Cavab: Qur`an buyurur: “Sənə yetişən hər bir yaxşılıq Allahdan, pislik isə özündəndir.” Həm öz oxu, həm də günəş ətrafında fırlanan yer kürəsinin bir üzü qaranlıq olur. İşıq günəşdən, qaranlıq isə yerin özündəndir. Allah insan üçün faydalı olan üzümü yaratsa da insan ondan şərab düzəldib özünə zülm edir. Allah insana yaxşılıq edərək ona güc versə də, bə`ziləri bu gücü günah yolda sərf edir. Ağıl Allahın ən böyük ne`mətlərindəndir. Amma bə`ziləri bu ağılı öz şər niyyətlərini həyata keçirmək üçün silaha çevirir. Demək, yaxşılıqlar Allahdan, pisliklərsə özümüzdəndir.
Mükafat və əzab verilərkən şəxsiyyət nəzərə alınacaqmı?
Cavab: Qur`an peyğəmbərlərin xanımlarına buyurur: “Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, onun əzabı ikiqat olar; Hər kim Allaha və rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik.” (Əhzab, 30-31) Uca zirvəli dağların uçurumları da dərin olur. Hədisdə oxuyuruq: “Alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar.” (Kafi, c.1, s, 59) Nə qədər yuxarı dırmansa insan, Daha çox əzilər yıxılar zaman.
Sual:
(2 İslamda keyfiyyət, yoxsa kəmiyyət əsas götürülür?
Cavab: İslamda bə`zən kəmiyyətə, bə`zən də keyfiyyətə əhəmiyyət verilir. Məsələn, camaat namazında adamların sayı nə qədər çox olarsa, savab da bir o qədər çox olar. Amma sədəqənin miqdarı yox, sədəqə verənin səmimiyyəti (ixlas) əsas götürülür. Əhli-beytin yetimlərə, miskinlərə və əsirlərə verdiyi sədəqələr miqdarına görə yox, onu verənlərin xalisliyinə görə yada salınır. Bə`zi məqamlarda həm keyfiyyət, həm də kəmiyyət əsas sayılır. Məsələn, Qur’an həm çox zikr etməyi, həm də müt`i olmağı tapşırır. (Əhzab, 41, Muminun, 2)
Sual:
(3 Əmr be mə`ruf və nəhy əz münkərin (islah tədbirlərinin) tə`siri yoxdursa, nə etməli?
Cavab: Daha tə`sirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala həzrət Musaya Fir`onun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi. Bə`zən bir tərzdə deyilən söz tə`sirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt tə`sir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Qur`anda buyurulur: “Tə`sirli olsun deyə, biz Qur`anda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik.” (İsra, 41) Sözün tə`sirində deyim tərzinin rolu var. Əmr be mə`ruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var. Əgər paltarınız toza bulaşmışsa onu çırpmaqla təmizləmək asan olar. Əgər hisə batmış paltarı çırpsanız həm əliniz qaralar, həm də his paltara yayılar. Qur`anda buyurulur: “Evlərə qapılardan daxil olun.” (Bəqərə, 189) Eləcə də, xalqı günahdan çəkindirmək üçün onlara halal yol açmaq lazımdır. Həzrət Lut evindəki qonaqlara təcavüz etmək istəyənlərə öz qızları ilə evlənməyi təklif etdi. (Hud, 78)
Sual:
(4 Biismi Allah.Salamleykum.Muctehidim Xomeyni aqadir.Niqab Azerbaycan ucun mekruh sayilirmi?Eger bir omur niqabsiz olsam (kamil hicaba riayet edirem)bunun menim ucun sorqu suali olacaqmi?Qurani Kerim,el ve uz aciq istisina olaraq baqlanmaqimizi emr edib.Amma xanim Fatimeyi Zehra (s.e) niqabli olub.Eshitdiyime gore carshabli,niqabli xanimlar Cennetde derece etibariyla daha yuksekde olacaqlar.bu doqrudur?Qiyamet gunu niqab baqlayan xanimlar niqabsiz xanimlardan ustun olacaq?Eger yoldashim cemiyyete gore niqab geymeyime icaze vermirse dinlemeliyem?yoxsa taxmaliyam?Allah razi olsun.
Cavab: Niqab haqqında müxtəlif fikirlər mövcuddur. Təbii ki, İslamda üzü örtmək vacib deyil. Hətta namazı niqabla qılmaq səcdə baxımından namaza maneə törətməsə belə məkruhdur (məneə törətdiyi təqdirdə namaz batildir). Niqab bir şəri hökm deyil, sadəcə olaraq şəxsi səliqədir. Onun müstəhəb olduğunu bildirənlər onu hicabın daha kamil növü kimi qiymətləndirirlər. Qiyamət günü verilə biləcək dərəcəyə də bunu əsas göstərmək olar. Həzrət Zəharının (s) niqablı olması haqqında dini qaynaqlarda hər hansı bir məlumat yoxdur (Bəzi qaynaqlarda məsciddə pərdə arxasından xütbə etdiyi haqqında məlumat verilir). Lakin günümüzdə niqabın İslamın çöhrəsini mürtəce bir din olaraq göstərdiyini nəzərə alsaq, niqab taxmamağın daha uyğun olduğunu görərik. Təbii ki, İslama görə vacib olmayan bir məsələdə həyat yoldaşınızı dinləməlisiniz.
Sual:
(5 Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bə`zi namaz qılanlar günaha yol verir?
Cavab: İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir. Məktəb və universitetin işi insanın elmi təkamülünü tə`min etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.

haqyolu.com


more post like this