüşən şəxslərə təsbih etmişlər.

İntizarın həqiqi mənası nədir ? İntizar yəni Əsmail-Hüsna hakimiyyətinin yer üzünə hakim olmasını, Zəmanə İmamımızın (ə) görüşünə çatmağı və əbədi olaraq O Həzrətə (ə) qovuşmağı və haqqın bərpa edilib Həzrətin əzəmətli dövlətinə yetişməyi arzulamağa deyilir.İntizar yəni səbr və məhəbbətlə O Həzrətin zühur etməsi üçün hazırlıq işləri görmək.İntizar həqiqətdə hal yox bir əməldi.Həqiqi müntəzir gərək öz varlığını bu yola fəda etsin və bütün imkanlarından O Həzrətə xidmət etsin.Bütün inanclarda, o cümlədən səmavi kitablarda intizar mövzusu var.Lakin intizar insanların əqidələrinə görə passiv və ya aktiv olur.Bizim əqidəyə görə isə intizar aktiv olmalıdır. Çünki adi bir misal: hər bir kəs gözlədiyi qonaq üçün evində hazırlıq işləri görür, o cümlədən evini səliqə-səhmana salır.Bizdə gərək öz növbəmizdə fərdi olaraq nəfsimizi islah edib qəlb evimizi səhmana salaq və ictimaiyyətin isə bütün sahələrində hazırlıq işləri görək. Həqiqi intizarda məs helə budur.

İntizarın gözəl nəticələrindən biri fərəcdir. Fərəc özü isə iki yerə bölünür: Fərdi və ictimai.

 


more post like this