Ruslan Növrəs

Əvf qıl, dön gəl, nə ki, dilbər, günahim vardır,

Bizaram, hər gün qəmim var, hər gün ahim vardır.

 

Tək sənə qarşı günahim yox mənim – qeyri ilən,

Çox qəbahət işlədim mən, hər günahim vardır.

 

Qılmadım əmrin mən icra – razıyam, şahim gəlib,

Kuyinə qılsın məni nokər – günahim vardır.

 

Kəbeyi-kuyin sənin bir dəm ziyarət qılmadım,

Söyləsin hər kəs mənə kafər – günahim vardır.

 

Surətül-adəmdədir sirri Xudanın – zənn edir,

Küfrüdür bu zahidü-bifər – günahim vardır?!

 

Aldanıb bir danəyə könlüm xəta rahindədir,

Nəfs üzündən Adəmə bənzər günahim vardır.

 

Öylə bir dürdanədir kim, aldanar Adəm yenə,

Könlümü yaxsın cəhənnəm – gər, günahim vardır.

 

Kaş, gəlsin sahibü-dövr mənü-Növrəsdən ilk,

Haqqi sorsun, gəlməmiş məhşər – günahim vardır.

canderyasi.com


more post like this