1181. Ətir.
3850. Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gьcləndirər və cinsi qьvvəni artırar.»
3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir цzьnə ətir vuran şəxs qiyamət gьnь tьnd iyli mьşkdən də ətirli olar. Allahdan qeyrisinə gцrə цzьnə ətir vuran şəxs qiyamət gьnь murdardan da ьfunətli iy verər.»
3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.»
3853. İmam Əli(ə): «Xoş ətir mьalicə edəndir.»
3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sьnnələrindən­dir.»
3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha зox xərc зəkərdi.»
3856. İmam Sadiq(ə): «Gьnьn əvvəlində цzьnə ətir vuran şəxsin ağlı gecəyədək цzьndə olar.»
3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gьn xoş ətirdən istifadə etsin. Əgər hər gьn bacarmasa, gьnaşırı ətir vursun və buna da imkanı зatmasa, cьmə gьnləri onu tərk etməsin.»
3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.»

1182. Qadınların ətri.
3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.»
3860. Allahın Peyğəmbəri (s): «Цzьnə ətir vuran və bir neзə kişinin yanından onun ətrini duyduqları halda keзən qadın zinakardır.»
Mizanul – hikmətin xülasəsi kitabı – I I cild

 


more post like this