Təlhə və Zübeyr Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm yaxın əshablarından, seçilmiş və ləyaqətli şəxsiyyətlərindən idilər. Hətta Ömərin özü ölərkən altı nəfəri təyin etdi ki, özündən sonra xilafətdə bir nəfəri seçsinlər. Elə ki, camaat yığışdılar və İmam Əli (əleyhissalam) ilə beyət etdilər, bu iki nəfər də onların arasında idilər. Camaat yığılandan sonra İmam Əli (əleyhissalam) ilə beyət edərkən həmin iki nəfər də beyət edənlərdən idilər. Amma nəfsani həvəslər bais oldu ki, bu iki nəfər Əli (əleyhissalam)-ın hüzuruna gəlib təklif etsinlər ki, Həzrət xilafət işində onları da şərik etsin. (və müsəlmanlara rəhbərlik Əli (əleyhissalam) Təlhə və Zübeyrdən ibarət üç nəfərlik şura ilə yerinə yetirilsin). Əli (əleyhissalam)-a ərz etdilər:
“Biz səninlə beyət edirik bu şərtlə ki, sənin xilafət və rəhbərliyindəki işlərdə şərik olaq.” İmam (əleyhissalam) onlara belə cavab verdi:
“Yox, siz yalnız çətinlik və zəiflik zamanı təqviyyət, kömək və yavər olarsınız.”
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri


more post like this