zuhuradogru.org
Bismillahir rəhmanir rəhim

“Ey iman gətirənlər! (Özünüzü) ilahi (əzabdan) qoruyun və doğru danışanlarla olun!”

Hər bir müsəlman, xüsusilə bu dövrün müsəlmanları İmam Zaman (ə) qarşısında çoxlu vəzifələri vardır. Həmçinin, hər bir insanın firətində olan “təşəkkür etmə” xususiyyətinə əsasən bu vəzifələrə əməl etmək zəruridir. Bu vəzifələr o qədər çoxdur ki, bəzi alimlər onların barəsində kitablar yazaraq sayını səksənə qədər qeydə alıblar.

Onlardan bəzilərinə işarə edək:

1-Məhəbbət: İmamət fəslində mülahizə olunduğu kimi, Qurani Kərimin Həzrət Peyğəmbər(s.ə.v.v)-in Əhli- beytinə məhəbbət etməyi hər bir müsəlmana vacib buyurmuşdur.

Hazırki əsrdə Allah Rəsulu (s.ə.v.v)-in qohumları arasında İmam Zaman (ə) kimi digər böyük bir şəxsiyyət yoxdur. Hazırda İmam (ə) Həzrət Peyğəmbərin (s.ə.v.v) ən yaxın və ən əziz övladıdır. Belə isə o Həzrətə qarşı məhəbbət bütün müsəlmanlara vacibdir.

Əhli-beytlə artıq rabitə bərqərar edib onlara müraciət etməklə bu məhəbbət daha da artır. Beləliklə o Həzrətin barəsində olan kitabları mütaliə edib onun şiələrə qarşı mehribanlıqları və kəramətləri ilə tanış olub, Həzrətə təvəssül və müraciət etməklə imama məhəbbətimizi artıra bilərik.

2-Dua: Hər bir şəxs İmam Zaman (ə)-a əlaqəli olarsa, heç vaxt Həzrətin qeybət dövründə ondan uzaqda olub hicran çəkməyə razı olmayıb onun zühurunu arzulayacaqdır. Eyni zamanda özü də yazdığı bir məktubda buyurur: “Zühurun tezliyi üçün çox dua edin. Belə ki, dualar sizin işlərinizin və müşküllərinizin həll olmasının vasitəsidir.”

3-Əlaqə yaratmaq: Hər bir şiənin vəzifəsidir ki, O Həzrəti yad edərək istər qeybət, istərsə də zühur zamanı öz rabitəsini İlahi rəhbərlə hifz edib qorusun. Quran bu məsələyə belə işarə edir: “Ey iman gətirənlər! Səbr və müqavimət göstərin, bir-birinizlə rabitəni qoruyub təqvalı olun ki, bəlkə nicat tapasınız.” Həzrəti Baqir (ə) bu ayəni belə təfsir edir. “Vacibata əməl etməkdə səbrli, düşmən qarşısında davamlı olun, zühurunu gözlədiyiniz imamla isə rabitə və əlaqə bərqərar edin.” İmam Zaman (ə)-ın qeybəti heç də bu rabitə müqabilində mane deyildir. Bəndə gərək həyatının bütün sahələrində qarşılaşdığı əqidə, əxlaq, maddi və mənəvi, fərdi və ictimai müşkillərini o mehriban və əziz İmama həvalə edib mütəvəssil olmaqla bu müşkildən çıxış yolunu o Həzrətdən istəsin.

Gündəlik namazlarda “Fərəc” duası, sübh çağları “Əhd” duası, həftə içi “Ali-Yasin” ziyarəti və bu kimi oxunuşu əmr edilmiş dua və ziyarətləri ardıcıl tilavət etməklə İmam Zaman (ə)-la öz rabitəsini bərqərar etsin.

İmam Zaman ağadan hədis:

Həzrəti Məhdi (ə) buyurub: “Elə bir əməllər etməlisiniz ki, onlar sizin hər birinizi bizim məhəbbətimizə yaxın etsin və həmçinin gərək bizim narahatlıq və qəzəbimizə səbəb olan əməllərdən də uzaq olasınız.”


more post like this