Bismillahir Rəhmanir Rəhim…
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə…

81. “İman gətirib saleh əməllər edənlər üçün xoş bir həyat (tuba) və gözəl bir gələcək vardır”. (Rəd, ayə 29)
Süleyman Qunduzi, Sələbidən nəql edir ki, imam Baqir (ə) Peyğəmbərin (s.a.a.) bu ayənin təfsiri haqqında belə buyurduğunu dedi: “O kökü mənim evimdə budaqları cənnətə uzanan Allahın özünün Ədn cənnətində əkdiyi bir ağacdır (yəni tuba ağacı)” dedilər: Ey Peyğəmbər! Bu ağac haqqında əvvəlcə buyurmuşdunuz ki, onun kökü Əli (ə) və Fatimənin (s) evində, budaqları da cənnət əhlinin özərindədir. Peyğəmbər (s.a.a.) dedi: “Mənim evimlə Əli (ə) və Fatimənin (s) evi birdir. Allah özü əkdiyi bu ağaca ruh üfürmüşdür. Gözəlliyi tərif və vəsfə gəlməzdir, lütf və nemətləri bənzərsizdir.” (“Yənabiul-Məvəddə” səh. 20)
Bu hədisi rəvayət edən əhli-sünnə alimləri:
1. Qurtubi “Təfsir Qurtubi” c. 9, səh. 217;
2. Suyuti “Dürrul Mənsur” c. 4, səh. 59;
3. Məğazili “Mənaqib” səh. 268;
4. Hakim Həskani Hənəfi “Şəvahidut-Tənzil” c. 1, səh. 5 və c. 3, səh. 306.

82. “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi?” Pak söz (tövhid), kökü (yerdə) sabitləşmiş və budaqları göydə qərar tutan pak bir ağac kimidir. (O ağac) hər mövsümdə öz meyvəsini Rəbbinin izni ilə verər. Allah insanlara belə məsəllər çəkər ki, bəlkə onlar ibrət alsınlar” (İbrahim, ayə 24-25).
Asim ibni Həmzənin nəql etdiyi bir rəvayətində Peyğəmbər (s.a.a.) belə buyurdu: “Mən ağacın köküyəm, Əli (ə) bu ağacın gövdəsidir, Həsən (ə) və Hüseyn (ə) bu ağacın meyvəsidir, Əhli-Beytin (ə) şiələri isə bu ağacın yarpaqlarıdır” (“Kifayətut-Talib” səh. 220).
Bir neçə əhli-sünnə alimləri bu hədisi nəql etmişlər:
1. Hakim Haskani “Şəvahidut-Tənzil” c. 1, səh. 311-312;
2. Hakim Nişapuri “Müstədrək” c. 3, səh. 126;
3. İbni Əsir “Usdul-Ğabə” c. 4, səh. 22;
4. İbnil Həcər Əsqəlani “Təhzibul-Təhzib” c. 6, səh. 320;
5. Əbdur-Rauf Əl-Mənəvi Şafei “Feyzul Ğadir” c. 3, səh. 46.

83. “O zaman İbrahim (ə) dedi: İlahi, bu şəhəri (Məkkəni) əmin-amanlıq (yurdu) et, məni və ağullarımı bütlərə ibadət etməkdən uzaq saxla” (İbrahim, ayə 35)
İmam Baqir (ə) belə dedi: İbrahim (ə) belə dua etdi: “Ey Rebbim, bu şəhəri əmniyyətli et, məni və oğullarımı da bütə pərəstişdən uzaq et. Onun bu duası Peyğəmbərimiz Məhəmmədə (s.a.a.) nubuvvətin (peyğəmbərliyin), Əli ibni Əbi Talibə (ə) buyurdu ki: “Mənim övladlarımdan da təyin edəcəksənmi?” Allah dedi: “Bu əhdimə (imamətə) zalımlar əsla nail ola bilməzlər.” Buradakı zalımlardan məqsəd, Allaha şərik qoşan və bütlərə qurban kəsənlərdir. Möminlərin əmiri imam Əlini (ə) çıxmaqla Ərəblər və Qureyş topluluğu, Peyğəmbərimizin (s.a.a.) zühurundan öncə bütlərə tapınmış və onlara qurban kəsmişlər. İmamət isə bütlərə tapınmış və onlara qurban kəsmiş birinə əsla caiz olmaz, çünki Allah belə buyurmuşdur: “Bu əhdimə (imamətə) zalımlar əsla nail olmayacaqlar” (Ənis Əmir “Quranda Əhli Beyt” səh. 139; “Şəvahidut-Tənzil” c. 1, səh. 316)

