Ələvi ümumi ad kimi, Həzrət Əlinin tərəfdarlığını edənlərə deyilir. Həzrət Əli və ondan sonra gələn digər 11 İmamın tərəfdarı olanlar Şiə, Ələvi, Cəfəri olaraq adlandırılırlar. Şiə məzhəbinin təriqətlərindən hesab olunan günümüzdə müstəqil bir təriqət kimi hesab olunan Ələvilik təsəvvüfü bir təriqətdir.
Ələviləri Şiələrdən (Cəfəri şiələrindən) fərqləndirən bir neçə cəhət vardır. Bu fərqləndirici cəhətlərin ən mühümü, olanların Şiələr kimi Əhli-Beyt İmamlarının fiqhinə tabe olmamalarıdır. Bu da, Ələvilərlə Şiələrin arasındakı açıq fərqi göstərir. Şiə məzhəbi Əhli-Beyt İmamlarının imamət məqamına bağlanaraq onların, etiqadını, fiqhini, əxlaqını bir bütün olaraq qəbul
edirlər. Ələvilər isə Əhli-Beyt İmamlarının təsəvvüf xəttini mənimsədiklərinə görə Şiə məzhəbindən çox fərqlənirlər. Belə bir mühüm fərqi burada qeyd etməyimin əsas səbəbi, insanların, Ələviliklə Şiə məzhəbini bir hesab edib, onları qarışdırmalarını istəməməyimdir.
Tarixdə bəzi alimlər Ələvilərlə Nuseyriləri eyniləşdirməyə çalışmışlar. Lakin, Ələvilərlə Nuseyrilərin bir çox fərqli cəhətləri vardır. Ələvilər, onların nəzəriyyə və əqidələrini qəbul etmədiklərinə görə onları Nuseyriyyəyə aid etmək olmaz. Çünki Nuseyriyyə 12-ci İmamın İmamətini qəbul etmir. Onlar İmam Əlini (Ona Allahın salamı olsun) də ilahiləşdirmişlər. Nuseyrilər İmam Əlini (Ona Allahın salamı olsun) namazda qılınc zərbəsi ilə vuran İbni Mülcəmi lənətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, onlar şərabı da halal hesab etmişlər. Nuseyriyyə hicrətin beşinci əsrində İbni Nuseyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün Ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər.
Ələvilər digər müsəlmanlar kimi kəlmeyi-şəhadət deyirlər. Bu iqrara görə də müsəlman hesab edilirlər. Biz məzhəblərarası yaxınlaşmadan danışarkən Ələviləri istisna etməməliyik. Çünki onlar da müsəlmandırlar.

 

ceferiler.com


more post like this