Qeyd etdiyiniz hədisdə (Əşbah hədisi) adını çəkdiyiniz Məhəmməd ibn Əhməd ibn Əbdullah Əbu Əbdillah əl-Bəsri (vəfat-227 h.q.) rəvayətçi deyil. O, İslam tarixində Mütəfəcci ləqəbi ilə tanınan dilçi və şairdir. Onun Əhli-beyt haqqında hədislərdən götürülmüş bir çox qəsidələri var (Mütəfəccə ləqəbi də buradan götürülmüşdür). Sizin qeyd etdiyiniz Əbdürrəzzaqın nəql etdiyi Əşbah hədisi də onun nəzmə çəkdiyi hədislərdəndir (O, bu hədis haqqında qəsidələrdən ibarət ayrıca kitab yazmışdır). 2. Qeyd etdiyiniz hədisin bir sənədi düzgün olmasa belə onun səhih olmasında şübhə yoxdur. Çünki, Əşbah hədisi mütəvatir hədisdir. Əhli-sünnə və Şiə qaynaqlarında ən çox nəql olunan hədislərdəndir. Lazım gələrsə, hədisin hansı Şiə və Əhli-sünnə qaynaqlarında nəql olunduğunu diqqətinizə çatdıra bilərik. NUR-AZ.COM




more post like this