84. “Və onların sinələrindən kin-küdurəti yolub atdıq. Hamısı qardaş olaraq taxtlar (kürsülər) üzərində qarşı-qarşıya oturacaqlar” (Hicr, ayə 47)
Suleyman Qunduzi, Zeyd ibni Əkrəmdən nəql etdiyi rəvayətə görə Peyğəmbər (s.a.a.) belə buyurdu: “Ya Əli (ə), Sən və qızım Fatimə (s) mənimlə bərabər cənnətdəki köşkümdəsiniz (evimdəsiniz).” Bunu dedikdən sonra yuxarıdakı ayəni oxudu. (“Yənabiul-Məvəddə” Qunduzi səh. 50)

85. “And olsun Rəbbinə ki, onların hamısından mütləq soruşacağıq” (Hicr, 92)
Hafiz Hakim Həskaninin rəvayətinə görə bu ayənin təfsiri: “Rəbbinə and olsun ki, onların hamısını mütləq sorğuya çəkəsəyik – yəni imam Əlinin (ə) vilayəti (hökmdarlığı) haqqında”. (“Şəvahidut-tənzil” c. 1, səh. 325)

86. “… Əgər bilməsəniz, zikr əhlindən soruşun”. (Nəhl, ayə 43)
Təbərinin rəvayətinə görə imam Baqir (ə) bu ayənin təfsirində belə buyurmuşdur: “Zikr əhlindən soruşun ayəsində işarə edilən zikr əhli biz Əhli-Beytik (ə)”. (“Cəmadiul-Bəyan” c. 14, səh. 109)
Və Təbərinin nəql etdiyi başqa bir rəvayətdə isə imam Əli (ə) belə buyurmuşdur: “Ayədə işarə edilən zikr əhli bizik”. (“Camiul-Bəyan” c. 17, səh. 5)
Bu mövzu aşağıda göstərilən əhli-sünnə kitablarında nəql edilmişdir:
1. Əbu Ömər Yusif ibni Əbdullah Əndəlusi “İstiab” c. 3, səh. 74;
2. Müttəqi Hindi Hənəfi “Kənzul-Ummal” c. 3, səh. 95;
3. Couzi “Təzkiratul-Xəvas” səh. 87;
4. Əbu Davud Sicistani “Sünən Əbu Davud”;
5. Təbəri “Zəxairul-Uqba” səh. 81;
6. Həməveyni “Fəraidus-Səmteyn” c. 1, səh. 66;
7. Xarəzmi “Mənaqib” səh. 48.

87. “Və qohum-əqrabaya haqqını ver, miskinə və yolda qalmışa da…” (İsra, ayə 26)
“Yənabiul Məvəddə” kitabı Əli ibni Hüseynin (ə) belə dediyini nəql edir: “Buradakı əqrəbalıq haqqı Əhli-Beytdir (ə)” (“Ğayətul-Məram” səh. 40)
İmam Rza (ə) belə buyurmuşdur: “Bu ayə nazil olduğu zaman Peyğəmbər (s.a.a.) qızı Fatiməyə (s): artıq Fədək ərazisi sənindir” – deyə buyurdu. Və “əqrəbaya… ayəsindən məqsəd Əhli-Beytdir (ə)”. (“Yənabiul Məvəddə” səh. 35-36)
İbni Abbasın nəqlinə görə: Peyğəmbər (s.a.a.) belə buyurdu: “Əli (ə), Fatimə (s) və oğlanları (ə)”. (“Mənaqib Xarəzmi” səh. 131; “Şəvahidut-tənzil” c. 2, səh. 134; “Durrul-Mənsur” c. 4, səh. 176).

