Məsələ 207: İstimna etmək haramdır və ondan çəkinmək lazımdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
Fazil }ameul-məsail 2-ci cild, sual 152
(Buna görə də əgər bir kəs mübarək Ramazan ayında qəs­dən öz orucunu istimna pozsa, cəm kəffarəsi vermə­lidir.)
Bəhcət, Təbrizi, Məkarim: Ehtiyata görə gərək cəm kəffarəsi versin.
İzah: İstimna o əməldir ki, insan özü ilə məninin xaric etmək üçün edir.
Məsələ (Sual) 208: Mən bir cavanam ki, təhrikedici səhnələr barəsində fikirləşdikdə məndən məni xaric olur. Bu iş (fəqət fikirləşmək) məninin xaric olması məqsədi ilə edilən bu iş istimna hökmünə malikdirmi?
}avab: Əgər qəsdən məni xaric etmək məqsədi ilə olarsa və fikirləşməklə məninin xaric olacağını bilirsə, gərək ondan çəkinsin.
İmam, Xamenei, Fazil, Sistani: İstifta
Məkarim: Əgər bu iş həmin məqsədlə əncam verilsə və məni xaric olsa istimna hesab olunur. İstifta
Məsələ 209: Haram şəhvətbazlıq məqsədilə hər hansı bir şey tədarük görmək caiz deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
Məsələ 210: Bir nəfər istimna edirmiş, onun hökmü nədir? Onun bu əməli qusla səbəb olurmu?
Cavab: Bu əməl haramdır və məninin xaric olmasına yəqin edibsə, qüsl etməlidir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
İmam: “Tovzihul-məsail” məsələ 345
Bəhcət: “Tovzihul-məsail” məsələ 349
Təbrizi: “Tovzihul-məsail” məsələ 351
Fazil: “Cameul-məsail” 2-ci cild, sual 152, “Tovzihul-məsail” məsələ347
Sistani: “Tovzihul-məsail” məsələ 351
Məkarim: “Tovzihul-məsail” məsələ 360
Məsələ (Sual) 211: Şəhvətin qarşısını almaq üçün nə etmək lazımdır? Bu barədə istimna caizdirmi?
Bəhcət: Harama düşmə qorxusu olan halda izdivac etməlidir ki, günaha düşməsin. İstifta
Xamenei: Şəhvəti təhrik edən səhnələrə baxmamaq, şəhvət yaradan məclislərdə və mərkəzlərdə iştirak etməmək, oruc tutmaq, sağlam idmanlarla məşğul olmaq, ibadət və vacibatlara əhəmiyyət verməyin özünə məxxsus təsiri vardır. İstifta
Məsələ (Sual) 212: İnsanı şəhvətə salan təhrike­dici səhnələri göz önünə gətirmək və bu barədə fikir­ləşmək caizdirmi?
Təbrizi: Sadəcə fikirləşməyin haramlığı yoxdur. “Siratun-nəcat”, sual 881
Məsələ (Sual) 213: Risalənizdə qeyd olunmuşdur ki, istimna şərən haramdır, lakin buyurun görək, istimna edən şəxs barəsində islamın nəzəri nədir?
Bəhcət, Sistani, Fazil və Məkarim: Vacibdir ki, tövbə etsin və tövbə etməzdən qabaq onun hökmü təzirdən ibarətdir. Əgər şəriət hakimi üçün onun günahı sübuta yetmiş olsa.
Fazil: “Cameul-məsail” 2-ci cild, sual 1178-dən istifadə etməklə.
Bəhcət, Sistani, Məkarim: İstifta
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,


more post like this