Cavab: Bilirik ki, hər bir qəməri ay ayın yer ətrafında bir dövrəsindən yaranır. Astronomlar hər bir günü tam saatla bildirməyə məcburdurlar. Tarix qeyd olunarkən bir gündə baş vermiş hadisəni bir ayın sonu, gələn ayın əvvəli üçün qeyd etmək olmaz. Buna görə də qəməri ayın günləri ya iyirmi doqquz, ya da otuz gün hesablanmalıdır. Astronomlar iki növ qəməri ay müəyyənləşdirmişlər: 1. Hesabi ay; 2. Hilali ay.
Qəməri ay iyirmi doqquz gündən on iki saat qırx dörd dəqiqə və üç saniyə artıq olduğundan ilin ilk ayı olan məhərrəm ayını otuz gün götürürlər. Eləcə üçüncü, beşinci, yeddinci, doqquzuncu və on birinci aylar da otuz gün hesablanır. Cüt aylar isə iyirmi doqquz gün müəyyənləşdirilmişdir. Bu sayaq aylar hesabi aylar adlanır.
Belə bir təqvimdə heç vaxt iki ay ardıcıl otuz gün və ya iyirmi doqquz gün olmur. Hilali ay isə ayın gözlə görünməsi ilə təyin olunur. İslam hökmləri də məhz bu təqvim üzrə yerinə yetirilir. Sual oluna bilər ki, fəqihlər nə üçün hesabi ayı mötəbər saymırlar?
Rəvayətlərdə buyurulur: “Ayın görünməsi ilə oruc tutun və ayın görünməsi ilə iftar edin.” Hilali ayda ay ayın görünməsi ilə başlayır və gözdən itməsi ilə başa çatır. Hilali aylar gün sayı ilə hesablanmır.
Belə də ola bilər ki, dörd ay ardıcıl otuz gün, üç ay ardıcıl iyirmi doqquz gün olsun. Bu fərq ayın bəzi mövqeləri ilə bağlı yaranır.
NUR-AZ.COM


more post like this