Şiə və sünnilər tərəfindən mütəvatir hədis kimi qəbul olunmuş digər hədislər 12 xəlifə haqqındadır. Bu rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) özündən sonra 12 İmam, canişin təyin etmişdir.

Cabir ibn Səmərə nəql edir ki, həzrət Peyğəmbər (s) buyur-muşdur: “Nə qədər ki, 12 xəlifə hakimdir, İslam daim əzizdir.” Cabir deyir: Həzrətin buyurduğu sonrakı sözü anlamadım. Bu barədə atamdan soruşdum. O dedi: “Buyurdu ki, onların hamısı Qüreyşdəndir.” (“Səhihi-Müslim”, c. 6, s. 3.)

Bu hədisi müxtəlif şəkillərdə 36 səhabə nəql etmişdir. Bir çox sünni alimləri də öz kitablarında bu hədisə yer vermişdir.

http://sualcavab.ge


more post like this