Nəhayət Həkəmeyn macərası və Əbu Musa Əş”ərinin aldanması sona yetdi. Arada isə rüsvayçı bir müqavilə bağlandı. Bununla belə İraq ordusu Siffeyn cəbhəsində idilər və gərək döyüşçülərin əhval-ruhiyyəsini yüksək səviyyədə saxlamaq lazım idi ki, həm fikirləri dağılmasın həm də zalımlarla müharibədə süst və qüdrətsiz olmasınlar.
Ancaq, birdən gözəl bir şüar-amma zəhərli hədəflə ürəyi ölülərin boğazından çıxdı və Həkəmeyn sazişinə etiraz əlaməti olaraq Siffeyn müharibəsi cəbhəsində bu şüarı ələm etdilər ki: “Hökm Allahdan başqa heç kimə rəva deyil.
Hər ləhzə keçdikcə bu şüar orduya daha çox təsir edirdi və o qədər təhlükəli nəzərə çarpırdı ki, Əli (əleyhissalam) buyurmuşdu: “Hər kəs bu şüarı desə onu öldürün. Hərçənd mənim əmmaməmin altına pənah gətirmiş olsa da. Çünki, bu “azdırıcı” İraq ordusunun arasında təfriqəyə səbəb oldu.” Əş”əs ibni Qeys kimi adamlar bu şüarı daha da qızışdırdılar. Sanki şüarı vermək üçün Müaviyədən kalan rüşvət almışdılar.
Yavaş yavaş bu şüar Əli (əleyhissalam)-ın ordusu başçılarından bəzilərini müharibəni davam etdirməyə qarşı soyuq və laqeyd etdi. Get-gedə İraq əsgərləri arasında təşviş və iztirab meydana çıxdı.
Baxmayaraq ki, müharibənin taleyi onların əlində, idi, vəli ordularının nizam-intizamı həmin yanmış fikirlər nəticəsində pozul-muşdu və dağılmaq təhlükəsi qarşısında idi.
İş o yerə çatdı ki, İraq ordusunun Siffeyn qərargahında qalması tamamilə mənasız və nəticəsiz nəzərə çarpdı. İmam Əli (əleyhis-salam) Kufəyə qayıtmaq əmrini verdi. Əsgərlər soyuqqanlıqla döyüş vəsaillərini yığıb Kufəyə yola düşdülər. Əli (əleyhissalam) qəmə qərq olmuşdu. Elə bir qəm ki, kor qəlbli və vəfasız arxadaşların qəfilliyindən düşmənlə müharibə əvəzinə təfriqə yolu və xətakarlığı özü üçün məqsəd seçmişdi.
Budur, ordu Kufəyə qayıdır, çox adamlar isə şəhid olublar. Bunlardan daha pisi bu idi ki, birdən təfriqəçilər öz-özlərinə dedilər: “Biz, şüarı verdiyimizdən Əli (əleyhissalam)-ın tərəfdarları ilə Kufəyə daxil omağımız düzgün deyil. Bəs, ordaca öz yollarının istiqamətini dəyişdilər və Sərəvra məhəllinin kənarında yığışdılar. Təqribən on min nəfər Əli (əleyhissalam)-ın dünənki, arxadaşla-rından və bu gün o Həzrətin kinli düşmənlə-rindən olan adamlar Nəhrəvana getdilər və Əli (əleyhissalam)-la müharibə elan etdilər. Əli (əleyhissalam) eləcə sakit idi. Çünki əksüləməl göstərməsi səlah deyildi. Ona görə ki, Siffeyn hadisəsinin yorucu olub nəticəsiz qalması İraq ordusunun iki qrupunun müharibəsi Kufə camaatının gözündə çox dərd gətirici idi. O Həzrət müxaliflərin küframiz, aldadıcı və pozucu şüarlarına etina etmədi ta ki, öz ordusunu Kufə darvazasına çatdırdı.
Bu vaxt Kufə qəbiristanlığı Əli (əleyhis-salam)-ın nəzərini özünə cəlb etdi. Bu halda fürsəti münasib gördü diri ürəkli ölülərlə söhbət etsin, bəlkə bu iş dirilərə ibrət və xəbərdarlıq olsun və onlarda sonu fikirləş-məklə həvəslərdən və təmələrdən azad olub haqq bayrağı altında iztirabsız baqi qalsınlar.
Bəziləri yazırlar: Kufə camaatı öz ölülərini evlərinin qabağında dəfn edirdilər. Xəbbab ibni Ərrət, Peyğəmbər və Əli (əleyhis-salam)-ın pak və həqiqi arxadaşı xəstəlik yatağına düşmüşdü. Vəsiyyət etdi ki, məni Kufədən xaricdə dəfn edin. O, dünyadan getdi və vəsiyyətinə əsasən onu Kufənin xaricində dəfn etdilər və ondan sonra camaat vəsiyyət edirdilər ki, Xəbbabın qəbrinin kənarında dəfn olunsunlar.”
Təqribən yeddi ya səkkiz qəbr Kufədən xaricdə görünürdü. İmam (əleyhissalam) qəbrlərin niyə burada qazılmasını soruşduqda bir nəfər dastanı onun üçün şərh etdi. İmam (əleyhissalam) buyurdu: “Allah Xəbbaba rəhmət eləsin ki, yaxşı vəsiyyət etmişdir. O, özünün meyli və rəğbəti ilə İslamı qəbul etmiş öz meyli ilə hicrət etmiş və bütün həyatı boyu fəal döyüşçü olmuşdur. İslam yolunda bir çoxu bəlalara dözdüyündən mükafatı Allah dərgahında məhfuzdur.” Hər halda İmam (əleyhissalam) qəbirlərin yaxınına gəldi və onların bərabərində dayanıb bu cümlələrlə qəbr sakinlərini ziyarət etdi və onlarla belə danışdı:
“Ey qorxulu evlərin sakini, boş yerlər və qaranlıq qəbirlər. Ey torpaq altında yatanlar!
Ey vətəndən uzaq düşmüşlər! Ey vəhşət və tənhalıq əhlləri. Siz bizim qabaqda gedənlərimizsiniz ki, qabaqca gedibsiniz və biz ,sizin ardıcıllarınızıq ki, sizə qovuşacağıq. Sizə deyim ki, sizin evlərinizdə başqaları sakin oldular və başqaları sizin arvadlarınızla evləndilər və sizin mallarınızı böldülər.” Sonra buyurdu:
“Bu bir xəbər idi ki, biz bilirdik, bəs sizdən nə xəbər?!”
Ondan sonra üzünü yoldaşlarına tutub buyurdu:
“Agah olun! Əgər onlara danışmaq icazəsi verilsəydi bizə deyərdilər axirət səfərinin ən yaxşı azuqəsi təqva və pərhizkarlıqdır!”

“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 

 


more post like this