Ömər ibni Xəttabın xilafəti zamanı idi. Qədimdən Kə”bəyə zivərlər (pərdə və …) gətirmişdilər və orada yığılmışdı. Bu zivərlər barədə Ömərin hüzurunda söhbət oldu və ona dedilər: “Əgər bu zivərləri alsaydın (satsaydın və onun pulu ilə) islam ordusunu mücəhhəz etsəydin, mükafatı daha çox olardı. Kə”bə zivər və zinəti neyləyir?!”
Ömər onların təklifini qəbul etdi və həmin işi icra etməyi qərara aldı. Sonra Ömər bu barədə Əli (əleyhissalam)-la məsləhətləşdi və İmam Əli (əleyhissalam) cavabında buyurdu: O vaxt Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə Quran nazil oldu. Allah Quranda malları dörd ünvan altında qərar verdi:
1-İrs “fəraiz” qanununa əsasən vərəsə arasında bölünür.
2-Fəyy bir növ hərbi qənimətdir ki, o, ehtiyacı olanlara verilir.
3-Xüms onun məsrəfi də təyin olunubdur.
4-Sədəqələr və Zəkat ki, onun da məsrəf səbəbləri müəyyən olub və elə həmin yerlərə də sərf olunur. Quran nazil olduqda, Kə”bənin zivərləri də öz yerlərində idilər. Allah onları həmən halında qoydu. Belə ki, nə onu unutmuşdu nə də o zivərlər Allahdan gizli qalmışdı. Buna görə sən də onları həmən halında ki, Allah və Peyğəmbəri qərar veriblər qoy, o cür qalsın.
Ömər bu dəlillərdən qane olub dedi:
“Əgər sən olmasaydın, rüsvay olardıq.” Və Kə”bənin zivərlərini olduğu kimi saxladı.

“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this