Cavab: Salam olsun haqq yolda olanlara!
Təkfirçi vəhhabilərə deyilir. Təkfir yəni başqalarına küfr və şirk nisbəti verənlərə deyilir. Vəhhabilər özlərindən başqalarını kafir və müşrük hesab etdikləri üçün onlara təkfirçi deyilir. Quranda bunun nümunələri var: Maidə surəsi 17-72-73, Bəqərə 102.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
salamun eleykum. men moteber bir kitablardan esitmisem ki hedislerin birinde İmam Zaman (E) aqa buyurub ki men zuhuruma qeder xumsu sizlere halal etdim. yeni zuhuruma qeder sizden xums istemirem. bu hedis ne derecede duzgundur?
Cavab: Salam olsun haqq yolda olanlara!
1) Şəri hökmləri Quran və hədisdən ələ gətirmək üçün xüsusi məharət lazımdır ki, buda yalnız müctehidlərdə var çünki bir hökmü ələ gətirmək üçün bir hədisi görmək kifayət etmir.
2) Xümsün vacib olmağına dəlalət edən hədislərin sayı, sənədinin səhih olması və aydın dəlaləti üstünlük təşkil edir bir neçə hədisə ki xümsün vacib olmamağın göstərir.
3) Xümsün vacib olmamağına dəlalət edən hədislər adətən xas bir zamana ya məxsus bir məsələyə məhdud olur. Bu məktubda da kənizə təəllüq tapan xüms halal edilib.
4) Hədislərdən aydın olur ki, xüms imamın hüzur zamanında vacib olduğu kimi qeybət zamanında da vacibdir. Hüzur zamanında imama qeybət zamanında müctehidlərə çatır.
5) İmamın (ə) o məktubunda da xümsün vacib olmasına dəlalət edən cümlə var ki, İmam (ə) buyurur: “Amma o kəslər ki bizə məxsus olan malı öz yanlarında saxlayar, mənimsəyər və halal hesab edib yeyərlər sanki od yeyiblər.” Bildiyiniz kimi xümsün bir hissəsi imammalı hesab olur.
6) Alimlər bu məktubda kənizə təəllüq tapan xümsün halal olmağın qeyd ediblər çünki İmam (ə) xümsün halal olmağının səbəbin doğumların pak olmağın və çirkinliyə bulaşmamağın yazıb.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

1)Tovratda yazilib guya Allah-Taala dunyani 6-gune yaratdi 7-ci gun istirahete chekildi.Bu soz ne qeder duzgundur.Umimiyyetle gunlerin yaranmasi haqqinda melumatiniz varsa deyin,zehmet olmasa. 2)Bir shexs qeyri-ixlasli shekilde ve ya elde etdiyi l ya qatishiq olan ya da haram olan pulla meshcid tikse orda olunan ibadetlerden bir pay aparar?
Cavab: Salam olsun haqq yolda olanlara!
1. «Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.
Bəs bu altı gündə hansı hadisələr baş verdi?
İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.
2. Quran buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.”
Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.”
Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Quran bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır.
İxlasla olmayan işin əvəzini Allah-təala dünyada verəcək.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this