Cavab: Salam olsun haqq yolda olanlara!
1. İmam Məhdi (ə.c) zuhur etdikdə nəinki Quran və islam dininin hökmlərində dəyişiklik etməyəcək bəlkə onları eyni ilə icra edəcək, onun üçündə bəziləri elə biləcək ki, İmam yeni din və şəriət gətirib çünki həmən vaxt islam dinindən sadəcə ad qalacaq. Əlbətdə bəzi fərqlərdə olacaq İmam batinə hökm edəcək Hz. Davud peyğəmbər kimi. İslamın bir çox hökümləri hal hazırda yaddan çıxıb və icra olunmur.
2. İmam Məhdidən (ə.c) sonra məsumlar rəcət edəcəklər. Sonuncu rəhbər İmam Hüseyn (ə) olacaq.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Allahin rehmeti olsun uzerinize. peygemberimimiz imamalarimiz hedef haqqinda neler buyrublar? insani hedefden yayindiran amiller nelerdir? mende bele bir sey var işe baslayiram isleyirem arada bir mende bele bir dusunce formalasir. var olan isi diyirem ki bele bir sey yoxdi neden ireli gelir bunlar?
Cavab: Salam olsun haqq yolda olanlara!
İmam Əli (ə):«Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atar.»
İmam Əli (ə):«İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan amanda saxlar.»
İmam Əli əleyhis-salam buyurardı: Ey insanlar! Allahdan qorxun. Heç kəs boş yerə yaradılmayıb ki, oynasın; özbaşına buraxılmayıb ki, yersiz və bihudə iş görsün. Onun özünü bəzəyərək gözəl göstərən dünyası pis baxışın ona çirkin kimi göstərdiyi axirətin əvəzi və yerini tutan deyil. Həmçinin ən yüksək əzm və çalışqanlıqla dünyadan istədiyini əldə edən aldanmış kəs, axirətdən ən az payını və nəsibini əldə etmiş digəri kimi deyil.
Uyğun mövzuyla əlaqədar aşagıdakı kitaba müraciət edin:
Kitabın adı: Mizanul – hikmət (4-cü cild) Mövzu: Hədis Müəllif: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri 396 cı bölmə Himmət
http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081129045619

İnsan hədəfdən yayınmamaq üçün həmişə hədəfini xatırlamalı və unutmamalıdır. Hədəfdən yayındıran amillərin bir neçəsinə işarə edirik:
1. Naəhl və ləyaqətsiz dost.
2. Naümidlik, onun üçün Allaha təvəkkül edib və Allahın adı ilə işləri başlmaq lazımdır.
3. Hədəfi əl çatmayan fərz etmək. Özünüzə təlqin edin ki, nəzərinizdə olan hər hansı bir işi görüb, məqsədinizə çatmağa qüdrətiniz vardır.
4. Nəzimsizlik. Bütün yerinə yetirəcək işləriniz üçün ardıcıl olaraq tərtib çərçivəsində praqlamınız olmalıdır.
5. Davamsız olmaq. Hədisdə var ki, ən yaxşı iş odur ki, azda olsa davamlı olsun. Gündə 1 ayə oxu amma həmişə oxu.
6. Hədəf ola amma hədəfə çatmaq üçün çalışmamaq. İama Riza (ə) buyurur: Allahdan tofiq istəyib çalışmayan insan özünü aldadır.
7. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün dəqiq olaraq müəyyən edin.
8. Namazlarını ilk vaxta qılmamaq.
9. Tənbəllik və iradəsizlik. Güclü iradəyə malik olmaq üçün, tədriciylə onun ələ gəlməsinə diqqət yetirməli və bir işi təkrar olaraq bir neçə dəfə həll etməlidir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
haqyolu.com


more post like this