Ötən dastanlarda Xəvaric macərasına (28-ci dastan) xülasə şəkildə də olmuş olsa işarə etdik. Xəvaric Əli (əleyhissalam)-ın dünənki silahdaşları idilər ki, kor qəlblilik, tərslik və nadanlıq üzündən Həkəmiyyət məsələsi və Siffeyn müharibəsində Əli (əleyhissalam)-a qarşı əks mövqe tutdular.
Nəhayət onların hamısı (bir neçə nəfərdən başqa) şiddətli müharibədə (Nəhrəvan müharibəsi) Əli (əleyhissalam)-ın ordusu tərəfindən qətlə yetirildilər.
Bu müharibədən əvvəl İmam (əleyhissalam) müxtəlif yollarla onlarla əlaqəyə girməyə cəhd edirdi. Belə ki, bəlkə aralarındakı ixtilaf müzakirə və münazirə yolu ilə həll olsun ta iş müharibəyə çəkməsin. Lakin onlar Əli (əleyhissalam)-ın nəsihətlərinə qulaq asmayıb müharibə alovunu daha da qızışdırdılar. Yuxarıdaki qeyd olunan yollardan biri də bu idi ki, İmam əmisi oğlu ibni Abbası bir neçə dəfə özü ilə onlar arasında vasitə qərar vermişdi. Lakin əyri inam və yalançı hasarların məhbusuna çevrildiklərindən ibni Abbasla danışmazdan əvvəl cüz”i məsələlərin zikrinə başladılar. İbni Abbasa onların yanına müzakirəyə gəldikdə deyirdilər: “Bu gözəl paltarı niyə geymisən?!…”
İmam İbni Abbasa buyurdu:
“Xəvariclə Quran ayələri vasitəsilə bəhs etmə, zira Quran bir kitabdır ki, onun ayə və şərhlərini ehtimallarla mənalaşdırmaq olar. Məsələn mümkündür, sən bir şey deyəsən ki, cavabında onlar da başqa bir söz söyləsinlər və, bu da nəticəsiz qalacaq, lakin onlarla Peyğməbər səlləllahu əleyhi və alihi və səlləmin sünnəti ilə bəhs et ki, bunun müqabilində cavab tapmayacaqlar.”
İbni Abbas Əli (əleyhissalam)-ın fərasətli və sayıq şagirdi olduğuna görə Əli (əleyhissalam)-dan Həkəmiyyətin əsl düzlüyünü (onun keyfiyyətini nəzərə almaqla) onlara sübut etməkdən ötrü Quran ayəsi istəyirdi, nəticədə isə qısa fikirlilik və cahillik üzündən Quranın məna və anlayışlarını əsassız dəlil və ehtimallarla rədd edərək xəyal edirdilər ki, hər bir mövzu üçün xüsusi ayə olmalıdı. Deyirdilər ki, Quran “iki siyasi qurupun Həkəmiyyətin barədə bir söz demədiyindən müsəlmanların hər iki qurupunun-Həkəmiyyəti batildir.
Mötəziləli alim ibni Əbil Hədid deyir:
Yuxarıdakı söz misilsizdir. Belə ki, bu sözün çox ali bir məfhumu vardır…
Sonra deyir: Əgər ibin Abbasın hansı sünnətlə-Xəvariclə danışması sual olunarsa cavabında belə deyərik: İmamın məqsədi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin açıq və dəlilə ehtiyacı olmayan sözləridir. Məsələn Peyğəmbərin aşağıdakı buyurduğu cümlə kimi:
“Əli haqqla, haqq isə Əli (əleyhissalam)-dır. Harada haqq olsa Əli (əleyhissalam)-da onunla harada Əli olsa şübhəsiz haqq da onunladır.”
Ya da Qədir hədisi kimi; Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu hədisdə buyurmuşdu:
“İlahi! Əlini dost tutanları, sən də dost tut və onu özünə düşmən sananları sən də düşmən bil. Əli (əleyhissalam)-a gömək edənlərə sən də kömək et.
Buna oxşar rəvayətləri əshab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitdiyinə görə sössüz qəbul edirdi. Amma Xəvariclər isə hətta bu danışığın aşkarlıq və qətiyyətindən belə boyun qaçırırdılar.
Xəvaricin başqa hədəflər güdməsi get-getə Əliyə sübut olurdu. Həzrət bu barədə nə qədər səy göstərərək hüccəti tamam etdisə də onlar öz tərsliklərindən əl çəkmədilər.
Nəticədə Əli (əleyhissalam) onlarla müharibə etməyə məcbur oldu.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

103-XƏvariClƏ müzaKirƏ (münazirƏ)

more post like this