Abdullah ibni Abbas Abdül Mütəllibin oğlu həm Peyğəmbərin həm də Əli (əleyhissalam)-ın əmisi oğlu sayılırdı. Bəni-Haşim Şebe Əbu Talibdə mühasirədə olduqları vaxt (yəni besətin 7 və 8-ci ili) həmin Şebdə (Məkkədə) dünyaya gəlmiş təqribən hicri 71-ci ilində 75 yaşında Məkkədə də dünyadan köçmüşdü.
O, Quran müfəssiri olub Əli (əleyhissalam)-ın ləyaqətli şagirdlərindən eləcə də İslamın böyük alimlərindən hesab olunurdu. Onun Peyğəmbər xanidanına böyük məhəbbəti var idi. O, dünyadan köçən zaman Məhəmməd ibni Hənəfiyyə (Əli (əleyhissalam)-ın oğlu) deyirdi:
“Bu gün bu ümmətin İlahi alimi dünyadan köçdü.”
Ölüm yatağında olarkən bu sözləri tez-tez təkrar edirdi. İlahi! Diriyəm o, əqidəyə ki, Əli (əleyhissalam) onunla diri idi və ölürəm o əqidə ilə ki, o dünyadan getdi. Bu sözləri söylədikdən sonra canını tapşırdı.
Qeyd etmək lazımdır ki, Cəməl mühari-bəsindən sonra İmam Əli (əleyhissalam) Abdullah ibni Abbası Bəsrənin fərmandarı təyin etmişdi. Əllamə Xoyi özünün “Nəhcül-bəlağə”dəki şərhində yazır.
İslam genişləndikdən sonra vergi və bəzi İslami qənimətlər sel kimi Hicaza axmağa başladı. Əshablardan bəziləri mal toplayıb yığmağa hərisləşdilər. İmam Əli (əleyhis-salam) onlara nəsihət edərək bu işdən çəkinmələrini söylədi. Həzrət Əli (əleyhis-salam) bununla əlaqədar olaraq ibni Abbasa aşağıdakı məzmunda belə bir məktub yazdı:
Sən Allah tərəfindən təyin olunmuş əcələ toxuna bilməzsən (yəni qarşısını ala bilməzsən). Sənin ruzin olmayan bir şey sənə qismət olmayacaq.
Bil ki, dünya iki gündür. Bir günü sənin xeyrinə. İkinci günü isə sənin ziyanınadır. Bil ki, dünya dəyişilən və yenilik əmələ gətirən bir evə bənzəyir. Dünyadan sənin üçün təyin olunan şey sənin sorağına gələr, nə qədər aciz olsan belə o şey ki, sənin ziyanınadır gec-tez o da sənin yaxanı tutacaqdır nə qədər qüvvətli olsan belə. Daha başqa bir yerdə belə buyurur:
Açıq üzlə camaatla davran və ədalətli mühakimə yürütməklə onlara bax. Qəzəb və kindən uzaq ol, bil ki, kin şeytanın bir nümunəsidir.
İmam bu nəsihətlə hətta böyük məzhəbi şəxslərə belə xəbərdarlıq etdi ki, məbada camaatı təhqir edib ümumi-mala əl uzadalar. Məbada dünyadan qafillik onların qürurunu artıra və məbada öz ətəklərini dünyaya bulaşdıralar. Dünyanı özlərinə hədəf sanalar. Əksinə, dünyanı axirətə və ali mənəvi hədəflərə körpü edib istifadə etsinlər.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 

 


more post like this