Gecənin dörddə biri keçmişdi ki, Əmirəl-möminin Əli (əleyhissalam) Kufə məscidindən çıxdı və mənzilinə tərəf yollandı. Kumeyl ibni Ziyad ki, Həzrətin müxlis və xüsusi əshabından idi o Həzrətlə birgə hərəkət edirdi. Yolda bir kişinin evinin yanına çatdılar. Onun evindən Quran səsi eşitdilər. O, gecə yarı yuxudan durmuş və Quran oxuyurdu. Bu ayəni isə ürəyinə yatan səs və ürək yanğısı ilə oxuyurdu:
“Məgər gecə yarı Allaha itaət edib səcdə və qiyamı yerinə yetirən axirətdən qorxaraq Allahın rəhmətinə ümidvar olanlar günah və küfr içində yaşayanlarla bərabərdirlərmi?”
Kumeyl qəlbində bir ah çəkdi. Gecə yarı gecəni yuxusuz keçirən bir insanın dodaq-larından çıxan Quranın ürəyə yatan səsi onu sevindirsə də bir şey demədi.
İmam Kumeylə baxıb buyurdu: “Bu şəxsin ürəyə yatan səsi səni aldatmasın. Bu Quran oxuyan şəsx cəhənnəm əhlindəndir ki, tezliklə bu mətləbin sirrini sənə xəbər verəcəyəm.”
Kumeyl bu sözdən təəccübləndi. Bu hadisədən bir müddət keçdi. Belə ki, Nəhrəvan xəvari-cinin əhvalatı qabağa gəldi ki, Əli (əleyhis-salam)-ın əleyhinə müharibə elan etdilər və nəhrəvan diyarından Əli (əleyhissalam)-ın ordusu ilə xəvaric ordusu arasında qanlı müharibə baş verdi və bütün xəvaric 9 nəfər qaçqından başqa bu müharibədə öldürüldülər.
Kumeyl də cəbhədə Əli (əleyhissalam)-ın silahdaşı idi. Əli (əleyhissalam) qılıncından qan axdığı halda üzünü Kumeylə tutub buyurdu: “Mənimlə gəl” Sonra hər ikisi birlikdə kəsilmiş başlar və öldürülənlərin yanına gəldilər. Əli (əleyhissalam) qılıncının ucunu ölənlərin başına qoyurdu. Belə ki, qılıncının ucunu həmin kecə Quranı tilavət edənin də başına qoyub buyurdu: “Ey Kumeyl! Bu həmən şəxsin başıdır ki, gecə yarı “əmmən huvə qanitun anaəl-ləyli…” ayəsini oxuyurdu və səni özünə cəzb etmişdi.”
Kumeyl İmamı öpüb özünün cahilanə arzusundan istiğfar etdi. İmam Əli (əleyhis-salam) xəvaricdən bir kişinin Səruriyyə (Nəhrəvanın yaxınlığında sərurə mənsub) gecə namazını qılıb Quran tilavət etdiyini eşitdikdə buyurdu:
“Yəqin və imanla həmrah olan yuxu şəkkli namazdan yaxşıdır.” Ehtimal verilir ki, bu söz həmin Nəhrəvan müharibəsində öldürülən Quran qariəsinə aiddir.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 

 

 

 

 

 

 

 

113-Əli (Əleyhissalam)-In sadƏ yaşayIşI
İmam Əli (əleyhissalam)-ın xilafət və rəhbərliyi vaxtında müsəlmanlar bir çox qələbələr qazanmış və bunun da nəticəsində yaxşı imkanlar sahibinə çevrilmişdilər. Belə ki, saysız-hesabsız qənimətlər hər tərəfdən Kufəyə doğru axır, camaat isə istənilən gözəl iqtisadi vəziyyətdə yaşayırdı. Elə bu zamanda idi ki, bir şəxs İmam Əli (əleyhissalam)ın köhnə və yamaqlı paltar geydiyini görüb təəccübləndi və bu barədə İmam (əleyhissalam)-la danışdı.
İmam cavabında buyurdu:
“Bu köhnə paltarı geymək xaşe qəlbi və əmmarə nəfsi xar edir ki, möminlər ondan ibrət alırlar.”
Burada aşağıdakı dastana diqqət etməyimiz yerinə düşər: Rəvayətlərdə gəlib, bir gün Əli (əleyhissalam) öz şəmşirini bazara gətirib dedi: “Kim bu şəmşiri məndən alar?!” Bir şəxs qabağa gəldi və Həzrətlə şəmşiri satmaq barədə söhbət etdi. İmam (əleyhissalam) buyurdu: “And olsun Allaha, əgər bir köynək almağa çatası pulum olsaydı şəmşirimi heç vaxt satmazdım!”
O şəxs dedi: “Mən hazıram ki, sənə nisyə göynək satam və sən də vaxtı çatanda köynəyin pulunu mənə ödəyəsən.”
İmam (əleyhissalam) bu təklifi qəbul etdi və köynəyi ondan nisyə aldı. Bir müddətdən sonra öz maaşını aldıqda köynəyin pulunu satıcıya ödədi.
Baxmayaraq ki, beytül-maldan minlərlə dirhəm və başqa əmlak İmam (əleyhissalam)-ın ixtiyarında idi, bununla belə Həzrət beytül-malın sərf olunmasından o dərəcədə ehtiyat edirdi ki, bir gecə Əmr As o Həzrətin hüzuruna gəldikdə İmam (əleyhissalam) beytül-maldan olan çırağı söndürdü və ayın işığından istifadə etdi.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 

 

 

 

 

 

 

 

114-Xaif–GeCƏni yuxusuz KeÇirƏn
Nuf ibni Füzzalə Bekali Himəyrə qəbiləsindən olub Bekal-Yəmən kəndinə mənsub idi. Əli (əleyhissalam)-la oturub-durmaq ona nəsib olmuşdu və Əli (əleyhissalam)-ma çox yaxın bir şəsx idi. O deyir: “Bir gecə yarısı Əli (əleyhissalam)-ı gördüm ki, yuxu yatağından qalxıb göyün ulduzlarına baxır. Daha sonra mənə buyurdu: “Ey Nuf, yuxudasan, yoxsa oyaq?!” Dedim: “Oyağam, ulduzlara baxıram.”
Buyurdu: “Ey Nuf! Xoş zahidlərin səadətinə–dünyada yetginlərin və axirət dünyasına müştaq olanların halına. Onlar ki, yeri özləri üçün dincəlmək, məkanı, onun torpağını özləri üçün yataq, və suyu ətir yerinə qəbul etmişlər. Eləcə də Quranı özlərinin Alt paltarı, və duanı üst paltarı, dünyanı isə məsih (əleyhissalam) nümunəsi seçmişlər.”
Ey Nuf! Davud (Peyğəmbər) (əleyhissalam) gecənin belə bir saatında əlini Allah dərgahına duaya götürdü və dedi: “Doğrusu bu həmən saatdır ki, heç bəndə onda dua etmir, məgər ki, duası müstəcab olasun.” Məgər o adamın duası ki, zalım dövlət başçısı üçün vergi yığmağa, ya məxfi casus ya intizami məmur (zülm dəstgahı üçün) ya dənbəkçi ya (başçılar üçün haramsaz və avazda) təbilçisi ola ki, belə adamların duası müstəcab olmaz.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this