88. “Onların (tanrı olaraq) çağırdıqları kimsələrin (özləri), Rəbblərinə (yaxınlaşmaq üçün) bir vəsilə axtararlar… (İsra, 57)“
Hafiz Həskaninin nəql etdiyinə görə ikrəmə belə dedi: “Bu ayədəki vəsilədə məqsəd: Peyğəmbər (s.a.a.), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə)” (“Şəvahidut-Tənzil” c. 1, səh. 343)
Peyğəmbər (s.a.a.) belə buyurdu: “Cənnətdəki təbəqələr vəsilə adlanır”. Soruşdular: “Ya Rəsuləllah (s.a.a.), səninlə birlikdə kim olacaq?” Peyğəmbər (s.a.a.) belə dedi: “Fatimə (s), Əli (ə), Həsən (ə) və Hüseyn (ə)” (“Mənaqib Məğazili” səh. 247; İbni Kəsir Diməşqi “Təfsirul-Quranil Əzim” c. 3, səh. 341; Muttəqi Hindi “Muntəxabu Kənzul Ummal” c. 5, səh. 94; Xətib Xarəzmi “Məqtəlu Huseyn” səh. 66).
Hədisi rəvayət edən İkrəmə, Əhli-Beytin (ə) ən qatı düşmənlərindən və xəvaricdən idi.

89. “Bütün insanları öz imamları ilə çağırdığımız gün…” (İsra, ayə 71)
Bu ayə nazil olduqda müsəlmanlar Peyğəmbərdən (s.a.a.) soruşdular ki: “Ey Peyğəmbər (s.a.a.)! Bütün insanların imamı sən deyilsənmi?” Peyğəmbər (s.a.a.) dedi: “Mən bütün insanlara Allah tərəfindən göndərilmiş bir Peyğəmbərəm. Lakin məndən sonra insanların üzərinə Əhli-beytimdən (ə) imamlar olacaqdır. Bu durum mütləq olacaqdır. Ancaq bunu kafirlər və zəlalət (azğınlıq) əhli yalan sayıb, onlara zülm edəcəklər.” (“Quranda Əhli Beyt” səh. 158)
Qiyamət günündə hər ümmət öz imamları ilə çağrıldığında, Uca Allah hidayət imamlarını (İmam Əli (ə), Həsən (ə) və Hüseyn (ə)…) çağırar. İmamlar və şiələri hesaba çəkilmədən cənnətə girəcəkdir. (“Yənabiul-Məvəddə” səh. 483)

90. “İman gətirib saleh əməllər edənlərə gəlincə tezliklə Allah onlar üçün (qəlblərində) məhəbbət (məvəddə) qərar verəcəkdir” (Məryəm, ayə 96)
İmam Əli (ə) bi gün Peyğəmbərin (s.a.a.) hüzurunda ikən, Peyğəmbər (s.a.a.) ona dedi: “Ey Əli (ə)! De ki: Ey Allahım, möminlərin qəlbində mənə doğru bir sevgi qərar ver.” İmam Əli (ə) duasını qurtarandan sonra Peyğəmbərə (s.a.a.) yuxarıdakı ayə nazil oldu. (“Quranda Əhli Beyt” səh. 168)
Əllamə Nişapuri və İbni Hacər Şafei bu ayənin təfsirində İbni Abbas Peyğəmbərdən (s.a.a.) belə nəql edir: “Həqiqətən bu ayə Əli ibni Əbu Talib (ə) haqqında endi” (“Təfsir Nişapuri” c.3, səh. 520; “Səvaiqu Muhriqə” səh. 170)
Təbəri ibni Abbasın belə dediyini nəql edir: “Bu ayə Əli ibni Əbu Talib (ə) haqqında endi. Uca Allah möminlərin qəlbində Əliyə (ə) doğru bir sevgi qərar vermişdir.“(“Zəxairul-Uqba” c. 1, səh. 89)
Bu ayənin İmam Əli (ə) haqqında enməsini nəql edən əhli-sünnə kitabları:
1. Əllamə Əbu Bəkr ibni Şəhabəddin Şafei “Rəşfətus-Sadi” səh. 25;
2. Xatib Bağdadi “Mənaqib Bağdadi” səh. 188;
3. Səbban Şafei “İsafur-Rağibin” səh. 109;
4. Şəblənci Şafei “Nurul Əbsar” səh. 112;
5. Zəhəbi “Təzkiratul-Xəvas” c. 1, səh. 10;
6. Zəməxşəri “Kəşşaf”;
7. “Camiuz-Zəvaid” c. 9, səh. 125;
8. Suyuti “Durrul Mənsur” c. 4, səh. 287;
9. İbni Məğazili “Mənaqib ibni Məğazili” səh. 327;
10. Xarəzmi “Mənaqib Xarəzmi” səh. 197.

Islamadogru.biz


more post like this